Ms dos əməliyyat sistemi ə2 foto


MS DOS-un əsas komponentləri



Yüklə 30,23 Kb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü30,23 Kb.
#35292
1   2   3   4
əməliyyat sistemleri

MS DOS-un əsas komponentləri

MS DOS iyerarxik kataloq strukturuna əsaslanan çevik fayl sisteminə  və əlverişli əmrlərə malik

olan əməliyyat sistemidir:

MS DOS-un əsas komponentləri aşağıdakılardır:

IQ.SYS və MSDOS.SYS disk faylları. IQ.SYS və MSDOS.SYS

disk faylları kompüterin əməli yaddaşında daimi yerləşən MS DOS əməliyyat sisteminin əsas sistem

faylları adlanır. Bu fayllar həm də gizli fayllardır. IQ.SYS faylında BIOS-un genişlənmə modulu

yerləşir. MSDOS.SYS isə kəsilmələrin emalı modulu üçündür. IQ.SYS və MSDOS.SYS faylları MS

DOS yerləşən diskin əsas kataloqunda yerləşməlidir. Qeyd etmək lazımdır ki, başqa diskdə bu

faylların surətini almaq üçün xüsusi SYS əmrindən istifadə olunur. MSDOS.SYS modulunun

komponentləri fayl sisteminin, giriş-çıxış qurğularının (klaviatura, displey, printer və portlar) işini

təmin edən, proqramların sona çatması ilə əlaqədar məcburi kəsilmələrə və səhvlərin emalına xidmət

edən proqramlardır.

Giriş-çıxış baza sistemi- BIOS (Basic Input/Output System)

kompüterin daimi yaddaş qurğusunda (DYQ) yerləşir və əsas vəzifəsi giriş-çıxışla bağlı olan ƏS-nin

sadə və universal funksiyalarının yerinə yetirilməsindən ibarədit. BIOS həmçinin kompüter qoşularkən

yaddaş və qurğuların işini yoxlayan test proqramına və ƏS-nin yükləyicisini çağıran proqramlara

malikdir.

Başlanğıc yükləyici blokda yerləşən SB (System Bootstrap)

sistem yükləyicisi kiçik bir proqram olmaqla, BIOS-da genişlənmə modulu və kəsilmələrin emalı

modulunu əməli yaddaşa yükləmək üçün nəzərdə tutulub.

Əmrlər prosessoru (command.com-faylı)-icra olunan proqramdır.

Əmrlər prosessoru aşağıdakı funksiyaları yerinə yetirir:

Klaviatura və ya əmrlər faylından daxil olan əmrləri qəbul edir

və araşdırır;

Command.com faylının daxilində yerləşən MS DOS-un əmrləri

yerinə yetirilir;

MS DOS-un xarici əmrləri və com və ya exe tipli fayllarda saxlanılan tətbiqi proqramlar yüklənir

və yerinə yetirilir.

Əmrlər prosessoru ƏYQ-yə yüklənəndə iki hissəyə parçalanır:

Rezident, yəni əməli yaddaşda daimi yerləşən;

Rezidentsiz, yəni ƏYQ və disk arasında verilənlərin ötürülməsi

ilə dövri olaraq dəyişən.

Rezident hissə 22h. . . 24h nömrəli kəsilmləri standart emal edən altproqramları özündə

saxlayır. Burada həmçinin ƏYQ-nun rezidentsiz hissəsini boşaldan proqram və kompüterin

qoşulmasında avtomatik yüklənən autoexec.bat faylını emal edən altproqram yerləşir.

2.MS DOS-da diskin strukturu

Bir çox hesablama sistemlərində olan xarici yaddaş informasiyanın maqnit lentinə, çevik və sərt

maqnit diskinə yığılması üçün istifadə olunur. Bu xarici yaddaş qurğuları tip və ölçülərindən asılı

olmayaraq informasiyanın maqnitlənmiş səthində uzun müddətli saxlanılması prinsipindən istifadə

edir.

Burada proqramçı üçün maraq doğuran əsas məsələlərdən biri informasiyanın diskdə necə



yerləşməsi, ora yazılması və oradan oxunmasıdır. Bunların öyrəniləməsi üçün disikin struktur təşkilinə

baxaq.


Disikin ölçüsü disk aparıcısı və xüsusən əməliyyat sistemindən asılıdır. Amma diskin struktur

və mahiyyəti həmişə eynidir. İxtiyari diskin iki strukturu (formatı) mövcuddur: fiziki və məntiqi.

Fiziki format sektorun baytlarla ölçüsünü, cığırdakı sektorların və üzvlərin sayıını təyin edir. Bu

fiziki və ya aşağı səviyyəli formatlaşdırma (physical formatting, low-level formatting) adlanır.Bu

prosedur sərt diskin hazırlanmasında yerinə yetirilir. Fiziki formatlaşdırmada kontroller diskin

sektorlarını təyin edərək onları nömrələyir.

Verilənlər diskin maqnit örtüyündə konsentrik çevrələr şəklində yazılır ki, bu da cığır adlanır.

Hər bir cığır öz növbəsində bir neçə sektordan ibarət olur.

Disikin bir üzərindəki informasiyanın miqdarı cığırların sayından (bu sıxlıq adlanır) və bir

cığırdakı sektorların ümumi ölçüsündən asılıdır. Sıxlıq diskdən asılı olaraq dəyişir. Sektor disk

kontrolleri vasitəsilə oxunan və ya yazıla bilən minimal həcmli veriləndir.

Fiziki formatlaşdırmadan sonra diskin MS DOS ilə işləməsi üçün olduqca çoxlu xüsusi

verilənlər yazılmalıdır. Amma sərt disklə iş adətən fiziki diskin bir və ya bir neçə məntiqi bölmələrə

bölünməsi proseduru ilə başlayır.

Vinçesterin məntiqi bölmələrə bölünməsi MS DOS-un Fdisk (Fixed Disk) proqramı ilə həyata

keçirilir. Fdisk proqramının köməyi ilə vinçesteri C:, D:, E: və s. kimi məntiqi disklərə bölmək

mümkündür. Fdisk-in alternativ proqramı PowerQuest firmasının Patition Magic proqramıdır. Bu

proqram Fdisk bütün funksiyalarını yerinə yetirməklə bərabər əlavə imkanlara da malikdir. Patition

Magic proqramı Fdisk-dən fərqli olaraq diskdəki verilənləri korlamadan məntiqi diskin ölçüsünü

dəyişir və verilənləri FAT16-dan FAT32-yə və əksinə konversiya edir.

Vinçester məntiqi disklərə bölündükdən sonra diskin sistem sahəsi yaradılmalıdır ki, bu da

məntiqi və ya yüksək səviyyəli formatlaşdırma adlanır. Yüksək səviyyəli formatlaşdırma

FORMAT.COM proqramı vasitəsi ilə həyata keçirilir.

Diskin fayl strukturu

Fayla müraciətdə istifadəçi onun yalnız yolunu və adını göstərməlidir. ƏS əvvəl fayl-kataloqa

müraciət edərək faylın diskdə yerləşməsi haqqındakı məlumatı tapır, sonra isə tələb olunan əməliyyatı

yerinə yetirir.

Diskdəki verilənlərə müraciətdə ƏS burada yerləşən faylların yerləşmə cədvəlindən-FAT (File

Allocation Table), baş kataloq və altkataloqdan istifadə edir. Başlanğıc sektor (yükləyici yazı),

faylların yerləşmə cədvəli,baş kataloq və diskin boş yaddaş sahəsi birlikdə verilənlər sahəsi

adlanmaqla diskim fayl strukturunun elementlərini təşkil edir. Verilənlərin yerləşmə strukturu aşağıda

göstərilib.



Başlanğıc sektor (yükləyici yazı)

FAT

Baş kataloq

Fayllar, kataloqlar, boş sahə

CVF


Yüklə 30,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin