Dünya Bankı (ing.World Bank)– dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biri. 1 iyul 1944-cü ildə Bretton-Vuds konfransında təsis olunmuşdur. Dünya Bankı heç də klassik mənada bank deyil, ixtisaslaşmış agentlikdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumlarından biridir. BMT tərəfindən yaradılan bu agentliyin hazırda 184 üzvü var. Üzv ölkələr bu qurumun fəaliyyətinə nəzarət edir. Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər və qrantlar verir. Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir.
DB-nin strukturları:
IBRD; IFC (International Finance Corporation);
IDA (International Development Agency );
MIGA (Multinational Investment Guarantee Agency);
ICSID (International Center for Settlement of Investment Disputes).
Bankın əsas məqsədi kasıb ölkələrə struktur islahatlarının həyata keçirilməsində və yoxsulluğun azaldılmasında yardım göstərməkdir. Ayrı-ayrı ölkələrdə sabit və davamlı inkişafa nail olmaq üçün Dünya Bankı öz maliyyə resurslarından, yüksək ixtisaslı kadrlarından və biliklər bazasından istifadə edir.
Bank yaradılarkən ilkin məqsədi II Dünya Müharibəsində dağıntılara məruz qalmış ölkələrdə yenidənqurma işlərinin həyata keçirilməsi və maliyyələşdirilməsi olmuşdur. Bu bankı digər banklardan fərqləndirən bir çox xüsusiyyətlər var. Bu bankda heç bir kəs hesab aça bilməz.Bu bankın müştəriləri yalnız dövlətlərdir.Dünya Bankı dünya iqtisadiyyatının və bir çox digər sosial-mədəni sahələrin inkişaf etdirilməsində əvəzsiz rola malikdir. Adından məlum olduğu kimi Dünya Bankı dünyanın əsas mərkəzi bankıdır. Belə ki, Dünya Bankı dünya ölkərinin bank sektorunu tənzimləyir, yəni o bankları vaxtaşırı məlumatlarla və öz məsləhətləri ilə təmin edir. Dünya Bankı fəaliyyətinin əsas istiqaməti iqtisadi keçid dövründə olan inkişaf etməkdə olan ölkələrə və yoxsul ölkələrə kreditlər vasitəsilə yardım etmək və yoxsulluğun səviyyəsini azaltmaq, həmçinin üzv dövlətlərin inkişafını təmin etməkdir.
1944-cü ildə Amerika Birləşmiş Ştatlarında Bretton Vuds (Bretton Woods) konfransında qəbul edilmiş qərarlar, dövlətlər arasında valyuta-maliyyə və kredit münasibətlərinin və ticarət təşkilatının qaydalarını müəyyən etdi.Beləliklə, dünya valyuta sisteminin yeni forması – Bretton Vuds sistemi yarandı. Bretton Vuds konfransında iki müqavilə imzalanmışdır:
Beynəlxalq Valyuta Fondu (BVF) haqqında müqavilə
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) haqqında müqavilə
Bretton Vuds sistemi, dolların dünya ehtiyat valyutasına çevrilməsi demək idi. Bu da ona gətirib çixardı ki, dünya iqtisadiyyatında ABŞ-ın rolu aparıcı oldu. Bretton Vuds sisteminin ən önəmli cəhətlərindən biri odur ki, müharibə nəticəsində dağıdılmış beynəlxalq təsərrüfat əlaqələri, istehsal və ticarət bərpa olundu.
Bildiyimiz kimi Dünya Bankı ilk əvvəl Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı adı ilə yaranmışdır. Dünya Bankı Qrupu dedikdə aşağıdakı qurumlar nəzərdə tutulur:
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB)
Beynəlxalq İnkişaf Assosiasiyası (BİA)
Beynəlxalq Maliyyə Korporasiyası (BMK)
İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik (İTÇA)
İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz (İMHBM)
Dünya Bankı ( BYİB və BİA) fəaliyyətini inkişaf etməkdə olan ölkələrdə (İEOÖ) əsasən aşağıdakı sahələrə yönəldib:
İnsani inkişaf (məs. təhsil, sağlamlıq)
Kənd təsərrüfatı və kəndlərin inkişafı (məs. irriqasiya, kəndlərə gostərilən xidmətlər)
Ətraf mühitin qorunması (məs. çirklənmənin azaldılması)
İnfrastruktur (məs. yollar, şəhərlərin artması, elektrik təchizatı)
İdarəetmə (məs. anti-korrupsiya, qanuni institutların inkişaf etdirilməsi)
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) üzv ölkələrə uyğun normalarla kredit verməklə yanaşı, kasıb ölkələrə də qrantlar ayırır.
Beynəlxalq Maliyyə Korporasiyası (BMK) və İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik (İTÇA) isə özəl sektora investisiya daxi ledir və bu investisiyaların təminatçısı rolunu oynayır.
DünyaBankı Qrupu BMT-in ixtisaslaşmış qurumlarından biridir və onun 185 üzvü vardır.Təşkilatın baş qərargahı Vaşinqtonda yerləşir. Ənənəyə uyğun olaraq, Dünya Bankının Prezidenti ən iri səhmdar ölkənin vətəndaşı olmalıdır. Prezident 5 illik müddətə seçilir və nəzarəti həyata keçirir.
Dostları ilə paylaş: |