Mövzunun aktuallığı



Yüklə 45,23 Kb.
səhifə6/15
tarix11.05.2022
ölçüsü45,23 Kb.
#57499
1   2   3   4   5   6   7   8   9   ...   15
İmarət Diplom işi-converted

FƏSİL





    1. NƏZƏRİYYƏ.


İngilis dilində frazeoloji birləşmələr və onların Azərbaycan dilinə transformasiyası

Dildə olan bütün sabit söz birləşmələrinin, bölünməz ifadələrin cəminə frazeologiya deyilir. Buna görə də bu və ya digər dilin frazeologiyası dedikdə, həmin dilin frazeoloji vahidlərinin cəmi nəzərdə tutulur. “Frazeologiya” yunan sözü olub “phrasis” və “loqos” sözlərindən götürülmüşdür. Hər biri müvafiq

olaraq ifadə və təlim, nəzəriyyə mənasına gəlir. Belə ki, adından da görüldüyü kimi frazeologiyanın əsas tədqiqat obyetkini frazeoloji birləşmələr təşkil edir. Frazeologiya dilçiliyin müstəqil sahələrindən olub dilin frazeoloji sistemini təşkil edir. Dilçilik haqqında elmin digər sahələri kimi frazeologiya da öz növbəsində iki hissəyə bölünür: ümumi və xüsusi frazeologiya. Ümumi frazeologiyada bir sıra inkişaf etmiş dillərin frazeoloji materiallarının tədqiqindən alınan nəticələr ümumiləşdirilir, onun əsasında frazeologiyanın ümumi məsələləri müəyyənləşdirilir. Xüsusi frazeologiyada isə dil faktları əsasında həmin dilin frazeoloji sistemi semantik, struktur və s. cəhətdən təsvir edilir.

Frazeoloji vahidlər zəruri ehtiyac nəticəsində tədricən formalaşaraq, zənginləşmə prosesi keçib, bir sistem halına düşmüşdür. Bununla əlaqədar olaraq hər bir konkret dilin frazeologiyası iki plan - diaxronik və sinxronik plan üzrə tədqiq edilir. Diaxronik plan dedikdə dilin frazeologiyasının tarixən formalaşması və müasir dövrə doğru semantik və struktur cəhətdən inkişafı nəzərdə tutulur. Sinxronik planda isə dilin frazeologiyasının müasir vəziyyətinin semantik və struktur təsviri verilir.

Frazeologiya sahəsində məna tipləri. Sözün leksik semantikasının mürəkkəbliyi, sözlərin çoxobrazlı semantik növləri sözün leksik mənasının ayrılmasını istisna etmir ki, bu da özlüyündə mənanın müxtəlif cür olmasını müəyyənləşdirməyə imkan verir.

Frazeoloji vahidlərin komponentləri öz nominativ mənalarında deyil, məcazi mənada işlədilir , sərbəst birləşmələrin hər bir üzvü ayrılıqda olduğu kimi birləşmə daxilində də öz müstəqilliyini saxlayır, nominativ mənada dərk edilir.

Sərbəst birləşmələr struktur - semantik modelə əsaslanır. Belə birləşmələrə nitq prosesində söz əlavə etmək olar, onlarda aparıcı sözü müəyyən etmək mümkündür. Çünki daimi leksik tərkibə malik deyillər. Frazeoloji

vahidlərin isə struktur - semantik sabitliyi onların leksik tərkibinin bütövlüyünə və modelləşməməsinə əsaslanır. Bütün bu cəhətlər aşağıdakı müqayisədə də açıq

- aydın görünür. Məsələn :
blue ribbon - göy lent ; blue ribbon- fərqlənmə ( hər hansı bir sahədə), gas bag - qaz kisəsi ; gas - bag - boşboğaz,

hot water isti su ; hot water - çətinlik.


Misallardan aydın olur ki , frazeoloji vahidləri təşkil edən sözlər öz müstəqil və konkret mənalarını itirir. Sərbəst birləşmələri və frazeoloji vahidləri fərqləndirmək üçün "nominativ bütövlük" ayrılıqda əsas meyar ola bilməz . Çünki bu nominativ funksiya bütün söz birləşmələrinə, hətta sözlərə belə xasdır.

