Sənaye qruplarına – konsernlərinə birləşmiş beynəlxalq ticarət şirkətləri Yaponiyanın “Soqo syosya” –larını xatırladır. Bu şirkətlər hüquqi müstəqildirlər, lakin idarəçilik və strateji xətt məsələlərində onların öz sənaye qrupu ilə əlaqəsi müşahidə olunur. Həmin ticarət şirkətləri yalnız öz konsernlərinə xidmət etmirlər – onlar satılan malların yarıdan çoxunu öz konsernlərindən kənardan alırlar.
Belə şirkətlər əvvəla, istehsal şirkətlərinin filialları ola bilərlər. İkincisi, onlar maliyyə - sənaye qrupunun baş (ana) şirkəti olan beynəlxalq ticarət şirkətlərilə təmsil edilmişlər.