Beynәlmilәllәşmә (internationalization) isә milli tәsәrrüfatların iqtisadi әlaqәlәrinin inkişaf prosesidir. Bu zaman ölkә iqtisadiyyatı dünya tәsәrrüfat prosesinin bir hissәsi olaraq çıxış edir vә beynәlxalq әmәk bölgüsü, istehsal, elmi-texniki ixtisaslaşma vә kooperasiya әsasında bu әlaqәlilik daha da dәrinlәşir.
Dünya iqtisadiyyatı (world economy) müxtәlif dünya tәsәrrüfat әlaqә növlәri ilә birlәşәn milli iqtisadiyyatlar mәcmusu kimi anlaşılır. Bu tәyinatı bir qәdәr dә şaxәlәn - dirmәk vә ümumilәşdirmәk olar: bu baxımdan dünya iqtisadiyyatı milli tәsәrrüfatlar vә onlar arasında qarşılıqlı iqtisadi әlaqәlәr, hәmçinin, milli vә beynәlxalq sәviyyәdә fәaliyyәt göstәrәn istehsal münasibәtlәri mәcmusu kimi anlaşılır.
Bir sıra termin-sinonimlәr vardır ki, onlar da “dünya iqtisadiyyatı” anlayışını tәyin edir. Bu sırada “qlobal iqtisadiyyat”, “meqaiqtisadiyyat”, “inter iqtisadiyat”, “beynәlxalq iqtisadiyyat” vә hәtta “dünya bazarı” istilahları “dünya iqtisadiyyatı” anlayışı ilә uzlaşma tapır.
“Dünya iqtisadiyyatı” vә “Dünya tәsәrrüfatı” anlayışları: eyniliklәr vә fәrqlәr.
Dünya iqtisadiyyatı
|
Dünya təsərrüfatı
|
Milli təsərrüfatlar və onlar arasında qarşılıqlı iqtisadi əlaqələr məcmusudur
|
Dünya ölkələrinin milli təsərrüfatlar sistemi: beynəl xalq əmək bölgüsündə və müxtəlif qarşılıqlı iqtisadi əlaqələrdə birləşən qlobal miqyaslı təsərrüfat orqanizmidir
|
Milli və beynəlxalq səviyyədə fəaliyyət göstərən istehsal münasibətləri məcmusudur
|
Beynəlxalq Әmək Bölgüsü əsasında yaranan bir-birilə qarşılıqlı asılılıqda olan dünya təsərrüfatı əlaqələrinin müxtəlif növlərinin məcmusudur
|
Dünya iqtisadi əlaqələrinin müxtəlif növlərini özündə birləşdirən milli təsərrüfatların məcmusudur
|
Bir-biri ilə qarşılıqlı iqtisadi ələqələrdə olan müxtəlif milli təsərrüfatların yaratdığı qlobal təsərrüfat mexanizmidir
|
Dünya ölkələri arasında qarşılıqlı əlaqələr sistemidir
|
Siyasi, iqtisadi və tarixi kateqoriyadır
|
Dünya birliyi ölkələrinin qarşılıqlı iqtisadi rabitə və hərəkətdə iqtisadiyyatıdır
|
Dünya təsərrüfatı tarixi - bəşəriyyətin tarixi, eyni zamanda, iqtisadi tarixdir
|
Yuxarıda göstərilən cədvəldə“Dünya iqtisadiyyatı” vә “Dünya tәsәrrüfatı” anlayışları: eyniliklәr vә fәrqlәr edәrәk bir-biri ilә qarşılıqlı iqtisadi әlaqәlәrdә dövlәtlәr birliyindә ehtiva olunan ümumdünya tәsәrrüfatı tәşkil edir.
“Dünya iqtisadiyyatı” fәnninin predmeti, tәdqiqat obyekti vә әsas vәzifәlәri
“Dünya iqtisadiyyatı” makroiqtisadiyyat vә mikroiqtisadiyyatla yanaşı, iqtisadi nәzәriyyәnin tәrkib hissәlәrindәn biri olaraq dünya iqtisadiyyatının formalaşması vә inkişafının ümumi qanunauyğunluqlarını, meyillәrini vә dünya tәsәrrüfat sistemindә mәhdud resurslardan istifadәnin alternativ metodlarını öyrәnir.
Dostları ilə paylaş: |