Özünü tәnzimlәmә vә adaptasiya. Bazarın tәlәb vә tәklif mexanizmi, hәmçinin, dövlәt vә dövlәtlәrarası tәnzimlәmәnin kömәyi ilә dünya iqtisadiyyatı özünütәnzimlәmә vә adaptasiyanı gerçәklәşdirir. Müasir dünya iqtisadiyyatının inkişafının әsas meyilini dünya tәsәrrüfat әlaqәlәrinin qloballaşmasından irәli gәlәrәk milli tәsәrrüfatların qarşılıqlı asılılıq vә qarşılıqlı rabitәsinin güclәnmәsi tәşkil edir.
Dünya iqtisadiyyatının formalaşması.
Dünya təsərrüfatı XIX əsrin sonu XX əsrin əvvəllərində formalaşmağa başlamışdır. Bu dövrdə istehsal və kapital təmərküzləşmiş və bu təmərküzləşmədən doğan inhisarlar meydana gəlmişdi; bank kapitalı ilə sənaye kapitalının qovuşması nəticəsində maliyyə kapitalı və maliyyə oliqarxiyası yaranmışdı; əmtəə ixracından fərqli olaraq kapital ixracı böyük əhəmiyyət kəsb edirdi. XIX əsrin sonlarında kapitalist ölkələrinin iqtisadi inkişafının başlıca xüsusiyyəti ayrı-ayrı müstəqil müəssisələrin azad rəqabətinə əsaslanan kapitalizmdən tədricən inhisarçı kapitalizmə keçilməsi ilə müəyyən olunurdu.XIX əsrin sonlarında dünya üzrə sənaye məhsulu istehsalı 3 dəfədən çox artmışdı. Məhsuldar qüvvələrin sürətli inkişafı maşınlı sənayenin sahə strukturunda ciddi dəyişikliklərə səbəb olmuşdu. XIX əsrin sonu XX əsrin əvvəllərində dünya iqtisadiyyatında sürətli inkişafı ilə seçilən ölkələr ABŞ və Almaniya olmuşdur. Bu ölkələr sənaye istehsalının ümumi həcminə görə İngiltərə və Fransanı qabaqlayırdı. Artıq bu dövrdə ABŞ dünyada birinci sənaye dövlətinə çevrilmişdi.
“Dünya iqtisadiyyatı”nın strukturu
Dünya iqtisadiyyatı, sadәcә, milli tәsәrrüfatların qarşılıqlı rabitәli vә hәrkәtli mәcmusu deyil. O, müxtәlif qarşılıqlı rabitәdә olan milli tәsәrrüfatları bütöv vә vahid bir әsasda birlәşdirәn sistemdir.
Milli tәsәrrüfatlar dünya iqtisadiyyatının әsas konstruksiyası vә başlanğıc struktur yaradan elementidir. Bu baxımdanda dünya iqtisadiyyatının strukturu dünya iqtisadi sisteminin nizamlanmış müxtәlif elementlәrinin mәcmusudur. Bu struktur elementlәr aşağıdakılardır:
milli tәsәrrüfatlar, onların sektorları, sahәlәri, müәssisәlәri vә digәr iqtisadi subyektlәri;
beynәlxalq iqtisadi münasibәtlәr;
milli vә beynәlxalq bazarlar vә dünya bazarı;
dövlәtlәrin ticarәt-iqtisadi ittifaqları.
Dünya iqtisadiyyatının strukturu hәmcins deyildir. Belә ki, bu sistemdәki milli tәsәrrüfatlar bir çox fәrqliliklәrә malikdirlәr. Bu fәrqliliklәr aşağıdakı kimi dәyәrlәndirilir:
iqtisadiyyatın miqyası vә strukturu ilә;
iqtisadi inkişafın templәri vә sәviyyәsi ilә;
makroiqtisadi vә sosial-iqtisadi moddellәrlә;
beynәlxalq iqtisadi münasibәtlәr sistemindә iştirakının miqyasına, sәviyyә vә formasına görә, beynәlxalq әmәk bölgüsündә roluna görә.
Dünya iqtisadiyyatı milli iqtisadiyyatlar, onların sektorları vә sahәlәrinin bu vә ya digәr meyarlar әsasında qruplaşan müxtәlif sistemaltılar kimi tәqdim olunur. Mәhz buradan da milli iqtisadiyyatların çoxtәrәfli tәsnifatlılığı vә dünya iqtisadiyyatının çoxşaxәliliyi irәli çıxır. Bu baxımdan da dünya iqtisadiyyatı dünya ölkәlәrinin tәsnifatlılığı ilә yanaşı sahә, tәkraristehsal, әrazi, sosial vә digәr struktur komponent - lәrini әhatә edir.
Dostları ilə paylaş: |