Obrazlılıq da frazeoloji vahidləri müəyyənləşdirən asas fərqləndirici əlamət hesab olunur. Lakin burada sözün tam şəkildə formalaşma osasında yarandığını yaddan çıxarmaq lazım deyil. Sözlərin heç bir məna xüsusiyyəti onu frazeoloji vahidə çevirə bilməz. Obrazlılıq birləşmənin ayrı - ayrı komponentlərinə görə deyil, birləşmənin bütövlükdə ifadə etdiyi mənaya əsasən yaranır.

Frazeoloji vahidlərin əsas xüsusiyyəti mikrosabitliyi onların struktur müxtəlifliyi ilə əlaqədardır. Buna gorə də frazeologizmləri sərbəst birləşmələrdən ayırmaqda, məna bütövlüyü, nominasiya bütövlüyü, mona monolitliyi, hazır vahid şəklində işlədilməsi kimi meyarlar ayrı - ayrılıqda həlledici , fərqləndirici amil ola bilməz. Leksik - şemantik sabitlik və idiomatiklik ( məna bütövlüyü ) kimi əlamətlər birgə götürüldükdə , frazeoloji vahidləri müəyyənləşdirmək mümkündür.

Frazeoloji vahidləri təyin edən və xüsusi leksik sözlərdən fərqləndirən cəhətlərdən biri də onların tərkib hissələrinin ayrılıqda formalaşmasıdır.

Frazeologizmlərin komponentlərini ayrı - ayrı söz hesab etmək olmaz, çünki onlarda məna müstəqilliyi yoxdur. Söz həm həqiqi, həm də məcazi, frazeologizmlər isə ancaq məcazi mənada işlədilir. Sözlər dilin sözyaratma modelləri, frazeologimlər isə qrammatik modelləri əsasında yaranır. Sözlər ifadə edir, adlandırır, frazeologizmlər isə obrazlı adlandırmadır, təsvir edir, səciyyələndirir.

Frazeologizmlər va sözlər morfoloji bütövlüyə malikdir. Lakin sözün komponentləri (morfemləri) paradiqmatik cərgəyə aid deyil, söz bütövlükdə cərgənin üzvü olur. Frazeologizmlərin tərkib üzvlərinin hər biri isə müxtəlif paradiqmatik cərgənin üzvü kimi çıxış edir. Frazeoloji vahidlər məcazi mənalı, bir neçə komponentli olmasına görə adi sözlərə deyil, daha çox mürəkkəb sözlərə bənzəyir. Əlbəttə, bu oxşarlıq onları eyniləşdirməyə əsas vermir. Belə ki, mürəkkəb sözlər, sadə sözlər kimi, bir leksik vahid hesab olunur, frazeologizmlər isə sözlərin birləşməsindən yarandığına görə sintaktik vahid sayılır. Mürəkkəb sözlər məfhumu müstəqil şəkildə, frazeoloji vahidlər isə dolayı yolla ifadə edir.

mürəkkəb sözlər :
sunflower (günəbaxan), bluebell (zəngçiçəyi ), dogwood ( zoğal ağacı ), father - in - law ( qaynata ) , watermelon ( qarpız ) və s.

frazeoloji vahidlər:


in the blink of an eye ( bir göz qırpımında ) , to run into sb ( təsadüfən qarşılaşmaq ) ,

not go a bundle on sb / sth ( zəhləsi getmək ) və s.


Bu müqayisədə onların arasındakı fərq aydın görünür . Mürəkkəb sözlərin mənası , məfhum ifadə etməsi mətnsiz də aydın olur . Lakin frazeoloji vahidlərin mənasını mətnsiz dərk etmək olmur. Frazeoloji vahidlər semantik strukturu baxımından sərbəst birləşmələrə bənzəyir. Onların komponentləri eyni qrammatik əlamətlərə əsaslanır və birləşmə xüsusiyyətləri də birdir . Lakin bütün bu ümumi oxşar cəhətlərə görə onları eyniləşdirmək olmaz. Sərbəst birləşmələr nitqdə həmin dilin qrammatik normaları əsasında hər dəfə yenidən yaranır. Frazeoloji vahidlər isə dildə hazır şəkildə mövcud olur. Sərbəst birləşmələrin tərəfləri real varlığın əşya və hadisələri arasındakı alaqəni ayrı ayrılıqda, frazeoloji vahidlərin tərəfləri isə əşya və hadisələr arasındakı obyektiv əlaqəni birlikdə əks etdirir.

