Misal 2.
Hesabat ilinin yekunlarına görə, mənfəət vergisinin ödəyicisi olan müəssisənin
mühasibat uçotunda ümumi gəlirləri 100.000 manat, ümumi xərcləri isə 80.000 manat
olmaqla 20.000 manat uçot mənfəəti hesablanmışdır. Ümumi xərclərin tərkibinə o
cümlədən müəssisədə aparılan vergi yoxlaması nəticəsində əlavə aşkar edilərək
yayındırılmış 1.000 manat əmlak vergisi, 800 manat əməkhaqqıdan tutulan gəlir vergisi və
bu vergilərə 50% həcmində tətbiq olunan 900 manat maliyyə sanksiyası, həmçinin
malsatana olan kreditor borcunun ödənilməsini gecikdirdiyinə görə malsatana
hesablanaraq ödənilmiş 1.300 manat cərimə pulu aiddir. Qalan 76.000 manat xərclər vergi
məqsədlərinə uyğun gəlir. Belə halda uçot mənfəəti ilə vergi mənfəəti arasında daimi fərq
aşağıdakı kimi olacaqdır.
Vergi yoxlaması zamanı hesablanmış 1.000 manat əlavə əmlak vergisi yayındırılmış və
ya azaldılmış vergilər olsa da, gəlirdən çıxılan vergi (VM, maddə 201.6) olduğuna görə bu
vergi hesabat dövründə vergi mənfəətinin hesablanmasında gəlirdən çıxılan xərclərə aid
edilmişdir. Vergi yoxlaması zamanı hesablanmış 800 manat əlavə muzdlu işlə əlaqədar
ödəmə mənbəyindən tutulan gəlir vergisi də yayındırılmış və ya azaldılmış vergilərdir,
lakin bu vergi müəssisə tərəfindən vergi agenti olaraq fiziki şəxsin gəlirindən ödəmə
mənbəyində tutulmalı olduğuna görə (VM, maddə 101.1) vergi ödəyicisinin (müəssisənin)
xərci kimi qəbul edilməmiş və vergi mənfəətinin hesablanmasında gəlirdən çıxılan
xərclərə
aid
edilməmişdir.
Gəlirdən
çıxılan
vergilərin
və
cərimələrin
məhdudlaşdırılmasında gəlirin əldə edilməsi ilə bağlı mülki hüquq müqavilələr üzrə
faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin
ödənilməsi və digər analoji cərimələr istisna təşkil etdiyinə (VM, maddə 119.1.2) görə
1.300 manat malsatanlara ödənilən cərimə pulu vergi mənfəətinin hesablanmasında
xərclərə aid edilmişdir.
Mühasibat uçotu ilə vergi uçotu arasında müvəqqəti fərqlər hər bir uçotda gəlir və ya
xərc maddələrinin müxtəlif hesabat dövrlərində tanınmasını tələb edən fərqli qaydalardan
istifadə edildiyinə görə meydana gəlir. Fərq ona görə müvəqqəti adlanır ki, bir hesabat
dövründə yaranan fərq vaxt keçdikcə növbəti hesabat dövrlərində aradan qalxacaqdır.
Müvəqqəti fərqlərlə bağlı misallar üzərində izahlarımızı davam etdirək:
Dostları ilə paylaş: |