Maddə 110 - Xaricdən alınmış borclar üzrə faizlərin banklararası kredit hərracında olan
faizlərin orta səviyyəsinin 125 faizdən artıq olan hissəsi.
Maddə 116.1 - Öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici
sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları.
Maddə 119.1.1 - Azərbaycan Respublikasının və ya digər dövlətlərin ərazilərində
ödənilmiş mənfəət vergisi və ya gəlirdən hesablanan hər hansı digər vergi.
Maddə 119.1.2 - Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada
hesablanmış faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr. Daimi fərqlər inzibati
(səlahiyyətli) dövlət orqanları tərəfindən aktlaşdırılmaqla və ya protokollaşdırılmaqla
vergi ödəyicisinə tətbiq olunan faizlər, maliyyə sanksiyaları və inzibati cərimələrin vergi
uçotundakı xərclərə aid edilməməsinə görə yaranır. Lakin gəlirin əldə edilməsi ilə bağlı
mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə
əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analoji cərimələr vergitutma
məqsədləri üçün gəlirdən çıxıla bilər. Başqa cür desək, Vergi Məcəlləsinin 13.2.12-ci
maddəsinə əsasən şərhi verilən «satışdankənar gəlirlər» anlayışı üzrə digər tərəflərə
cərimə və zərərin ödənilməsi şəklində verilmiş məbləğlər vergi mənfəətinin
hesablanmasında xərclərə aid edilə bilər.
Maddə 122.2 - Dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən ödəmə
mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi
şəxslərin həmin gəliri. Əldə edilən dividend gəlirləri mənfəət vergisinin bəyannaməsində
informasiya xarakterli məlumat kimi hesabat dövrünün gəlirləri hissəsində və eyni
zamanda ümumi gəlirdən çıxılmalarda göstərildiyinə görə, yekun olaraq ümumi gəlirlərdə
təzahür etmir. Lakin mühasibat uçotu üzrə mənfəət və zərərlər haqqında hesabatda
dividend gəlirlərinin hesablanmış məbləğləri tam olaraq gəlirlərdə əks etdirilir və beləliklə
də bu hesabatda göstərilən dividend gəliri qədər iki uçot arasında daimi fərq yaranacaq.
Daimi fərqlərlə bağlı misallar üzərində izahlarımızı davam etdirək:
Dostları ilə paylaş: |