Frazeologiya sahəsində də belə bir analoji vəziyyət izlənilir. Frazeoloji mənanın ayrılması əsas növ müxtəlifliyini müəyyənləşdirməyə imkan yaradır, idiomatik məna, idiofrazeomatik məna və frazeologizmlərin 3 növünə uyğun olan frazeoloji məna.

Bəzi müəlliflərin frazeoloji mənanın statusunu müəyyənləşdirərkən, yəni idiomatika anlayışını frazeoloji anlayış yerinə işlətdikləri üçün məsələnin gedişini xeyli çətinləşdirirlər. Belə halda frazeoloji məna statusunun təyin olunması çətinləşir. Frazeoloji məna anlayışını leksik məna anlayışından frazeoloji birləşmələrin quruluş xüsusiyyətlərini nəzərə almaqla da fərqləndirmək olar. Başqa sözlərlə desək, yalnız "nəyin ifadə" olunması deyil, "necə ifadə" olunması da vacibdir. Frazeoloji mənalar qeyri - müəyyən quruluşda əsaslana bilməzlər. İngilis dilində olan frazeoloji birləşmələrin 7 əsas quruluş tipi vardır:


  1. Birzirvəli frazeoloji birləşmələr - bir əlaməti, bir köməkçi leksemi və yaxud da bir əlaməti və iki, yaxud da iki köməkçi leksemi olanlar ( at large - bütövlükdə)

  2. Tabeli və tabesiz sözbirləşməsi quruluşlu frazeoloji birləşmələr - burn one's fingers - nəyə isə alışıb yanmaq, özünü həsr etmək (termin Smirnitskiy tərəfindən təklif olunmuşdur).

  3. Qismən xəbər quruluşlu frazeoloji birləşmələr (leksem + budaq cümlə ) : ships that in the nght - təsadüfi görüşlər.

  4. Budaq cümlə quruluşlu frazeoloji birləşmələr : - When pigs fly (hərfi tərcüməsi

- donuzlar uçanda) dəvənin quyruğu yerə dəyəndə.

  1. Nominativ - komunikativ frazeoloji birləşmələr :




    1. məsdərdə olan xəbər sözbirləşməsi quruluşlu frazeoloji birləşmələr ;




    1. məchul növdə olan feili cümlə quruluşlu frazeoloji birləşmələr: break the ice (buzu sındırmaq hərfi tərcümə) - the ice is broken.

  1. Sadə və mürəkkəb cümlə quruluşu frazeoloji birləşmələr:

birds of feather flock together (balıqçı balıqçını uzaqdan görür); God damn it! - Lənət şeytana ;

if you run after two hares , you will catch neither - iki dovşanın dalınca qaçan ovsuz qalar.


  1. Cümlə ekvivalentləri (güclü ifadəliliyə , müstəqil intonasiyaya malik nida tipli frazeoloji birləşmələr) ;

Be George! Allah görür!
My foot! -ay - hay inandım və ya inanan daşa dönsün!
Lakin bunların içərisində bəziləri ikili assimmetriyaya məxsus qismən yenidən mənalandırılan frazeoloji birləşmələr də vardır:

( as ) plain as nose on your fase - açıq aydın , gün kimi aydın ;

take to smth like a duck to water - suda balıq kimi hiss etmək.İkili xarakterli assimmetriyaya malik olan : yenidən mənalandırma və hərfi mənada olan frazeoloji birləşmələr : As dead as doornail - həyat əlaməti olmayan , köhnə - küşkül.

Eyni zamanda hər bir dildə olduğu kimi frazeoloji birləşmələrin ifadə olunduğu nitq hissələri baxımından dəyərləndirildikdə iki tipi nəzərə çarpır; ismi frazeoloji birləşmələr və feli frazeoloji birləşmələr. Aşağıda hər birinin dildə istifadəsinə və Azərbaycan dilində ekvivalentliyinə aid nümunələr verilmişdir.

İsmi frazeoloji birləşmələrin əsas təşkil ediciləri istisnasız olaraq adlar, isimlərdir. Amma bunların ümumi məzmunu nitq hissələrinə mənsubiyyət, cümlədə tutduğu funksional mövqe baxımından başqa-başqa ola bilər. Həmin mövqedən yanaşdıqda elmi ədəbiyyatda adyektiv və adverbial səciyyəli frazeoloji vahidlər kimi qeyd olunan frazeoloji birləşmələri də ismi frazeoloji birləşmələr sırasına aid etmək olar. İsmi frazeoloji birləşmələr eyni sözün simmetrik təkrarından yaranır. Bunların tərəfləri arasında Azərbaycan dilçiliyində yaxşı öyrənilmiş tabesizlik əlaqəsi özünü göstərir. Bu qəbildən olan frazeoloji birləşmələrin tərəfləri arasında aralıq qoşması işlənir (Azərbaycan dilində aralıq şəkilçi). Məsələn: step by step addim-addım, addımbaaddım. Gördüyümüz kimi, Azərbaycan dilində həmin frazeoloji vahidin müqabilində iki müxtəlif quruluşlu ifadə vasitəsi işlənir ki, o, Azərbaycan qrammatik ənənəsində mürəkkəb söz hesab edilir. İsmi frazeoloji birləşmələr eyni sözün funksional baxımdan müxtəlif şəkildə təkrarından ibarət olur. Məsələn: shoulder to shoulder - çiyin-çiyinə»; face to face - üz-üzə, üzbəüz.

Bəzən frazeoloji birləşmələr semantik va funksional baxımdan bir birinin əksini təşkil edən tərkib hissələrindən təşkil olunur. Bunlar bir qayda olaraq əsas tərkib hissələrinin funksional özünəməxsusluğuna işarə edən köməkçi vasitələrlə (ingilis dilindǝ əks məzmunlu istiqamət göstəriciləri ilə) təchiz olunurlar. Məsələn: from head to foot (eləcə də: from head to hell, head to foots)

- başdan-ayağa, başdan-ayağadək, təpədən dırnağa. Göründüyü kimi, ingilis dili

materiallarında əsas təşkiledicilərin ifadə vasitələri ilə bərabər köməkçi vasitələrin də işlənməsi ilə bağlı olan fərqlər mövcud dur (head-foot, head-hell, from-to: hətta təkcə: to). Buna oxşar fərqlər Azərbaycan dilinə məxsus olan frazeoloji birləşmənin variantları ara sında da müşahidə olunur. Elə hallara da rast gəlinir ki, frazeoloji birləşmələr semantik və funksional baxımdan müxtəlif tərkib hissələrindən təşkil olunur. Bu halda “to” qoşması məqsəd, təyinat məqamında işlənir. Məsələn, a hard nut to cruck - çətin adam, gönüqalın adam. Deməliyik ki, Azərbaycan dilində məzmun və ifadə baxımından ingilis dilindəki frazeoloji vahidə yaxın olan formalar vardır, amma onların işlənmə məqamı ingilis dilindəki ifadələrlə heç də həmişə uyğun gəlmir. Belə ki, məsələn, Azərbaycan dilində “çətin qoz” ifadəsi onomasioloji baxımdan ingilis dilindəki hard nut ifadəsinə uyğun gəlir, amma o, insana aid edilmir: gönüqalın ifadəsi isə semantik cəhətdən ona müvafiq gəlir, amma hard nut frazebirləşməsindəki obrazlılıq onda yoxdur, daha doğrusu, gönüqalın adam ifadəsindəki obrazlılıq tamam başqadır.

İsmi frazeoloji birləşmələrin səciyyəvi xüsusiyyətlərindən biri onların şəxs və fəaliyyət sahəsi bildirən sözlərdən təşkil olunmasıdır: bunlar da ikinci tərəf birinci tərəfi təyin edir. Məsələn: a man of science - elm adamı, man of letters - qələm əhli, oxumuş adam, savadlı adam, a gentlemen of (yaxud: a man of) quality - nəcib adam, əsilli köklü adam, ağayana adam. Buna oxşar sözdüzəltmə (frazayaratma) üsulu ilə heyvan və cansız əşya bildirən sözlərdən də frazeoloji vahidlərin yarandığını görürük. Məsələn: a chip of old blok - (öz) atasının oğlu, alma ağacından uzaq düşməz, ot kökü üstə bitər, armud dibinə düşər və s. Maraqlıdır ki, frazeoloji birləşmənin birinci tərkib hissəsi insan və heyvan (canlı) bildirən sözlə ifadə olunduqda qeyri-müəyyənlik bildirən artikldən (a, an) istifadə edilir, həmin tərəf cansız əşya bildirən sözlə ifa də olunduqda isə həmin mövqedə müəyyənlik bildirən artikl (the) gəlir. Məsələn: the hub of the Universe - dünyanın göbəyi (padşahı), the centre of gravity - cazibə mərkəzi. Görünür, qeyri-müəyyənlik və müəyyənlik artikllərinin

işlənməsi onların aid olduqları isimlərin konkretlik yoxsa mücərrədlik bildirməsi ilə də bağlıdır.

İsmi frazeoloji birləşmələr mənsubiyyət bildirmək, əlamətin kimə, nəyə isə istinad verilməsi ilə müşayiət olunur: the spit and image (the very dead), spit of somebody - elə bil asqırıb kiminsə burnundan düşüb, sanki kiminləsə bir almadırlar, ikiyə bölünüblər, bir almanın iki yarısı.

Həmin frazeoloji vahidin müqabili kimi verilmiş azərbaycanca frazeoloji birləşmələr nə struktur, nə də funksional baxımdan onun qarşılığı deyil. Onlar yalnız ümumi məzmun və linqvistik situasiya, işlənmə məqamına görə ona müvafiq gəlir. İngilis dili frazeoloji vahidlarinin mühüm bir qismini əsas tərkib hissələri sifət və isimdən ibarət olanlar təşkil edir. Bunlarda təyinlə təyin olunanın sırası Azərbaycan dilində olduğu kimidir. Məsələn: clean hand - təmiz əl (doğruçuluq).

İngilis dili frazeoloji vahidlərinin azərbaycanca tərcüməsi şərti xarakter daşıyır. Azərbaycan dilində müvafiq təsəvvür üçün həmin ünsürlərdən istifadə olunsa da, onlar tamamilə başqa sintaktik quruluş və ardıcıllıq üzrə əlaqəyə girir. Məsələn, a blind hand - Cızmaqara. İngiliscə frazeoloji vahidin tərkibində blind sözü hand sözünü təyin edir. Amma bütövlükdə ifadənin məzmunu ələ deyil, onun əməyinin məhsuluna, yazıya aiddir.

Feli frazeoloji birləşmələr onlarda felin təşkiledici rolu ilə bağlıdır. İngilis dilində feli frazeoloji birləşmələr ismi frazeoloji birləşmələrlə müqayisədə daha sadə quruluş nümayiş etdirir. Belə ki, felin cümlədə əsas sintaktik vəzifəsi xəbər funksiyasıdır. Həmin vəzifəni yerinə yetirdiyi hallarda fel əlaqəyə girdiyi sözlərlə ifadə olunmuş sintaktik münasibətlərini saxlayır. Feli frazeoloji birləşmələrdən aşağıdakıları qeyd edə bilərik:



  • add yaxud (lend) wings - tezləşdirmək, tələsdirmək;

  • lift (move, raise ya xud stir) finger - əlini ağdan-qaraya vurmamaq, barmağını belə tər pətməmək;

  • talk through one's hat - boş-boş, hərzə-hərzə danışmaq, yanşamaq, gəvəzələmək, çərənləmək;

  • take into consideration - nəzərə almaq;




  • take the air - gəzinmək, təmiz hava almaq, hava qəbul eləmək, yerdən ayağını üzmək, uçmaq;

  • give somebody a chance - (kiməsə) şans vermək, (kiməsə) imkan vermək;

  • play all one's cards - bütün imkanlardan istifadə etmək, əlindən gələni əsirgəməmək;

  • break somebody's back - kiminsə belini qırmaq;




  • cast an eye (glance yaxud look) - nəzər salmaq, nəzər yetirmək, göz qoymaq və s. İngilis dili feli frazeoloji vahidlərinin yaranmasında be və have felləri mühüm rol oynayır: be at one - razı olmaq; be at one mind - eyni fikirdə olmaq, həmfikir olmaq; be (yaxud stand) on somebody's side of the fence- kiminsə tərəfini saxlamaq, kiməsə qəhmər çıxmaq; be in the vein - kefli olmaq, dəm olmaq; be on bad terms with somebody - kiminləsə düşmən münasibətində olmaq, arası dəymək, arası olmamaq; be at daggers drawn - (kiminləsə) qanlı bıçaq olmaq; have a finger in the pie - (hansı işdəsə) barmağı olmaq; to have a hard furrow top lough, to have a row to hoe - işi çətin olmaq, işi düyünə düşmək.

İsmi frazeoloji birləşmələrdə olduğu kimi, feli frazeoloji vahidlərin də yaranmasında insanın bədən üzvlərinin adları mühüm rol oynayır. İngilis və Azərbaycan dillərinin frazeoloji materiallarında nəzərə çarpan bəzi konstruktiv fərqlərlə yanaşı, müvafıq bədən üzvləri adlarının (eye, head, heart and etc.) işlənməsi nəzəri cəlb edir. Özü də bunların frazeoloji birləşmələrdəki əhəmiyyəti

təkcə özlərinin funksional və semantik vəzifələri ilə məhdudlaşmır. Müvafiq adlar fellərin seçilməsində də müəyyən rol oynayır: close one's eyes - gözünü yummaq, open smb's eyes - gözünü açmaq, hang (hang down) one's head - burnunu sallamaq; cry one's eyes out (cry one's heart out) - gözünün yaşını tökmək; look (danger, death) in the fence - (ölümün, təhlükənin) gözünün içinə düz baxmaq; have a good hand - əli yaxşı gətirmək.

Bildiyimiz kimi frazeoloji birləşmələr müxtəlif tarixi və etnik mühitdə yarandığına görə bir-biri ilə müqaisədə müxtəlif dillərdə ekvivalentləri demək olar ki mənanı saxlamaqla fərqli strukturda olan və həmin dilə məxsus olan ya başqa frazeoloji birləşmə ilə verilir, ya da tərcümə olunaraq hədəf dilə ötürülür. Bu cür hallarla frazeoloji birləşmələrin təhlili zamanı tez-tez qarşılaşsaq da Azərbaycan dilində analoqu olan frazeoloji birləşmələrin də olduğu məlumdur. Belə ki, bu, müasir dövrdə beynəlxalq aləmdə ingilis dilinin əhəmiyyətinin getdikcə daha çox artması və dilimizə də bunun təsirsiz ötüşməməsi ilə əlaqələndirilir, nəticədə isə külli miqdarda frazeoloji birləşmələr də bu dildən başqa dillərə, o cümlədən Azərbaycan dilinə keçir. Hal-hazırda Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası ilə əlaqədar olaraq onun ingilis dili ilə bilavasitə təmasları gündən-günə genişlənir. İngilis və Azərbaycan dili frazeoloji vahidləri arasında analoqların olmasının səbəbi təkcə həmin frazeologizmlərin ingilis dilindən alınması deyil. Bu cür analoqların bir qismi onların məhz hansısa xarici mənbə ilə bağlı olmasını nəzərdə tutur. Onların bir qismi müxtəlif xalqların həyat və məişətində, psixologiyasında, adət və ənənələrində olan oxşar cəhətlərlə bağlıdır. Əlbəttə, bu qəbildən olan oxşarlıqların müəyyən hissəsi məhz beynəlmiləl linqvistik mübadilə ilə bağlıdır.

Həmin aspektlərin hər biri üçün həm frazeoloji birləşmələrin alınması ilə bağlı olaraq meydana çıxmış analoqlar, həm də alınma ilə birbaşa bağlı olmayan analoqlar öz əhəmiyyətini saxlayır. Azərbaycan və ingilis dilləri arasında analoji müvafiqliklərin bəzilərini nəzərdən keçirək:

depart from one's word (promise) - öz sözündən dönmək, öz vədindən qaçmaq;

make a name for oneself, earn oneself a reputation - ad almaq, ad qazanmaq, özünə hörmət qazanmaq;

deprive one's good name - kiminsə yaxşı adını batırmaq, kiminsə adına ləkə gətirmək;

fight like lion - aslan kimi vuruşmaq (döyüşmək),


give a chance to somebody - kiməsə şans vermək, kiməsə imkan vermək.
to give smb a lesson - kiminsə dərsini vermək, kiməsə qulaqburması vermək.
Cüttərkibli feli frazeoloji birləşmələrin ifadəsi. İngilis dilinin frazeolo ji birləşmələri içərisində elələri vardır ki, onlar fel cütlərindən tərtib olunmuşlar: üstəlik həmin fel cütlərinin özlərinin xüsusi leksik ətrafı olur. Bütöv frazeologizm miqyasında komponentlər, həm də onların əmələ gətirdiyi sintaqmlar qarşı-qarşıya durur. Bu isə bütövlük də tərkibə özünəməxsus bir ifadəlilik verir. Bu cür tərkibləri Azərbaycan dilində verərkən həm onların tərkib hissələrinin, həm də sintaqmlar üzrə qarşılaşdırma üsulunun özünəməxsusluğunu saxlamaq lazım gəlir:

to rob Peter to pay Paul - Peteri çapıb (Peterdən oğurlayıb) Paula vermək (bağışlamaq),

penny wise and pound foolish - çoxu atır, azı tutur.
Struktur-semantik cəhətdən (sözün geniş mənasında) bunlara oxşar frazeologizmlərə Azərbaycan dilində də rast gəlmək olur: Ya keçəl Həsən, ya Həsən keçəl; Əli papağın Vəli başına qoyur, Vəli papağın Əli başına; Əli aşından da olduq, Vəli aşından da və s.

Əkslik assosiasiyasına əsaslanan bu cür frazeologizmlərin varlığı analoji frazeologizmlərin Azərbaycan dilində qavranılmasını və verilməsini asanlaşdırır. Haqqında bəhs etdiyimiz assosiasiya tipi bir frazeologizm çəpçivəsində özünü göstərir. Amma bu dildə elə frazeologizmlərə də təsadüf

olunur ki, onlar eyni struktur model əsasında əksmənalı sözlərdən təşkil olunur, ancaq bu zaman bir yox, iki frazeoloji vahid hasil olur:

to get into smb's bad (black) books - kiminsə pis (qara) dəftərinə düşmək, kiminsə qəzəbinə düçar olmaq, kiminsə zəhləsi getmək;

to get into smb's good books – kiminsə rəğbətini qazanmaq, kiminsə xoşuna gəlmək.

Azərbaycan və ingilis dilindəki frazeoloji birləşmələrin müqaisəli təhlili zamanı diqqətçəkən maraqlı məqamlardan biri də fel tərkibli və ya cümlə şəklində ifadə olunmayan frazeoloji birləşməlin feli birləşmə şəklində transformasiya olunmasıdır. Hər iki dillərdə frazeoloji birləşmələrin nitq hissələrinə mənsubiyyəti heç də həmişə bir-birinə uyğun gəlmir. İngilis dilində elə frazeoloji birləşmələr vardır ki, bunların tərkib hissələri fellə ifadə olunmur, ancaq bunlar Azərbaycan dilində məhz feli frazeoloji birləşmələr şəklin də öz ifadələrini tapırlar. Məsələn: light at the end of the tunnel, Azərbaycan dilində həmin frazeoloji birləşmənin əsasını təşkil edən sözlərin hər biri isimdir (işıq, son, tunel). Buna baxmayaraq həmin frazeoloji birləşmə hərfi tərcümə olunduğu təqdirdə (tunelin sonunda işıq) o qədər də frazeoloji əhəmiyyət kəsb etmir və bu zaman orijinala xas olan obrazlılıq itir. Ona görə də həmin frazeologizmin Azərbaycan dilində olan işıq ucu görünmak feli frazeoloji bir ləşməsi ilə verilməsi daha məqsədəuyğun hesab olunur.



    1. Yüklə 45,23 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin