Mövzunun planı Marketinqin idarə edilməsinin mahiyyəti və məqsədi Marketinqin idarə edilməsi prosesi


Bölüşdürmə kanallarının seçilməsi və idarə edilməsi



Yüklə 142,64 Kb.
səhifə8/12
tarix02.01.2022
ölçüsü142,64 Kb.
#41284
1   ...   4   5   6   7   8   9   10   11   12
ASEU TEACHERFILE WEB 8727512000963078345.docx 1600268912.docx

5. Bölüşdürmə kanallarının seçilməsi və idarə edilməsi. Bu fəaliyyət isti­qamətinə aşağıdakı əməliyyatlar aiddir:

a) bölüşdürmə kanallarının seçilməsinə dair qərarların qəbulu;

b) bölüşdürmə kanallarının idarə edilməsinə dair qərarların qəbulu;

c) marketinq kanallarının dinamikasının inkişafı;

ç) bölüşdürmə kanalları sistemində qarşılıqlı fəaliyyət prosesinin təd­qiqi;

d) topdan və pərakəndə ticarətin idarə edilməsi, ticarət heyətinin təş­kili.



6. Kommunikasiya proseslərinin idarə edilməsi. Burada aşağıdakı işlər həyata keçirilir:

a) kommunikasiya və məhsulların fiziki bölüşdürülməsi (malyeridi­lişi) strategiyasının hazırlanması, effektli kommunikasiya sisteminin yara­dılması;

b) tərəfmüqabillərlə, istehlakçılarla və rəqiblərlə qarşılıqlı fəaliyyə­tin effektli sisteminin hazırlanması;

c) multimedia üzrə optimal qərarların hazırlanması (reklamın məq­sə­­dinin təsdiq edilməsi, onun büdcəsinə dair qərarların qəbulu, reklam vasi­tələrinin seçilməsi və s.);

ç) birbaşa marketinq proqramlarının və pablik releyşnzin - ictima­iy-

lə əlaqənin hazırlanması.



7. Marketinq proqramlarının və qərarlarının təşkili, həyata keçi­rilməsi, qiymətləndirilməsi və ona nəzarət edilməsi. Bura:

a) kompaniyanın təşkili;

b) marketinqin təşkili;

c) qəbul edilmiş marketinq qərarlarının effektliliyinin qiymət­lən­di­ril­­məsi;

ç) marketinq fəaliyyətinə nəzarət və bu fəaliyyətin auditi.

Yuxarıda izah edilənlərdən belə nəticəyə gələ bilərik ki, marke­tin­qin idarə edilməsi müəssisənin marketinq fəaliyyəti sahəsində çalışan bütün işçilərə və bölmələrə uzunmüddətli (strateji) və qısamüddətli (operativ) ida­rəetmə tədbirləri kompleksini formalaşdırmağa imkan verir. Bu tədbir­lər kompleksi marketinq fəaliyyətinin məqsədinə nail olmasını və bunun sayə­sində isə müəssisənin fəaliyyətinin planlaşdırılan nəticə­lə­rinə nail olunma­sını təmin edir.

Marketinqin idarə edilməsi aşağıdakı şəkildə verilən ardıcıl mərhələ­lərlə həyata keçirilir .


Yüklə 142,64 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin