Mövzunun adı: Vergi uçotu ilə



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə14/21
tarix02.01.2022
ölçüsü0,6 Mb.
#44569
1   ...   10   11   12   13   14   15   16   17   ...   21
vergi muhasibat ucotu

Maddə 110 - Xaricdən alınmış borclar üzrə faizlərin banklararası kredit hərracında olan 

faizlərin orta səviyyəsinin 125 faizdən artıq olan hissəsi. 



Maddə  116.1  -  Öz  işçilərinin  xeyrinə  əmlakın  zərərdən  sığortalanması,  habelə  xarici 

sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları. 



Maddə  119.1.1  -  Azərbaycan  Respublikasının  və  ya  digər  dövlətlərin  ərazilərində 

ödənilmiş mənfəət vergisi və ya gəlirdən hesablanan hər hansı digər vergi. 



Maddə  119.1.2  -  Vergi  Məcəlləsi  və  digər  qanunlarla  müəyyən  edilmiş  qaydada 

hesablanmış  faizlər,  maliyyə  sanksiyaları  və  inzibati  cərimələr.  Daimi  fərqlər  inzibati 

(səlahiyyətli)  dövlət  orqanları  tərəfindən  aktlaşdırılmaqla  və  ya  protokollaşdırılmaqla 

vergi ödəyicisinə tətbiq olunan faizlər, maliyyə sanksiyaları və inzibati cərimələrin vergi 

uçotundakı xərclərə aid edilməməsinə görə yaranır. Lakin gəlirin əldə edilməsi ilə bağlı 

mülki  hüquq  müqavilələri  üzrə  faizlər,  dəbbə  pulu  (cərimə),  icranın  gecikdirilməsi  ilə 

əlaqədar  vurulmuş  zərərin  əvəzinin  ödənilməsi  və  digər  analoji  cərimələr  vergitutma 

məqsədləri  üçün  gəlirdən  çıxıla  bilər.  Başqa  cür  desək,  Vergi  Məcəlləsinin  13.2.12-ci 

maddəsinə  əsasən  şərhi  verilən  «satışdankənar  gəlirlər»  anlayışı  üzrə  digər  tərəflərə 

cərimə  və  zərərin  ödənilməsi  şəklində  verilmiş  məbləğlər  vergi  mənfəətinin 

hesablanmasında xərclərə aid edilə bilər. 

Maddə  122.2  -  Dividendin  faktiki  sahibi  olan  fiziki  və  hüquqi  şəxslərdən  ödəmə 

mənbəyində  10  faiz  dərəcə  ilə  vergi  tutulmuşdursa,  dividendi  alan  fiziki  və  hüquqi 

şəxslərin həmin gəliri. Əldə edilən dividend gəlirləri mənfəət vergisinin bəyannaməsində 

informasiya  xarakterli  məlumat  kimi  hesabat  dövrünün  gəlirləri  hissəsində  və  eyni 

zamanda ümumi gəlirdən çıxılmalarda göstərildiyinə görə, yekun olaraq ümumi gəlirlərdə 

təzahür  etmir.  Lakin  mühasibat  uçotu  üzrə  mənfəət  və  zərərlər  haqqında  hesabatda 

dividend gəlirlərinin hesablanmış məbləğləri tam olaraq gəlirlərdə əks etdirilir və beləliklə 

də bu hesabatda göstərilən dividend gəliri qədər iki uçot arasında daimi fərq yaranacaq. 

Daimi fərqlərlə bağlı misallar üzərində izahlarımızı davam etdirək: 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin