Ms dos əməliyyat sistemi ə2 foto



Yüklə 30,23 Kb.
səhifə2/4
tarix02.01.2022
ölçüsü30,23 Kb.
#35292
1   2   3   4
əməliyyat sistemleri

MS DOS əməliyyat sistemi

ə2 foto

MS DOS əməliyyat sistemi

aşağıdakı funksiyaları yerinə yetirən

kompleks proqramlara malikdir:

Proqramların icrasının idarə

edilməsi;

Fərdi kompüter resurslarının

idarə edilməsi;

Prosessorun və fərdi kompüterin

xarici qurğularının iştirakı ilə

informasiya emalının təşkili;

Xarici yaddaşda

informasiyanın saxlanması və

disklərə xidmət

işinin yerinə yetirilməsi.

 

Məlumatlar üçün istifadə olunmuş saytlar


http://nazimrustamov.narod.ru  http://wikipedia.org  http://ilkaddimlar.com   http://technet.az




Bu əməliyyat sistemi diskdə saxlandığından, disk əməliyyat sistemi (DOS-Disc operation System)

adını alıb. DOS proqramları lazım olduqda əməli yaddaşa yüklənir.

Hal-hazırda fərdi kompüterlər üçün MS DOS, Windows 95/98/2000, PC DOS, DR DOS, UNIX və

OS/2 əməliyyat sistemləri çox geniş yayılıb. İBM PC-ilə uyuşan maşınlarda ən çox MS DOS

Microsoft firması, DR DOS və PC DOS əməliyyat sistemləri istifadə olunur. MS DOS Microsoft

firması, DR DOS-Digital Research firması və PC DOS - İBM firması tərəfindən yaradılmışdır.

İstifadəçi üçün bu əməliyyat sistemlərindən çox geniş yayılanı MS DOS6.22 versiyasıdır.

MS DOS əməliyyat sistemi aşağıdakı əsas hissələrdən ibarətdir:

Fayl sistemi;

Xarici qurğuların drayverləri;

Əmrlər prosessoru.

2.Disk əməliyyat sisteminin əsas anlayışları

İnformasiya disklərdə fayl şəklində yadda saxlanılır. Fayl disk və ya başqa informasiya

daşıyıcısında adlandırılmış bir sahədir. Faylda proqram mətni, sənəd, şəkil, qrafik, səs, video film və

s. ola bilər.

Fayllar çox vaxt iki kateqoriyaya bölünür: mətn və ikilik. Mətn faylları istifadəçi tərəfindən oxunur.

Bu fayllarda proqram mətni, Dos-un əmrlər faylı və s. ola bilər. İkilik faylları ASCII simvollarından

ibarət olduğundan, çox vaxt bu fayllara ASCII faylları da deyilir.

Əməliyyat sistemlərinin və başqa proqramların fayla müraciət üçün fayllar işarələnməlidirlər. Belə

işarələmə faylın adını təyin edir. DOS əməliyyat sistemlərində faylın adı iki hissədən ibarətdir: adın

özü və genişlənməsi. Ad və genişlənmə bir-birindən nöqtə ilə ayrılır. Faylın adı 1-dən 8-ə kimi

simvollardan, genişlənməsi isə 0-dan 3-ə kmi simvollardan ibarət ola bilər. Faylın ad və

genişlənməsində böyük və kiçik latın hərflərindən istifadə oluna bilər, amma diskdə faylın adı yalnız

kiçik latın hərfləri ilə yazılır. Faylın ad və genişlənməsində aşağıdakılardan istifadə etmək olar:

latın əlifbasının böyük və kiçik hərfləri;

rəqəmlər: 0-dan 9-a kimi;

simvollar: _ , $, #, &, @, !, %, (,), ~, ^.

Məsələn;

Command.com,

Autoexec.bat,

Prog_1.doc və s.

Amma bəzi əməliyyat sistemlərində (Windows 95/98, OS/2 və Windows NT) uzun adlı

fayllardan istifadə olunur. DOS əməliyyat sistemindən fərqli olaraq, müasir Windows 95/98,OS/2 və

Windows NT əməliyyat sistemlərində fayl və kataloqların adlandırılmasında uzunluğu 254 simvoldan

ibarət sətirdən istifadə etmək olar.Bu adlara uzun adlar deyilir.(Buna baxmayaraq 60-70 simvola kimi

istifadə etmək məqsədə uyğundur)

Hər bir proqramın (əməliyyat sistemlərindən başqa) tərkibində bu proqramı yükləyən fayl

mövcuddur ki,bu fayl icra olunan fayl adlanır.İcra olunan faylın genişlənməsi COM və ya EXE

olur.Bir çox proqramlar faylın genişlənməsini özü təyin edir ki,bununla faylın hansı proqram

tərəfindən yaradıldığı bilinir və bu faylların bir çoxu uyğun proqramı yükləyir.Genişlənmə faylın tipini

göstərir və onlardan bir çoxu standartdır.Məsələn,

.COM,EXE-yerinə yetrilməyə hazır olan ,yəni icra olunan fayllar

.BAT-əmrlər faylı

.TXT-mətn faylı

.MDB-Access VBİS-nin faylı

.XLS-Excel elektron cədvəl faylı

.DOS-Microsoft Word mətn redaktoru faylı

.PAS-Paskal dilinin proqram faylı

.C-C dilinin proqram faylı

.ASM-Assembler dilinin proqram faylı

.BAK-faylın dəyişiklikdən əvvəlki surəti

.ARJ və ZİP sıxlaşdırılmış fayllar

MS DOS əməliyyat sistemində qrup fayllarını işarə etmək üçün şablonlardan istifadə etmək

olar.Şablonda qlobal simvollardan istifadə etməklə faylın adı və ya genişlənməsi işarə olunur.Bu *

(ulduz) və ?(sual işarəsi) simvollarıdır.

Faylın adında (genişlənməsində) ulduz işarəsi onu göstərir ki,bu mövqedən başlayaraq adın

sonuna kimi ixtiyari mümkün işarə ola bilər.Məsələn *.DOC -genişlənməsi .DOC olan bütün fayllar ,

METOD.*-adı METOD olan (METOD.DOC, METOD.EXE, METOD.TXT və.s) istənilən

fayl,AZ*.DOC-genişlənməsi DOC olan ,

adı AZ-la başlayan fayllar,*.*-bütün fayllar.

Faylın adında sual işarəsi onu göstərir ki,bu mövqedə ixtiyari mümkün işarə ola bilər.Faylın

adında bir neçə sual işarəsi ola bilər.Məsələn,PROQ?.EXE-PROQ ilə başlayan adın beşinci mövqesi

istənilən simvol ola bilər.(PROQ1.EXE, PROQA.EXE, PROQD.EXE və.s)

Qlobal simvollardan faylların axtarışında ,yerdəyişməsində ,

köçrülməsində və silinməsində çox geniş istifadə olunur.Faylların ad və genişlənməsində böyük və

kiçik hərflər eyni qəbul olunur.Yəni adna.txt və ADNA.TXT eyni faylı təyin edir.DOS əməliyyat

sistemində DOS qurğularını işarə etmək üçün adlardan istifadə olunur ki,faylları adlandırarkən

bunlardan istifadə etmək olmaz.Bu adlardan DOS-un əmrlərində informasiyanın kompüterin qurğuları

ilə giriş və çıxışını təşkil etmək üçün istifadə olunur.Məsələn,PRN adı printeri göstərir,buna görədə

DOS-un əmrlərində faylın adı yerinə PRN göstərdikdə uyğun verilənlər çapa çıxır.DOS qurğularının

adları aşağıdakılardır:

PRN-printer

LPT1-LPT4-1-4 paralel portlar

COM1-COM4-1-4 ardıcıl portlar

AUX-1 ardıcıl portuna birləşdirilən qurğu

CON-giriş üçün klaviatura,çıxış üçün ekran

NUL-boş qurğu

Burada paralel və ardıcıl terminləri informasiyanın ötrülmə üsuludur.

Bu adlara hər hansı bir genişlənməni əlavə etdikdə DOS bunu qurğulara müraciət kimi başa

düşür.Məsələn,CON.TXT faylına müraciət CON qurğusuna müraciətlə eynidir.Ona görə də

CON.TXT-dən disk faylının adı kimi istifadə etmək olmaz.Amma faylların adlarının genişlənməsində

.PRN,.AUX,.CON və.NUL-dan istifadə etmək olar.Məsələn,ALFA.PRN faylından istifadə etmək

olar.


Faylın aşağıdakı atributları mövcuddur.

R-yalnız oxunan .Bu faylları sistem vasitələri ilə yeniləşdirmək və ya silmək mümkün deyil

H-gizli fayl

S-sistem fayl.Bu fayllar əməliyyat sistemlərində istifadə olunur.

A-arxivləşdirilmiş fayl.Bu atribut hər bir faylın yaradılmasında təyin olunur.

Kataloq digər fayllar haqqında informasiyanı özündə saxlayan xüsusi fayldır.Kataloq həmçinin

direktoriya da (arayış,göstərici)adlanır.Faylların adı diskdə kataloqlarda (və ya direktoriya)qeyd

olunur.Windows 95/98-də kataloqlar qovluq adlanır.Kataloq faylların tam adı ,ölçüsü,yaradılma və ya

sonuncu düzəliş vaxtı və tarixi,atributu və.s məlumatlardan ibarət olur.Kataloqun daxilində başqa bir

kataloq qeyd olunarsa ,buna altkataloq deyilir.

Hər bir diskdə bir baş kataloq olur.Bu kataloqda fayl və altkataloqlar qeyd olunur.Diskdə

kataloqlar ağacvari -ierarxik struktura malikdirlər.İstifadəçi işləyən kataloq cari kataloq adlanır.Yeni

formatlaşmış diskdə sadəcə bir kataloq var-baş kataloq.Bu kataloq proqram vasitələri ilə silinə bilməz.

Kompüterdə adətən bir neçə -sərt disk ,disket,kompakt disk və disk aparıcısı mövcuddur.Bu

disklərdə yerləşən fayl və kataloqlara müraciət etmək üçün disk aparıcısının adından istifadə

olunur.Disk aparıcıları A:,B:,C:,D: və.s kimi adlandırırlar.Əslində A:,B:,C:,D: məntiqi disklərin

adıdır.Sərt diski iki və daha çox hissəyə bölməklə bir neçə məntiqi disk yaratmaq olar.

Utilitlər və ya MS DOS-un xarici əmrləri ayrıca fayllar şəklində əməliyyat sistemi ilə birlikdə

verilmiş proqramlardır.Bu proqramlar müxtəlif xidmət əməliyyatlarını (disketi formatlaşdırmaq,disketi

yoxlamaq və.s)yerinə yetirirlər.

Drayver və rezident proqramlar DOS-un imkanlarını genişləndirir.Bu proqramlar istifadə edilən

yeni qurğulara müraciəti ,1 Mbaytdan yuxarı yaddaşa müraciəti ,genişlənməsi hesabına disklərlə

daxiletmə-xaricetmə əməliyyatlarının surətini artırmağa ,klaviaturadan azərbaycan,rus və.s hərflərin

daxil edilməsini təmin edir.

Drayver və rezident proqramların sazlanması aşağıdakı şəkildə həyata keçrilir.

Drayverlər DOS-un başlanğıc yüklənməsində CONFİG.SYS faylının DEVİCE və

DEVİCEHİGH əmrlərinin köməyi ilə qoşulur.

Rezident proqramlar isə DOS-un başlanğıc yüklənməsi sona çatdıqdan sonra və ekranda DOS-

un dəvəti göründükdən sonra adi proqramlar kimi sazlanır.Amma rezident proqramlar əməli yaddaşın

bir hissəsini tutur.

Drayverlər DOS-un yenidən yüklənməsinə kimi əməli yaddaşda qaldığı halda rezident

proqramlarını əməli yaddaşdan silmək olar.Amma bu bütün rezident proqramlarda mümkün olmur.




Yüklə 30,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin