Mövzunun aktuallığı



Yüklə 45,23 Kb.
səhifə11/15
tarix11.05.2022
ölçüsü45,23 Kb.
#57499
1   ...   7   8   9   10   11   12   13   14   15
İmarət Diplom işi-converted

I have no wind, if you want to know the truth. I'm quite a heavy smoker, for one

thing - that is, I used to be. They made me cut it out. Anyway, as soon as I got my breath back I ran across Route 204. It was icy as hell and I damn near fell down.

Bütün yol boyu, əsas giriş qapısına çatanacan dayanmadan qaçdım, sonra ayaq saxlayıb bir dəqiqəliyə nəfəsimi dərdim. Açığını deyim ki, mən tez-tez təngnəfəs oluram. Çünki, birincisi, möhkəm siqaret çəkənəm, daha doğrusu, çəkən idim. Bu sanatoriyada bunu mənə tərgitdirdilər. Bir sözlə, nəfəsimi dərən kimi, təzədən götürüldüm, qaça-qaça küçənin o tayına keçdim. Asfalt buz bağlamışdı, şüşə kimiydi, az qaldı kəllə-mayallaq olam.

Bədii əsərin tərcüməsi digər yazılı tərcümə növləri ilə müqaisədə daha çətin hesab olunur. Ona görə ki, əvvəldə də qeyd edildiyi kimi tərcüməçi həm də yazıçılıq qabiliyyətinə sahib olmalıdır ki, əsərin mənasına, məzmununa, oxunaqlılığına xələl gəlməsin. Burada biz tez-tez istifadə olunan “fell down” ifadəsi ilə qarşılaşırıq. Adətən danışıq dilində “yıxılmaq, düşmək” mənalarına tez -tez rast gəlsək də tərcüməçinin mənaya bədiilik qataraq “kəllə-mayallaq olmaq” şəklində verdiyini görürük. Paraqrafın ikinci cümləsində rast gəldiyimiz frazeoloji birləşmə kontekstə uyğun, mənası düzgün transformasiya edilməklə hədəf dilin oxucisina ötürülmüşdür.



They were both around seventy years old, or even more than that. They got a bang out of things, though-in a half-assed way, of course. I know that sounds mean to say, but I don't mean it mean.

Hərəsinin yetmiş, yetmişdən çox yaşı olardı. Bir ayaqları gorda olsa da, hələ həyatdan doymamışdılar. Bilirəm, belə danışmaq ədəbsizlikdi, amma mən o mənada demirəm.

Burada biz bir cümlə daxilində iki frazeoloji birləşmənin iki növünü də görə bilirik. Bunlardan birincisi feli, digəri isə ismi birləşmədir. Adətən sabit söz birləşmələrinə feli birləşmələr şəklində rast gəlsək də hər iki tərəfi isimlə ifadə

olunan frazeoloji birləşmələr də vardır. Hər nə qədər müqaisədə onlar daha az olsalar da, tərcümə üsulları mahiyyət etibarilə eyniyyət təşkil edir.

People always think something's all true. I don't give a damn, except that I get bored sometimes when people tell me to act my age.

Camaata həmişə elə gəlir ki, həmişə hər şeyi düz bilirlər. Bu, mənim vecimə də deyil, ancaq onlar mənə: “Yekə oğlansan, uşaqlıq eləmə,” – deyəndə xətrimə dəyir.

Əsərdən verilən hissəsində frazeoloji birləşmə antonimik yolla dilimizə transformasiya olunmuşdur. “Act somebody’s age” adətən “öz yaşına uyğun davranmaq”, “yaşına uyğun hərəkət etmək” kimi təcümə olunduğu halda tərcüməçi bunu antonimlərdən istifadə edərək “uşaqlıq eləmə” şəklində tərcümə etmişdir.



His teachers were always writing letters to my mother, telling her what a pleasure it was having a boy like Allie in their class. And they weren't just shooting the crap. They really meant it. But it wasn't just that he was the most intelligent member in the family. He was also the nicest, in lots of ways. He never got mad at anybody.

Müəllimləri həmişə anama məktub yazardılar ki, belə bir uşağa dərs demək onlar üçün böyük xoşbəxtlikdi. Özü də xala-xətrin qalmasın yox, səmimi- qəlbdən. Ancaq bizim ailədə o təkcə buna görə dərrakəli sayılmırdı. O həm də bir çox cəhətdən ağıllı uşaq idi. Ömründə bir adamın üstünə qışqırmazdı.

Yuxarıda verilən cümlənin təhlili zamanı məxəz dildə istifadə edilmiş hədəf dildə ekvivalentin doğru olmaqla bərabər, bədii dilə uyğun transformasiya olduğunu məlum olur.



"Listen. What's the routine on joining a monastery?" I asked him. I was sort of


Yüklə 45,23 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin