Gəlirlər üzrə misal 1.
Müəssisənin həm mühasibat uçotunda, həm də vergi uçotunda ofis binasının 2012-ci
ilin əvvəlinə qalıq (balans) dəyəri 40000 manatdır. 2012-ci ildə həmin bina yenidən
qiymətləndirilmiş və qalıq dəyəri 10000 manat artırılaraq 50000 manata çatdırılmışdır.
2012-ci il üçün binaya amortizasiya xərci hesablanmayıb. Növbəti 2013-cü ildə bina
50000 manata satılmışdır. Belə olan halda, mühasibat standartının tələbinə görə mühasibat
uçotu üzrə 2012-ci ilin maliyyə hesabatında 10000 manat artım göstərilməlidir
(tanınmalıdır). Vergi uçotunda isə həmin il üçün təqdim olunan mənfəət vergisinin
bəyannaməsində mənfəət hesablanan gəlirə aid edilməyəcəkdir (VM, maddə 104.5, 143).
Deməli, 2012-ci ildə uçot mənfəəti vergi mənfəətindən 10000 manat çox olacaqdır. 2013-
cü ildə isə bina satıldığına görə vergi uçotunda 50000 manat məbləğ gəlirlərə və 40000
manat məbləğ xərclərə aid edilməklə vergi mənfəətinə 10000 manat əlavə ediləcəkdir.
Mühasibat uçotunda isə 50000 manat gəlirlərə və o qədər məbləğ xərclərə aid edilməklə
uçot mənfəətinə maliyyə təsiri sıfıra (binanın satışından 50000 manat gəlir çıxılsın binanın
50000 manat qalıq dəyəri) bərabər olacaqdır. 2013-cü ildə mühasibat uçotunda binanın
satışı ilə bağlı xərcin (qalıq dəyərin) 50000 manat nəzərdə tutulması əvvəlki hesabat ilində
binanın qalıq dəyərinin 10000 manat artırılması ilə əlaqədardır. Göründüyü kimi, 2012-ci
ildə uçot mənfəəti vergi mənfəətinə nisbətən 10000 manat çox göstərilməsinə
baxmayaraq, növbəti 2013-cü hesabat ilində 10000 manat az göstərilib və bununla da
fərqin müvəqqəti xarakter daşıdığı aydın olur.
Dostları ilə paylaş: |