Mövzunun adı: Vergi uçotu ilə



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə16/21
tarix02.01.2022
ölçüsü0,6 Mb.
#44569
1   ...   13   14   15   16   17   18   19   20   21
vergi muhasibat ucotu

   Misal 2. 

   Hesabat  ilinin  yekunlarına  görə,  mənfəət  vergisinin  ödəyicisi  olan  müəssisənin 

mühasibat  uçotunda  ümumi  gəlirləri  100.000  manat,  ümumi  xərcləri  isə  80.000  manat 

olmaqla  20.000  manat  uçot  mənfəəti  hesablanmışdır.  Ümumi  xərclərin  tərkibinə  o 

cümlədən  müəssisədə  aparılan  vergi  yoxlaması  nəticəsində  əlavə  aşkar  edilərək 

yayındırılmış 1.000 manat əmlak vergisi, 800 manat əməkhaqqıdan tutulan gəlir vergisi və 

bu  vergilərə  50%  həcmində  tətbiq  olunan  900  manat  maliyyə  sanksiyası,  həmçinin 

malsatana  olan  kreditor  borcunun  ödənilməsini  gecikdirdiyinə  görə  malsatana 

hesablanaraq ödənilmiş 1.300 manat cərimə pulu aiddir. Qalan 76.000 manat xərclər vergi 

məqsədlərinə uyğun gəlir. Belə halda uçot mənfəəti ilə vergi mənfəəti arasında daimi fərq 

aşağıdakı kimi olacaqdır.  

    Vergi yoxlaması zamanı hesablanmış 1.000 manat əlavə əmlak vergisi yayındırılmış və 

ya azaldılmış vergilər olsa da, gəlirdən çıxılan vergi (VM, maddə 201.6) olduğuna görə bu 

vergi hesabat  dövründə  vergi  mənfəətinin  hesablanmasında  gəlirdən  çıxılan  xərclərə  aid 

edilmişdir.  Vergi  yoxlaması  zamanı  hesablanmış  800  manat  əlavə  muzdlu  işlə  əlaqədar 

ödəmə  mənbəyindən  tutulan  gəlir  vergisi  də  yayındırılmış  və  ya  azaldılmış  vergilərdir, 

lakin  bu  vergi  müəssisə  tərəfindən  vergi  agenti  olaraq  fiziki  şəxsin  gəlirindən  ödəmə 

mənbəyində tutulmalı olduğuna görə (VM, maddə 101.1) vergi ödəyicisinin (müəssisənin) 

xərci  kimi  qəbul  edilməmiş  və  vergi  mənfəətinin  hesablanmasında  gəlirdən  çıxılan 

xərclərə 

aid 

edilməmişdir. 



Gəlirdən 

çıxılan 


vergilərin 

və 


cərimələrin 

məhdudlaşdırılmasında  gəlirin  əldə  edilməsi  ilə  bağlı  mülki  hüquq  müqavilələr  üzrə 

faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin 

ödənilməsi  və  digər  analoji  cərimələr  istisna  təşkil  etdiyinə  (VM,  maddə  119.1.2)  görə 

1.300  manat  malsatanlara  ödənilən  cərimə  pulu  vergi  mənfəətinin  hesablanmasında 

xərclərə aid edilmişdir. 

    Mühasibat  uçotu  ilə  vergi  uçotu  arasında  müvəqqəti  fərqlər  hər  bir  uçotda  gəlir  və  ya 

xərc maddələrinin müxtəlif hesabat dövrlərində tanınmasını tələb edən fərqli qaydalardan 

istifadə  edildiyinə  görə  meydana  gəlir.  Fərq  ona  görə  müvəqqəti  adlanır  ki,  bir  hesabat 



dövründə  yaranan  fərq  vaxt  keçdikcə  növbəti  hesabat  dövrlərində  aradan  qalxacaqdır. 

Müvəqqəti fərqlərlə bağlı misallar üzərində izahlarımızı davam etdirək: 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin