2.3 Layihələndirmə zamani tipik olmayan bədən formalari üçün ölçülərin dəqiqləşməsi və nöqsanlara kompleks yanaşma
Layihələndirmə zamanı bədən ölçülərinin xüsusiyyətləri normadan artıq fərqlənirsə,bunu nəzərə almaq lazımdır.
Konstruksiyadakı ciddi təhriflər bir sıra amillərdən asılıdır: parçanın xüsusiyyətlərindən, emal texnologiyasından,modelin nümunəsinin xüsusiyyətlərindən, geyimin növündən və s.
Əmələ gələn dəyişikliklərin çoxu materialın yan hissəsinin konstruksiyasının dəyişməsi ilə əlaqədardır.
Problemli bədən formalarında, məsələn bel əyilməsi,. onurğa əyriliyi kimi formalı bədənlərdə geyimin layihələndirilməsi zamanı balans pozulduğu üçün düzgün oturtmalar çətinlik yaradır.
Yaxalıqlar boyuna oturmur,ətraflarda sallanmalar baş verir. Geyimin arxa hissəsi yığılır və yaxud sallanmalar yaranır.
Qüsurların aradan qaldırılması üçün, balansda dəyişikliklər etmək lazımdır.Ön və arxa çiyin hissələri fərqli ölçülərlə dəqiqləşməlidir ki, çıxıntılar geyimdə darlıq yaratmasın.
Normal bədən formaları üçün geyimlərin layihələndirilməsi və tikişi zamanı da çiyinlərin alçaq və yaxud hündür olması,.qarın formasının qabaq olması kimi də kiçik qüsurlar yarana bilər ki, bunları müxtəlif qatlamaların,ciblərin köməyi ilə dəyişmək olar.
Böyük ölçülü döş nahiyəsi olan qadınların geyimində sinə və qolaltı künclərdə dartılmalar və sıxılmalar yaranır. Bunun üçün lekalların konstruksiyasında qatlanmaların tikiş yerlərini genişlətmək lazımdır.
Aşağıda müxtəlif qüsurlu və normal bədən biçimlərinin layihə lekalları göstərilmişdir.
Şəkil 2.66. Layihələndirmə zamanı geyimin detallarındakı dəyişikliklər
-
Əyribel bədən formalarında b- əyribədən formalarında
Şəkil 2.67.Layihələndirmə zamanı geyimin detallarındakı dəyişikliklər
a)alçaq çiyinlərdə b) hündür çiyinlərdə
Şəkil 2.68.Kilolu bədən ölçüsü olanlar üçün geyimi layihələndirərkən edilən dəyişiklik
Şəkil 69.Qadın bədəninin döş ölçülərinin artması ilə geyimin layihələndirilməsində də edilən dəyişiklik
Fərdi layihələndirmə zamanı qeyri tipik bədən formalarına materialın keyfiyyətli oturtması böyük əhəmiyyət kəsb edir. Yaranma səbəbinə görə nöqsanların əmələ gəlməsi müxtəlif ola bilər. Bir nöqsanın aradan qalxması,digər bir qüsurun yaranmasına səbəb ola bilər. Buna görə də çox rast gəlinən qüsurlar üçün müxtəlif variantlarda olan konstruktiv sxemlər,ülgülər hazırlayıb,kompleks yanaşma lazımdır.
Nöqsanların yaranma yeri də,onların aradan qaldırılması zamanı müəyyən əhəmiyyət kəsb edir. Ön tərəfdə yaranan qüsurların aradan qaldırılması daha dəqiq diqqət yetirilməlidir,insan ön tərəfə daha diqqətlidir.
Nöqsanların aradan qaldırılmasına kompleks yanaşma dedikdə , düzgün material seçimi, ölçülər, nöqsanların yeri, geyimin təyinatı,qiymət kateqoriyası, mühasirə dərəcəsi, model xüsusiyyətləri nəzərdə tutulur ki,bu da modelyer konstruktorların işini daha asanlaşmasıma ,rasionallığına,dəqiqliyə,vaxta qənaətə,istehlakçının razılığına,iqtisadi effektliyə təminat verir.
III FƏSİL. LAYİHƏLƏNDİRİMƏDƏ ƏMƏLƏ GƏLƏN NÖQSANLAR VƏ ONLARI TÖRƏDƏN AMİLLƏRİN ANALİZİ
Layihələndirilmə zamanı istehsal müəssisələrinin texniki imkanlarını, materialların xassələrini, quruluşunu , geyim istehsalındakı təcrübələr mütləq olaraq nəzərə alınmalıdır.
Tikiş məmulatlarının forması ilə onun təyinatı, konstruksiyaları, materialları və hazırlanma texnologiyaları ilə qarşılıqlı əlaqə tikili malların bədii layihələndirilməsinin əsasını təşkil edir.
Dizaynerlərin yuxarıda göstərilən səbəblərdən düzgün istifadə etməsi, istehsal proseslərinin avtomatlaşdırılması , daha səmərəli üsullardan istifadə, estetik cəhətdən daha yeni modellərin yaranmasına şərait yaradır.
Yeni yaradılmış kolleksiyalar əhalinin nəzərinə nümayişlərdə təqdim olunur. Ancaq çox vaxt nümayiş edilən modellər əhali tərəfindən bəyənilmir. Bunun səbəbi dizaynerlərin buraxdığı səhvlər və istehsal zamanı modeli hazırlayarkən materialdakı, rəngdəki və bəzəkdəki uyğunsuzluqlardan asılı ola bilir.
Başqa tərəfdən konstruksiyaetmə zamanı baş verən çatışmamazlqılar da istehsal zamanı prosesin gedişində yaranan qüsurlara da səbəb ola bilər.
Konstruksiya düzgün hazırlanmadıqda, təcrübələr göstərir ki, artıq əmək tutumuna, artıq material sərfinə səbəb olur. Bəzən də keyfiyyətli tikili məmulatlarının istehsalına, istehsal edən müəssisələrin mütəxəssisləri arasında qarşılıqlı anlaşmanın olmaması, məhsulun ucuz materildan hazırlanması təsir göstərir.
..İqtisadi cəhətdən səmərəli sayılması kütləvi geyim istehsalında formanın yaradılmasında əsas amildir. Yarımfabrikatların sahəsindən maksimum səviyyədə istifadə olunma, geyimlərin formasının seçilməsində tələb olunan iqtisadi səmərəlilik sayılır.
...Hər hansı geyim növünün layihələndirilməsinin başlanğıc mərhələsi layihəqabağı təhlilin aparılması sayılır.,. yəni., ən yaxşı nümunə-etalonun öyrənilməlidir..
Dizaynerin özünəməxsus fikirləri və üslubu məmulatlarıın layihələndirilməsi prosesində aşkar olunur.
Sənaye məhsullarının keyfiyyət səviyyəsinin qiymətləndirilməsində əsas və başlıca prinsiplər kimi aşağıda sayılanları xarakterizə etmək mümkündür:
a)faydalı keyfiyyət formalaşdırılması prinsipləri dedikdə məmulatın istifadəsi zamanı etibarlı olması, konstruksiyalılığı, insan orqanizminin bədən quruluşuna uyğunlaşması, rahatlığı, materialdan səmərəli istifadə edilməsi, keyfiyyətli olması , kimi başa düşülür;
-
materialın geyimin forması ilə uzlaşması, formasının bədii tərtibatının məzmununa müvafiq gəlməsi, ilə, seçilən geyimin formasının texnologiyalılığı, geyimin estetik xassələrinin formalaşması prinsiplərinə aid edilir.
-
keyfiyyət göstəriciləri olan konstruksiyası ilə formanın vahidliyinin uzlaşa bilməsi.
Sənaye məhsullarının keyfiyyətinin yüksəldilməsində yeni modellərin yaradılmasında necə istifadə edilməsi əsas əhəmiyyət kəsb edən məsələdir. Ona görə, istehsal müəssisələrində layihə edənlərin və modelyerlərin bütün gücü bilavasitə özünün texniki-iqtisadi göstəricilərinə görə beynəlxalq standartların və ən yaxşı modellərin tələblərinə cavab verə bilən nümunələrin yaradılıb istehsalda tətbiqinə doğru yönəlməsi əsasdır. .
Konstruksiyanın bəddi həlli elə qrup mövcud olan əlamətlərin cəminə malik olmalıdır ki, bu bütövlükdə yeni nümunələrin hazırlanması üçün həlledici əhəmiyyətə malik olmaqla onun xarici tərtibatını yaratmış olsun.
3.1 Tikiş məmulatlarinin keyfiyyət göstəriciləri
Parça və başqa materialların keyfiyyəti, texniki - intizam, bicimin dəqiqliyi və digər amillər tikiş məmulatının keyfiyyətinə təsir göstərir. Gedən əməliyyatların düzgün işlədilməsində işçilərin şəxsi təcrübəsi və standartların tələblərinə riayət olunmasının böyük rolu vardır.
İstehsalın bütün pillərində məhsulun keyfiyyətinə nəzarəti, nəzarətçinin bütün nəzarət formalarından istifadə etməsini lazımı səviyəyə qaldırmaq, tikiş məmulatının keyfiyyətini yaxşılaşdırmaq üçün vacibdir.
Biçimin keyfiyyətindən tikiş məmulatının keyfiyyəti çox asılıdır. Buna görə də biçilmiş məmulatları xəttə buraxmazdan əvvəl son dərəcə diqqətlə yoxlamaq lazımdır. Biçim vaxtı detalların normadan artiq biçilməsi və qısalması nəzərə çarpdıqda onlar axına buraxılmaya bilər. Biçilmiş hissənin keyfiyyətini onun hissəsini ülgünün üstünə qoymaqla yoxlamaq olar. Yoxlama aparmaq üçün biçilmiş dəstin üstündən, altından və ortasından bir neçə qat çıxarıb gözdən keçirmək lazımdır.
Üst geyimlər istehsalında yarımfabrikatların keyfiyyətinə nəzarət üçün bütün hissələrin işlənilmə əməliyyatının düzgün yerinə yetirilməsi, eləcə də onların üzü və astarı yoxlanılmalıdır. Çünki qüsurlar vaxtında aşkara çıxdıqça onların hazırlıq prosesində tez aradan qaldırmaq mümkün olur. Hazır geyimdə isə əlbəttə, bu cox cətin başa gəlir bəzən də heç mümkün olmur.
Hazır geyimləri keyfiyyət göstəricilərinə görə qəbul etdikdə onların xarici görünüşünə, ölçüsünə, işlənilməsinə, üz və astarın düzgün birləşdirilməsinə bəzəklərin, furniturların vəziyyətinə aıd göstəricilər yoxlanılır və təsdiq edilmiş nümunəyə uygun olaraq müəyyənləşdirilir.
Tikiş məmulatları çeşidlərinə, sahə standartlarıına, texniki təsvirinə və moda nümunələrinə uyğun olaraq hazırlamalıdır. Bu cəhətdən həmin modanın texniki təsviri sahə standartına əlavə hesab edilir.
Tikiş məmulatının nəzarət obyekti onun xarici görünüşü,bədənə oturması və işlənilmə keyfiyyətidir. Simmetrik hissələrin düzgün yerləşdirilməsi, tikişin düzgün işlənməsi, onun addımları və s. işlənilmə keyfiyyətinin xüsusiyyətinə aid edilir.
Geyimin xarici görünüşünü təsdiq edilmiş nümunə ilə eyniliyi əsas parçanın astarın bəzədilməsi və texniki normanın və modanın texniki təsvirinin tələblərinə tam uyğun gəlməlidir.
Geyimləri yoxlamaq üçün, manekenə geyindirilir, düymələnir və ölçülərin simmetrikliyi ,bədənə necə oturması yoxlanılır. Münekenə geyindirilməyən modellər stolun üstündə yerləşdirilib,yoxlanılır.
Alt yaxalığın orta tikişindən çiyin tikişinin ucuna qədər və çiyin tikişindən və yaxanın çıxıntısına qədər olan məsafəni ölçməklə yaxalığın boyun yerinə necə düzgün birləşdirilməsini yoxlamaq olar.
Geyimin bədənə oturmasının əsas xüsusiyyətləri qabaq və arxa hissənin ürərində əzilmə, sinma, əyrilik və s. olmasındandan ibarətdir.
Yaxalığın və yaxanın ucları qatlanmamalıdır.
Həmçinin yaxalıq əyri olmamalı, yaxalıq boyuna lazımı qaydada yatmalıdır .
Qol öz yerinə tikiləndə geri olmamalı, qolun yığması və onun konstruksiyaya uyğun qol yerində paylanması, eləcə də nəzarət çərtiklərinə bir-birinə nəzərən düz gəlməsi vacibdir. Arxa şlısın tərəfləri modadan göstərilən səviyyədə üst-üstə yatmalıdır, yəni aralanmamalı, bir tərəf o biri tərəfin üstünə artiq aşmamalıdır.
Astarlıq və istiliyi saxlamaq üçün ara materialları qısa və ensiz olmamalı, çəp birləşmə nəticəsində geyimin üstündə deformasiya alınmamalıdır.
3.2. Tikili mallarin keyfiyyət səviyyəsi
Tikiş məmulatlarında rastanan qüsurları iki qrupa bölmək olar: parçada olan qüsurlar, məsələn, toxunma, naxışlama və bəzəndirmək qüsurları; istehsalat tikişləri zamanı yaranan nöqsanları.
Parçalarda rast gələn tikiş nöqsanları istehsalın müxtəlif əməliyyatlarında əmələ gəlir. Geyimlərdə olan qüsurlar ölçülərinə, əhəmiyyətinə, görünüşünə və s. təsir etməsindən asılı olaraq kiçik və böyük nöqsanlara ayrıla bilir.
Tikilmiş müxtəlif geyim məmulatlarındakı qüsurlar da müxtəlif ola bilərlər. Üst geyimlərdə ən çox rast gəlinən qüsurlar aşağıdakılardan ibarətdir: döş tərəflərdə və yaxanın qıraqlarındakı əyriliklərin olması, ətəklərin bir tərəfinin digərindən daha uzun olması, naxışların yaxa və döş qatında əyilmələri, döş hissəsində artıq qabarıqların olması, döş qatında tikişlərin yana əyilməsi, ətəklərin ucunun aşağı burulması, kürək tikişində parçanın naxışının düz gəlməməsi, astarın parçanın altından görünməsi, ciblərin düzgün yerləşdirilməməsi, kəmərlərdəki əyriliklər, düymələrin çox sıx- boş tikilmələri, ilgəklər arasındakı məsafənin bərabər olmaması, aralıq materialın ilgəyin içərisindən görünməsi, astarın qısa və əyri olması şalvardakı cib tikişinin əyri olması, və s.
Tikiş müəssisələrində elə qabaqlayıcı tədbirlər həyata keçirmək lazımdır ki, sonradan tikili məmulatlar satış müəssisələrinə qəbul olduqda problemlər yaranmasın.
Satış müəssisələrinnə qəbul olunan , öz keyfiyyətinə görə qüvvədə olan texniki sənədə, nümunə etalonuna və s.şərtlərə uyğun gəlməyən mallara qəbul edilmiş forma üzrə akt yazılmalıdır. Həmin aktlar ticarət tvə sənaye müəssisələrinin nümayəndələri tərəfindən imzalanır. Həmin malın keyfiyyətini yoxlayan zaman məmulatın dəstliyinə, tarasının markalanma qablaşdırmasının DÜİST-ə, TŞ-ə, müqaviləyə və nümunəyə uyğunluğun olmasın da nəzarət etməlidir. Əgər yoxlama zamanı mallar standartlara və texniki şərtlərə uyğun gəlmirsə, mal yarasız hesab edilə bilər və geri qaytarılaraq,cərimə oluna bilər. Daxil olan maldakı qüsurların mal göndərən müəssisə malın növünü aşağı salmadan da düzəldə bilər. Bu da ancaq hər iki tərəfin razılığı ilə nizama salınmalıdır. Hazır məmulatların üz , astar tərəfini yoxlayırlar, rast gələn qüsurların ölçüsünü aydınlaşdırılrar. Bu vaxt həmin qüsurların yerini və xarakterini düzgün bilinməsi vacibdir. Qüsurlar məmulatların görkəminə və istismar müddətinə təsir edə bilərlər.
Biz bilirik ki, ayrı-ayrı geyim məmulatının təyinatından aslı olaraq , onlara verilən keyfiyyət tələbləri də müxtəlif olmalıdır. Keyfiyyət göstəricilərini yoxlayan zaman məmulatlar standartlara cavab verməlidir, bunun aşkar edilməsi zamanı təlimatlardan istifadə edilir.
Məmulatların keyfiyyətini yoxlayan zaman üzünə və astarına, yaxud iç tərəflərinə,tikişlərinə baxılır , texniki sənədlərdə nəzərdə tutulan yerlər ölçülürlər.
Tikilmiş malların keyfiyyətini əsasən stollar üzərində yoxlayırlar, lazım olduqda isə onların bədənə necə oturuşunu, bədii tərtibatlarıni, xarici görünüşlərini dəqiq yoxlamaq üçün manikenlərə geyindirilir.
Keyfiyyətə nəzarətlər əsasən müəyyən edilmiş ardıcıllıqla aparılır.
Bütün üst geyimləri,məsələn kostyumlar,paltolar və s.keyfiiyəti yoxlanan zaman hər iki tərəfdən astar və üz tərəfdən yoxlanılır, tikiş sahələrinin üst-üstə düşməsi, ayrı-ayrı detalların oturulması, ölçülərin düzgünlüyü müəyyən edilir. Daha dəqiq uyğunluq və simmetrikliyinin yoxlanılması üçün manekenə geydirilir və emal keyfiyyəti yoxlanılır.
Bilavasitə tikilən mallar I və II növ buraxıla bilər. Növlərin təyin olunması tikilən malların xarici görünüşündən, keyfiyyətindən asılıdır.
Standartlarda da tikili malların I və II növ üçün buraxıla bilməyən nöqsanlara aşağıdakılar aid edilir:
Tikiş məmulatlarının ətəyində və çiynində olan əyriliklər: üst boyunluğun dartılması və yaxud ölçüdən artıq olması ,boyunluğun əyilməsi və qurtaracağının dar olması, qolların qabaq və yaxud arxa hissəsində kənarlaşmalar,qolların öz yerində düzgün oturmaması, qol tikişinin əyriliyi, bir tərəfdən digər tərəfin üstünə keçməsi və ya əksinə.
Şalvarların yan hissəsində və addım tikişlərində əyriliklərin olması: astarın üz materialına düzgün birləşdirilməməsi, məmulatın görünən hissələrində gözlə görünən deformasiyalar, istehsal tikiş qüsurları, modellərinin texniki sənədlərində nəzərdə tutulmuş aralıq qatlarıının olması, xarici tikiş xətləri üçün işlədilən sapların rənginin kəskin fərqlənmələri, ipək, yaxud sintetik sapların pambıq sapla əvəz edilmələri məmulatın açıq hissəsində naxışların uyğun gəlməməsi. Nəzarət vaxtı aşkarlanmış qüsurların ölçülərinin norma göstəricilərinə uyğunsuzluğundan aslı olaraq tikili mallar I və II növə aid edilir.
Məmulatın hissələrində və detallarındakı nöqsanların harada yerləşməsindən asılı olaraq görünən və görünməyən nöqsanlara ayrılır:
Tikiş məmulatlarının I növündə gözlə görünən heç bir nöqsan olmamalıdır,texniki şərtlərə tam uyğun olmalıdır,lakin astar tərəfində və yaxud üçdən çox olmayaraq əhəmiyytəsiz qüsurlar ola bilər.
II növ tikiş məmulatalırnda isə texniki şərtlərə və standartlara tam uyğun olmadıqda belə beşdən artıq istehsal nöqsanı na yol verilə bilməz.
Bu növləşdirmə DÜİST-71 standartlarına uyğun olaraq seçilir.
Məmulatın astarının xarici görünüşünün yerli nöqsanları materialları bütöv əhatə etmirsə, sorta aid olan məmulatlarda nəzərə alınmır. Məmulatın astarında olan xarici görnüşünün yayılmış nöqsanları təsdiq edilmiş etalona uyğun olaraq buraxıla bilər. Tikili malların sortunu təyin edən zaman baş verən mübahisəli. halların həll edilməsi üçün materialların xarici görnüş nöqsanları üzrə hazırlanmış etalondan və müəyyən olunmuş qaydada təsdiq edilmiş məmulat nümunəsindən istifadə edilir.
Boyaq lövhələrinə I və II növ tikiş məmulatlarında yer verilmir.
Dövlət keyfiyyət nişanı ilə hazırlanmış tikili məmulatlara isə əlavə tələblər də verilir ki, bu barədə təsdiq edilmiş müvafiq normativ texniki sənədlərdə məlumat verilir və keyfiyyətinin qiymətləndirilməsində həmin məmulatlar əsas şərt kimi qəbul edilir.
NƏTİCƏ VƏ TƏKLİFLƏR
Buraxılış işində aparılan təhlilləri ümumiləşdirərək mövzu ilə bağlı aşağıdakı təklifləri irəli sürməyi məqsədəuyğun hesab edirəm
1. Bütün tikili malların keyfiyyətini formalaşdıran amillərə onların modelləşdirilməsi, quraşdırılması təşkil edir. Bütün modelləşmə və quraşdırmanı dünya standartı tələbləri səviyyəsinə qaldırmaq üçün respublikada maddi texniki baza, kadr elmi potensialı, müasir texniki tərəqqiyə cavab verən dəzgahlar yoxdur və bunu yaratmaq üçün dövlət büdcəsində kapital qoyuluşu üçün vəsait də yoxdur. Ona görə yaxşı olardı ki, indi həyata keçirilən özəlləşdirmə iqtisadi islahatının köməyi ilə xarici investorların köməyi ilə respublikada bu iş qaydasında təşkil edilsin.
2. Geyimlərinin keyfiyyətini, o cümlədən estetik xassələri qiymətləndirmək və keyfiyyəti idarə etmək məqsədilə vaxtaşırı ekspert qiymətləndirmənin kütləvi sorğu metodlarının təbiq olunması məqsədəuyğundur. Bu metodla əldə olunan nəticələrin təhlili, satış firmalarında istehlakçı tələbini yüksək səviyyədə ödəyən çeşidin formalaşdırılmasına və istehsal müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı məsələlərin həllinə müsbət təsir edər.
3. Tikili malların istehsal və satış firmalarında əmtəəşünas kadrlarından istifadə olunması həm keyfiyyətin yüksəlməsinə, həm də istehlakçı tələbinin daha dolğun qarşılanmasına şərait yaradar.
4. Geyimlərinin istehsalı ilə məşğul olan müəssisələrdə yeni texnologiyanın tətbiq olunması və bu sahəyə yüksək səriştəli modelyerlərin cəlb olunması məqsədəuyğundur. Belə ki, hazırda qadın tikili mallarının keyfiyyətindəki əsas çatışmamazlıqlar istehsal-tikiş proseslərində yol verilən nöqsanlardan və bədii layihələndirmənin lazımi səviyyədə olmamasından yaranır.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
-
Коблякова Е.Б. Конструирование одежды с элементами САПР. – М.: Легпромиздат, 1988.
-
Рахманов Н.А., Стаханова С.И. Устранение дефектов одежды. – М.: Легкая и пищевая промышленность, 1985.
-
Рахманов Н.А., Стаханова С.И. Конструктивные дефекты и способы их устранения. – М.: Легкая индустрия, 1979.
-
Повышение качества одежды и услуг по пошиву и ремонту – один из главных резервов роста эффективности производства: Методические рекомендации. – М.: ЦОТШЛ, 1984.
-
Розанцева Л.М. и др. Использование материалов при изготовлении одежды. Лабораторный практикум. – М.: ВЗМИ, 1985.
-
Савостицкий А.В. и др. Технология швейных изделий. – М.: Легкая индустрия, 1982.
-
Литвинова И.Н., Шахова Я.А. Изготовление женской верхней одежды. – М.: Легпромбытиздат, 1987.
-
Рахманов Н.А. Конструктивные дефекты одежды и способы их уст-ранения / Н.А. Рахманов, С.И. Стаханова. – М.: Легкая индустрия, 1979. –
-
Слесарчук И.А., Олейник Т.П. Конструктивные дефекты; учебное по-собие / И.А. Слесарчук, Т.П. Олейник. – Владивосток: ВГУЭС, 2003. – 160 с.
-
Исправление дефектов посадки. Система М. Мюллер и сын. Библио-тека журнала «Ателье» /– М.: ЗАО ЭДИПРЕСС-КОН-ЛИГА, 2011.
-
Гусейнов Г.М. Композиция костюма: учеб. пособ. для вузов / В.В. Ер-милова, Д.Ю. Ермилова и др. – М.: Академия, 2003. – 432 с. – (Высшее про-фессиональное образование).
-
Пармон Ф.М. Композиция костюма: учебник для вузов / Ф.М. Пар-мон. – М.: Легпромбытиздат, 1997. – 318 с
810M qrup magistrantı Kazımova Səidə Əhməd qızının
“ TİKİŞ MƏMULATLARININ LAYİHƏLƏNDİRİMƏSİNDƏ ƏMƏLƏ GƏLƏN NÖQSANLAR VƏ ONLARI TÖRƏDƏN AMİLLƏRİN ANALİZİ”
adlı magistr dissertasiyasının
REFERATI
Tikiş məmulatlarinin layihələndiriməsində əmələ gələn nöqsanlar və onlari törədən amillərin analizi mövzusu müasir dövrdə ölkəmizdə istehsal olunan geyimlər üçün ən əsas mövzulardandır.
Mövzunun aktuallığı. Hal-hazırda geyim məmulatlarının layihələndirilməsində istifadə olunan layihə hesabatları, demək olar ki, hazırlanan geyim nümunələrinin xüsusiyyətlərinə və insanın quruluşu haqda məhdud informasiyaya əsaslanır. Bu isə onunla əlaqədardır ki, insanın strukturu haqqında optimal nəticələr, hazırlanmış materialların xüsusiyytələri, layihələndirmə zamanı dəqiqlik çox mürəkkəb xarakterə malik olmaqla yanaşı, həm də böyük əmək sərf olunmasını tələb edir.
Müasir şəraitdə müəssisələrin istehsal etdikləri məhsullar kəmiyyətinə görə yox, onun keyfiyyətinə görə seçilir. Bu da keyfiyyət problemlərinin nə qədər ciddi olmasını göstərir.
Layihələndirmə zamanı dəyişikliklərin keçirilməsi üçün qüsurların yaranma səbələri və onların aradan qaldırlması üçün təsirli tədbirlərin seçilməsi qabiliyyəti olmalıdır. Buna görədə layihəçi xarici amilləri öyrənməli, analiz etməli və hazır geyimlərdə onların aradan qaldırılması üçün düzgün səbəbləri tapmalıdır.
Tədqiqatın obyekti. Tədqiqat işində tikiş sənayesində məmulatların layihələndirilməsində yaranan nöqsanlar və onları törədən amillər geniş və kompleks şəkildə təhlil edilmişdir.
Tədqiqatın məqsədi. Tikiş sənayesində nöqsansız tikili məmulatların hazırlanması üçün istehsalın müxtəlif mərhələlərində qüsurların yaranmaması üçün profilaktik tədbirlər aparmalıdır.
Ümumiyyətlə, geyimlərdəki qüsurlar 3 yerə bölünür: modelləşdirmə, layihələndirmə və texnoloji.
Layihələndirmədəki qüsurlar ölçü və formaların insan bədəni ilə uyğunsuzlugundan irəli gəlir. Bu qüsurlar geyimdə şaquli, üfüqi və maili qırışların yaranmasında və dinamiki uyğunsuzluqda, balans pozgunluğu ilə təzahür olunur.
Texnoloji qüsurlar layihələndirmə və biçilmə zamanı layihə montaj xətlərinin düzgün olmaması, əyri konfiqurasiyalar, quraşdırma zamanı kəsici xətlərin, quraşdırılmı tikişlərin ölçülərlə uyğun olmaması zamanı yaranır.
İsti nəm emalı prosesində səhv rejimlər düzgün formalaşmaması, layihələnmə zamanı məmulatın kənarlarında və oturtmalar zamanı hesablanmamış əyri tikişlərə səbəb olur.
Hazırki magistr dissertasiyası işində məqsəd məhz layihələndirmə zamanı yuxarida adları sadalanan qüsurların əsas layihədən kənara çıxaraq, yanlış üsullardan istifadə zamanı yaranmasının qarşısını almaqdan ibarətdir.
Tədqiqatın metodu. Problemə sistemli şəkildə yanaşmaqla, insanı ətraf mühitin mənfi təsirlərindən qorumaqla yanaşı, onun xarici görünüşünü bəzəyən, gündəlik həyat fəaliyyətinə mühüm təsir göstən tikili məmulatlarının estetik xassələrinin yalnız modadan deyil, onların hazırlandığı materialın xassələrindən, konstruksiyasından, məmulatın texnoloji emalından və digər amillərdən aslıliğinı araşdırmaq üsullarına əsaslanır ki, bu üsullar da öz növbəsində elmi, tarixi mənbələrin, həmçinin internet vasitəsilə müəyyən edilir.
Elmi yenilik. Elmi yenilik hazırki magistr dissertasiyası işində aparılan elmi-tədqiqat işlərinin nəticələrinə əsaslanaraq tikiş sənayesində qüsursuz və keyfiyyətli tikiş məmulatlarının hazırlanmasında yaranan metodoloji problemləri ardıcıl qaydada sistemləşdirməkdən ibarətdir.
Məhsulların keyfiyyət səviyyəsinin qiymətləndirilməsində laboratoriya və sosioloji qiymətləndirmə metodlarından əlavə, ekspert üsulu da çox əhəmiyyətli sayılır. Çünki ekspert üsulunun tətbiqi iqtisadi məsələlərin çətinlikləri ilə bağlı olduğundan bəzi məsələlərin həlli üçün təcrübəli ekspert mütəxəssislərdən istifadə etmək məqsədəuyğundur. Odur ki, yüngül və toxuculuq mallarının keyfiyyət səviyyəsinin qiymətləndirilməsində ekspert komissiyasının təcrübəsindən istifadə etmək daha səmərəli olar.
İşin təcrübi əhəmiyyəti.
Dissertasiya işində irəli sürülən praktiki təkliflərdən və eləcə də tikiş məmulatlarının layihələndirilməsində yaranan nöqsqnların və onları törədən amillərin analizindən əldə olunan nəticələrdən istifadə etməklə, ümumiyyətlə tikiş sənayesində müasir geyimlərdə təyinatından asılı olmayaraq zəriflik, incəlik, eleqantlıq, yüksək kompozisiya həlli, harmoniyalılıq və s. kimi estetik xassə göstəriciləri daha çox tələb olunan keyfiyyətli məhsul problenini həll etmək olar. Bununla yanaşı, dissertasiyada tədqiq olunan və irəli sürülən praktiki təkliflərdən Azərbaycan modelyerlərinin, moda evlərinin iş təcrübəsində, dissertasiyanın əsas müddəalarından isə UNEC- in “Texnologiya və Dizayn” fakültəsinin buraxılış və kurs layihələrində, eləcə də, uyğun fənnlərin mühazirə kurslarında istifadə oluna bilər.
İşin strukturu. Magistr dissertasiyası 3 fəsildən, nəticə və təkliflərdən ibarət olmaqla, işin yazılmasında 12 adda ədəbiyyat mənbələrindən istifadə edilmişdir. Dissertasiya işi kompüterdə yazılmış 74 səhifədən, 69 şəkildən ibarətdir.
Müasir şəraitdə müəssisələrin istehsal etdikləri məhsullar kəmiyyətinə görə yox, onun keyfiyyətinə görə seçilir. Bu da keyfiyyət problemlərinin nə qədər ciddi olmasını göstərir.Qeyd olunan xüsusiyyətlərlə yanaşı müasir geyimlərdə, xüsusilə qadın getimlərində təyinatından asılı olmayaraq zəriflik, incəlik, eleqantlıq, yüksək kompozisiya həlli, harmoniyalılıq və s. kimi estetik xassə göstəriciləri daha çox tələb olunur. Bu baxımdan da geyimlərinin keyfiyyətinə qoyulan tələblərin kompleksi daha geniş və mürəkkəbdir.
Dostları ilə paylaş: |