Mövzunun adı: Vergi uçotu ilə



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə15/21
tarix02.01.2022
ölçüsü0,6 Mb.
#44569
1   ...   11   12   13   14   15   16   17   18   ...   21
vergi muhasibat ucotu

   Misal 1. 

   Hesabat  ilinin  yekunlarına  görə,  mənfəət  vergisinin  ödəyicisi  olan  müəssisənin 

mühasibat  uçotunda  ümumi  gəlirləri  100.000  manat,  ümumi  xərcləri  isə  80.000  manat 



olmaqla  20.000  manat  uçot  mənfəəti  hesablanmışdır.  Lakin  xərclərin  tərkibində 

müəssisənin  uçot  siyasətinə  uyğun  olaraq  milli  bayram  tədbirlərinin  təşkil  edilməsi 

məqsədilə  2.000  manat  vəsaitin  xərclənməsi  göstərilib.  Həmin  vəsait  birbaşa  restoran 

xidmətləri göstərən şəxsə müəssisənin kassasından nağd ödənilmiş və restoran tərəfindən 

göstərilən  xidmətlərlə  əlaqədar  müəssisənin  adına  ödəniş  qəbzi  (çeki)  və  xidmətlərin 

göstərilməsi barədə akt tərtib olunaraq təsdiqlənməklə müəssisəyə təqdim edilmişdir. Bu 

xərc nəinki vergi tutulan gəlirin əldə edilməsi ilə bağlı xərc deyil, hətta bu xərcin ümumi 

qaydada mühasibat uçotunda qəbul edilən hər hansı gəlirin yaranması ilə bağlılığı yoxdur. 

Lakin bu xərc Vergi Məcəlləsinin 109.3-cü maddəsinin tələbi nəzərə alınaraq vergi tutulan 

mənfəətin  hesablanmasındakı  xərclərə  aid  edilməyəcəkdir.  Mühasibat  uçotunda  isə  bu 

xərcin ümumi qaydada uçot mənfəətinin hesablanmasında nəzərə alınan ümumi xərclərin 

tərkibində  administrativ  və  ya  sair  əməliyyat  xərcləri  kimi  qəbul  ediməsinə  yol  verilir. 

Belə  olan  halda  vergi  uçotunda  hesablanan  22.000  (100.000  -  78.000)  manat  mənfəətin 

məbləği  mühasibat  uçotunda  hesablanan  20.000  (100.000  -  80.000)  uçot  mənfəətindən 

2.000  manat  çox  olacaqdır  və  bu  fərq  heç  vaxt  bərpa  olunmayacağına  görə  daimi  fərq 

kimi qalacaqdır. 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin