Mövzunun planı: “Dünya iqtisadiyyatı” anlayışı



Yüklə 32,54 Kb.
səhifə7/7
tarix10.05.2022
ölçüsü32,54 Kb.
#57028
1   2   3   4   5   6   7
D.iq.1 (1)

Beynəlxalq şirkətlər

Beynəlxalq şirkətlərin yaranması birbaşa xarici investisiyalar ilə birbaşa əlaqədardır. Dünya təcrübəsində beynəlxalq şirkətə müxtəlif dünya ölkələrinə birbaşa investisiyaları həyata keçirən iri şirkətin struktur təşkili forması kimi baxılır. Beynəlxalq şirkətin birbaşa xarici investisiyasının nəticəsi müxtəlif ola bilər. Bu zaman birbaşa qeyri-rezident sərmayəçinin 50%-də az paya malik olduğu xarici müəssisə, onun payının 50%-i keçdiyi qız firması və ya tam olaraq ona məxsus olan xarici filial yarana bilər.

Beynəlxalq şirkətləri kapitalın mənşəyinə görə şərti olaraq üç qrupa bölmək olar.

Transmilli şirkətlər baş şirkəti bir ölkənin kapitalına məxsus olan, filialları isə bütün dünya üzrə səpələnən şirkətlərə deyilir. Onlar kapitalına görə milli, fəaliyyətlərinə görə isə beynəlməliləldirlər.

Çoxmilli şirkətlər dedikdə baş şirkəti iki və ya daha çox ölkənin kapitalına məxsus olan, filialları isə müxtəlif ölkələrdə yerləşən şirkətlər başa düşülür. Bu şirkətlər həm kapitallarına, həm də fəaliyyət sferalarına görə beynəlmiləldirlər.

Ümüncü qrupa isə beynəlxalq kartelləri aid edirlər. bu zaman firmalar vahid ticarət siyasəti həyata keçirmək üçün birləşirlər. Onlar satış bazarının bölüşdürülməsi və öz məhsullarına minimal qiymətlərin müəyyənləşdirilməsi üzrə razılığa gəlirlər.

Transmilli (TMŞ) və çoxmilli (ÇMŞ) şirkətlərə beynəlxalq şirkətlərin mövcudluğu forması kimi baxılır. Beynəlxalq şirkətlərin iki yerə bölünməsi isə kifayət qədər şərtidir, çünki onların əsas keyfiyyət əlaməti kimi baş şirkəti neçə ölkənin kapitalının yaratdığı deyil, şirkətlərin fəaliyyətinin beynəlmiləl xarakteri çıxış edir. Çox zaman isə TMŞ və ÇMŞ-lər sinonimlər kimi istifadə olunurlar. Lakin, TMŞ anlayışı daha çox yayılmışdır.

Yuxarıda deyilənlərin kontekstində birbaşa xarici investisiya əsasında yaradılmış bir xarici filiala sahib olan şirkətləri belə beynəlxalq hesab etmək olar.

Bununla belə, beynəlxalq şirkətlərin müəyyən edilməsinin bir neçə variantı mövcuddur. TMŞ üzrə BMT komissiyası beynəlxalq şirkətlər kateqoriyasına aşağıdakı əlamətlərə malik şirkətləri aid edir:


  • hüquqi forması və fəaliyyət sferasından asılı olmayaraq iki və ya daha artıq ölkədə təsərrüfat vahidlərinə malik olanlar;

  • bir rəhbər mərkəz vasitəsilə razılaşdırılmış siyasət və ümumi strategiya həyata keçirməyə imkan verən sistem çərçivəsində fəaliyyət göstərənlər;

  • şirkətin ayrı-ayrı vahidləri mülkiyyət vasitəsilə və ya digər şəkildə elə cür əlaqədə olmalıdır ki, bu vahidlərdən biri və ya daha artığı digərlərinin fəaliyyətinə əhəmiyyətli təsir göstərir, onlarla biliklərini, təcrübəsini və məsuliyyətini bölüşdürür.

TMŞ-lərin əsas əlaməti kimi onların fəaliyyətinin beynəlxalq xarakter kəsb etməsini göstərmək lazımdır. TMŞ-lər aşağıdakı əsas cəhətlərlə xarakterizə olunurlar:

  • TMŞ-lər dünya təsərrüfatının inkişafının, beynəlxalq əmək bölgüsü prosesinin aktiv iştirakçısıdır;

  • bu şirkətlər üçün kapitalın hərəkətinin milli sərhədlərdə mövcud olan maneələrdən nisbi müstəqilliyi xarakterikdir;

  • TMŞ-lər bir çox dünya ölkələrində öz əməliyyatlarını həyata keçirməklə dünya təsərrüfat əlaqələrinin tənzimlənmsində iştirak edirlər.

Dünya praktikasında isə beynəlxalq şirkət dedikdə doğrudan da dünya əmtəə və istehsal amilləri bazarlarına əhəmiyyətli təsir göstərə bilən iri şirkətlər başa düşülür. Bir qayda olaraq onların sırasına aşağıdakılara malik şirkətlər aid edilir:

  • satışın illik həcmi 1 milyard ABŞ dollarından az olmamalıdır;

  • ümumi dövriyyənin 1/5-dən 1/3-nə qədəri xarici əməliyyatların payına düşür;

  • xarici aktivlərin payı 25%-dən az deyildir;

  • ən azı altı ölkədə filialları mövcuddur.


Mövzunun ədəbiyyat siyahısı

1.Bayramov Ə.İ. İnhisarizm. Bakı: Elm, 2002. 390 s.

2. Hacıyev Ş.H. Bayramov Ə.İ. İqtisadiyyat fəlsəfəsi, Bakı: 2008.

3.Başoğlu U., Ölmezoğlulları N., Parasiz İ. Dünya Ekonomisi: Küreselleşme, Finansal Kurumlar ve Küresel Makro Ekonomi. Ezgi Kitabevi. Bursa, 2001.

4.Hacızadə E.M. Sosiallaşan iqtisadiyyat, Bakı: Elm, 2006. 509 s.

5. Gerber J. International Economics. Person Education, Inc., 2005.



6.Kenen P.B. The International Economy. Cambridge University Press. 2008.
Yüklə 32,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin