Beynəlxalq marketinqdə satış strukturlarının tipləri
2.Beynəlxalq ticarətdə ticarət evləri (universal ticarət firmaları )və onların funksiyaları
Universal ticarət şirkətləri (general trade company) və ya ticarət evləri beynəlxalq bazarları tərkib hissələri olan ticarət agentliklərilə, istehsalçılarla və istehlakçılarla əlaqəli olan brokerlərin və tacirlərin çox böyük məcmusudur. Universal ticarət firmalarının yerinə yetirdiyi vasitəçilik funksiyaları çox genişdir və üç tipə: ümumi və ya əsas, spesifik və əlavə bölünə bilər.