Situasiyalı təhlil prosesində istehlakçıların, rəqiblərin, satış heyətinin və marketinqin ətraf mühitinin digər elementlərinin davranışının strateji və taktiki problemləri təhlil edilir və real bazar situasiyasında müəssisənin güclü və zəif cəhətləri aşkar edilir.
Planlaşdırma mərhələsi müəssisənin gələcək inkişafında marketinq amillərinin rolunun qiymətləndirilməsini nəzərdə tutur. Başqa sözlə desək, bu mərhələdə bazar münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi müəyyənləşdirilir.
Marketinqin idarə edilməsinin strateji marketinq mərhələsində müəssisənin bütün fəaliyyət sahələrinin, o cümlədən marketinq fəaliyyətinin uzunmüddətli məqsədi müəyyən edilir və strategiyası hazırlanır. Bu zaman bazar seqmentinin seçilməsinə və onun tutumunun müəyyən edilməsinə xüsusi diqqət yetirilir, marketinq proqramlarının və vasitələrinin hazırlanması məsələlərinə, müəssisənin rəqiblərlə və ticarət təşkilatları ilə iş üsullarına baxılır.
Marketinqin operativ planlaşdırılması və yaxud operativ marketinq mərhələsində qısamüddətli marketinq məsələləri çərçivəsində ayrı-ayrı məhsullar və ya məhsul çeşidi qrupları üzrə marketinq tədbirləri və marketinq kompleksi hazırlanır, cari marketinq planları tərtib edilir.
Marketinqin strategiyasının və tədbirlərinin realizasiyası mərhələsində bilavasitə maarketinq prosesinin təşkili, idarə edilməsi və strategiyanın həyata keçirilməsi baş verir, ona nəzarət edilir və marketinqin idarə
edilməsinin effektliliyi qiymətləndirilir.
Müəssisənin fəaliyyətinə marketinq üzrə qəbul edilən idarəetmə qərarlarının təsirinin planlaşdırılması və həyata keçirilməsi marketinq strategiyasının və marketinq siyasətinin hazırlanması ilə daha da dəqiqləşdirilir və detallaşdırılır.
Marketinqin idarə edilməsi strategiyası və taktikasının hazırlanması vasitəsi kimi marketinq kompleksindən və marketinqin idarə edilməsi subyektlərinin motivasiyası metodlarından istifadə edilir.
Marketinqin və menecmentin inteqrasiyası marketinqin sinergetik effekti daxilində idarəetmə effekti yaradır. Başqa sözlə desək, bu zaman istehlakçıların ehtiyac və tələbatlarının ödənilməsi prosesində marketinq subyektlərinin yaratdığı, verdiyi effektlə yanaşı marketinq idarə edilməsi sisteminin yaradılması nəticəsində də əlavə effekt alınır. Belə ki, marketinqin idarə edilməsi marketinqin həyata keçirilməsilə əlaqədar olan tədbirlərin planlaşdırılmasının, onların əlaqələndirilməsinin və həyata keçirilməsinin, habelə onların yerinə yetirilməsinə nəzarət edilməsinin səviyyəsini həlledici dərəcədə yüksəldir. Bunun nəticəsində isə marketinq fəaliyyəti qarşısında qoyulan məqsədə daha tez və operativ nail olmaq mümkün olur. Bu isə şübhəsizdir ki, əlavə effekt əldə etməyə imkan verir.
3-cü sual. Marketinqin idarə edilməsi konsepsiyaları
Hər bir müəssisənin marketinqin idarəedilməsi üzrə strategiyalarını işləyib hazırlamaq və icra etmək üçün konsepsiyaları vardır. Bunlar marketinqə dair ədəbiyyatlarda marketinq menecmentin konsepsiyaları və yaxud istiqamətləri kimi kimi nəzərdən keçirilir. Bunlar aşağıdakılardır:
Dostları ilə paylaş: |