bağlı bəzi vergi ödəyiciləri birtərəfli mövqe bildirirlər, yəni ezamiyyə xərclərinin yalnız
norma daxilində olan hissəsi vergi uçotunda olduğu kimi mühasibat uçotunda da xərclərə
aid edilir, həmçinin normadan artıq hissəsi uçot mənfəəti hesablandıqdan sonra digər
ehtiyat mənbələr hesabına və ya xalis mənfəətin azaldılmasına yönəldilir. Bunu praktikada
mühasibat qaydalarının pozulması halı kimi qəbul etməsələr də, mühasibat uçotu
standartlarının tələbləri ezamiyyə xərclərinin normadan artıq hissəsinin mühasibat
uçotunda birbaşa xərclərə, yəni administrativ xərclərə və ya məhsulun, satışın maya
dəyərinə aid edilməsini inkar etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-
ci il 25 yanvar tarixli 14 nömrəli «Ezamiyyə xərclərinin normaları haqqında» Qərarı işçiyə
ödənilən ümumi ezamiyyə xərclərinin ödənilən məbləğinin tərkibindən vergitutma
məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilən hissəni müəyyənləşdirir.
Ümumiyyətlə, normalar ezamiyyə ödənilşlərinin ölçüsünü məhdudlaşdırmır və faktiki,
hətta böyük məbləğdə sənəd əsasında çəkilmiş ezamiyyə xərclərinin tam məbləği
mülkiyyətçinin müstəqil olaraq təsdiqlədiyi uçot siyasətinə uyğun olaraq uçot mənfəətinin
hesablanmasında nəzərə alınan xərclərə aid edilə bilər, lakin vergitutma məqsədləri üçün
bu xərc məhdudlaşdırıldığına görə, məhdudlaşdırılan hissədən artıq olan hissə qədər iki
uçot arasında daimi fərq yaranacaqdır.
Dostları ilə paylaş: