Diskin fayl strukturunun elementləri
Yükləyici yazı (Boot Record) hər bir məntiqi diskin 0 nömrəli sektorunda yerləşir. Burada
diskin formatı haqqında verilənlər və əməliyyat sisteminin başlanğıc yüklənmə prosedurunu yerinə
yetirən qısa proqram yerləşir.
MS DOS-un 6.0 versiyasından başlayaraq diskdə sıxılmış CVF (Compressed Volume File)
tomunun verilənlərinin sıxılmas proqramı olan DoubleSpace faylı yerləşir. Sistemdə belə faylların sayı
maksimum 255 ola bilər.
2.Faylların yerləşmə cədvəli
Kompüterlə iş prosesində diskin məzmunu dəyişir. Yəni yeni fayllar əlavə olunur, lazımsız fayllar
silinir, faylların tutumu dəyişir və s. Bu əməliyyatları yerinə yetirmək üçün fayllar arası disk yaddaşının
paylanmasına fasiləsiz nəzarət olunmalıdır. MS DOS-da bu məsələ faylların yerləşmə cədvəlinin
(FAT-File Allocation Table) köməyi ilə həll olunur. Hər bir fayl üçün FAT-da elementlərin zənciri
yaradılır. Bunların hər biri sabit uzunluqlu sahəni göstərir ki, diskdə faylın bir hissəsi burada yerləşir.
Faylın adı yerləşən kataloqda zəncirin başlanğıc göstəricisi olur. Faylın silinməsində FAT-ın
elementləri və onlara ünvanlanan verilənlər sahəsi boşalır ki, bu sahədən digər fayllar üçün istifadə
etmək mümkündür.
Bu cür təşkilin əsas üstünlüyü ondadır ki, fayllara birbaşa müraciət mümkün olur. Çatışmayan
cəhəti isə faylların silinməsi, yaradılması və tutumunun dəyişdirilməsində diskin fraqmentasiyasıdır
(boş sahələrin yaradılması). Fraqmentasiya diskdəki verilənlərə müraciət vaxtının artmasına səbəb
olur. Fraqmentasiyanı aradan qaldırmaq üçün DEFRAG proqramından istifadə olunur.
Verilənlər sahəsi diskin baş kataloqunun sonundan sonuncu sektora kimi olan böyük bir sahəni
tutur. Yaddaş verilənlər sahəsindən bir və ya bir neçə ardıcıl sektorlar qrupunu ayırır ki, bu da klaster
adlanır. Sektorun ölçüsü 512 bayt təşkil edir.
Klasterin ölçüsü, yəni sektorların sayı məntiqi diskdən asılı olaraq ƏS tərəfindən təyin olunur.
Böyük ölçülü klasterlərdən istifadə diskin fraqmentasiyasını azaldır. Bundan başqa bu FAT-ın
ölçüsünün kiçilməsinə və sürətin artmasına səbəb olur. Digər tərəfdən isə olduqca böyük ölçülü
klasterlər disk sahəsindən səmərəsiz istifadəyə gətirir. Məntiqi diskin ölçüsü böyük olduqda klasterin
də ölçüsü böyük olur. Klasterin ölçüsünün kiçildilməsini sərt diski bir neçə məntiqi disklərə bölməklə
həyata keçirmək olar.
Faylların yerləşmə cədvəlinin elementlərinin uzunluğu 12, 16 və 32 bit olur. Aşağıdakı cədvəldə
MS DOS Windows ƏS üçün FAT16 və FAT32 fayl sistemindən istifadə edərkən müxtəlif ölçülü disk
sahələri üçün klasterlərin ölçüsü göstərilib. Etibarlığı təmin etmək üçün yükləyici yazıdan sonra bir-
birinin ardınca FAT-ın iki surəti yerləşir. Amma MS DOS FAT-ın ikinci surətindən istifadə etmir.
ə3,ə4 foto elave et.
Dostları ilə paylaş: |