İqtisadi nәzәriyyә (economic theory) resursların mәhdudluğu şәraitindә insanların tәlәbatının maksimum ödәnilmәsinin seçim problemini öyrәnәn ictimai elmdir. Bir çox mәktәb vә istiqamәtlәrdәn ibarәtdir. Əsas vәzifәsi iqtisadi hәyatda baş verәn hadisәlәrin hәqiqәtlilik modellәrinin kömәyi ilә izahını vermәk vә onu real iqtisadiyyatda әks etdirmәkdir. İqtisadi nәzәriyyә bir sıra bölmәlәrdәn ibarәtdir: iqtisad elminin metodologiyası, mikroiqtisadiyyat, makroiqtisadiyyat, beynәlxalq iqtisadiyyat, ekonometriya, oyunlar nәzәriyyәsi. Müasir iqtisadi nәzәriyyәyә bir sıra elmi mәktәblәri vә istiqamәtlәri aid etmәk olar: monetarizm, yeni institusional iqtisadi nәzәriyyә, yeni keynsçilik, neyroiqtisadiyyat, yeni siyasi iqtisad, Avstriya mәktәbi, iqtisadiyyat vә hüquq.
“Dünya iqtisadiyyatı”nın predmetini milli iqtisadiyyatların qarşılıqlı әlaqәliliyinin iqtisadi qanunauyğunluqlarının öyrәnilmәsi tәşkil edir. Bu predmet bütövlükdә dünya birliyi daxilindә әmtәә axınlarının, xidmәt vә ödәnişlәrinin hәrәkәtini vә bu hәrәkәt - lәrin ictimai rifaha tәsirini tәyin edәn vә nizamlayan iqtisadi siyasәti özündә birlәşdirir.
“Dünya iqtisadiyyatı”nın tәdqiqat obyektini beynәlxalq әmәk bölgüsündә iştirak .Dünya iqtisadiyyatı Dünya təsərrüfatı Milli təsərrüfatlar və onlar arasında qarşılıqlı iqtisadi əlaqələr məcmusudur Dünya ölkələrinin milli təsərrüfatlar sistemi: beynəl xalq əmək bölgüsündə və müxtəlif qarşılıqlı iqtisadi əlaqələrdə birləşən qlobal miqyaslı təsərrüfat orqanizmidir Milli və beynəlxalq səviyyədə fəaliyyət göstərən istehsal münasibətləri məcmusudur Beynəlxalq Әmək Bölgüsü əsasında yaranan bir-birilə qarşılıqlı asılılıqda olan dünya təsərrüfatı əlaqələrinin müxtəlif növlərinin məcmusudur Dünya iqtisadi əlaqələrinin müxtəlif növlərini özündə birləşdirən milli təsərrüfatların məcmusudur Bir-biri ilə qarşılıqlı iqtisadi ələqələrdə olan müxtəlif milli təsərrüfatların yaratdığı qlobal təsərrüfat mexanizmidir Dünya ölkələri arasında qarşılıqlı əlaqələr sistemidir Siyasi, iqtisadi və tarixi kateqoriyadır Dünya birliyi ölkələrinin qarşılıqlı iqtisadi rabitə və hərəkətdə iqtisadiyyatıdır Dünya təsərrüfatı tarixi - bəşəriyyətin tarixi, eyni zamanda, iqtisadi tarixdir
“Dünya iqtisadiyyatı”nın vәzifәsini dünya tәsәrrüfatının bütövlüyünün mürәkkәbliyi vә zidiyyәtliliyi baxımından öyrәnilmәsi tәşkil edir. Belә ki, dünya tәsәrrüfatının ayrı-ayrı hissәlәri bir-biri ilә, hәmçinin, bütövlükdә sistemin özü ilә bu vә ya digәr dәrәcәdә qarşılıqlı әlaqәdәdir.
“Dünya iqtisadiyyatı”nın әsas funksiyalarına idrak, proqnoztik, praqmatik (tәcrübi) vә normativ funksiyalar daxildir ki, bunların da hәr birinin dünya iqtisadiyyatında gedәn proseslәrin öyrәnilmәsindә vә müvafiq qәrarların çıxarılmasında әhәmiyyәti mühümdür. “Sovet siyasi iqtisadı”nda buraya sovet sistemini kapitalizmdәn fәrq - lәndirmәk üçün ideoloji funksiya da daxil edilmişdi. Belә oxşar funksionallığı Amerika alimlәri dә Amerika hәyat tәrzindәki çoxsaylı dövlәt dәyәrlәrinin iqtisadi sistemin modelinә bağlılığından irәli gәlәrәk bölüşmüşlәr. Xüsusi funksiya keyfiyyәtindә isә bir çox alimlәr makro vә mikro subyektlәrin dünya bazarında qarşılıqlı hәrәkәtlәri çevrәsindә xüsusi davranış prinsip vә normalarına uyğun olaraq etik funksiyanı da önә çәkirlәr.
Dünya iqtisadiyyatı mürәkkәb vә hәrәkәtdә olan bir sistemdir. Onun sәciyyәvi xüsusiyәti aşağıdakıları ehtiva edir:
Bütövlük. Yetәrli dayanıqlı sәviyyәdә sistemin bütün hissәlәrindә iqtisadi qarşılıqlı hәrәkәtlilik. Yalnız belә şәraitdә sistemin daimi fәaliyyәt göstәrmәsi, özünütәn - zimlәmәsi vә inkişafı mümkündür.
İyerarxiyalıq. Ölkәlәr arasında onların sosial-iqtisadi inkişaf sәviyyәlәrinә uyğun olaraq müvafiq iyerarxiyalıq mövcuddur. İnkişaf etmiş ölkәlәr dünya bazarında domi - nant mövqelәrinә görә dünya iqtisadiyyatı sisteminә daha çox tәsiretmә gücünә malikdirlәr.
Dostları ilə paylaş: |