SHEETOPTIONSqrupu səhifədə çap ediləcək göstəriciləri müəyyən edir.
Gridlineshissəsində view əmri seçilərsə, tor xətləri görünür, əks halda görünmür. Print əmri seçilərsə, çap zamanı tor
xətləri görünür, əks halda görünmür.
Headings hissəsində view əmri seçilərsə, sətir və sütun başlıqları görünür, əks halda görünmür. Print əmri seçilərsə, çap zamanı sətir və sütun başlıqları görünür, əks halda görünmür.
ARRANGEqrupu vasitəsilə obyektlər üzərində əməliyyatlar aparılır. Əvvəlki dərsdən bu əmrləri bildiyimiz üçün bir də yenidən sadalamayacağıq!1!1. J
DATALENT TABI Data lent tabı GetExternalData,Connetctions,Sort&Filter,DataTools,Outlinelent qruplarından ibarətdir.
GETEXTERNALDATA- kənardan, müxtəlif proqramlardan verilənlərin, məlumatların daxil olunmasını və onlar arasındakı əlaqəni təmin edir.
CONNETCTIONS- qrupu işçi kitabdakı məlumatları yeniləyir, oradakı əlaqələrə nəzarət edir, məlumat dəyişikliyi baş
verdikdə səhifənin əsas mənbə ilə əlaqəsini tənzimləyir.
SORT&FILTER- qrupu işçi vərəqdə, xanalarda sıralama və süzgəcləmə əməliyyatlarını yerinə yetirir.
DATA TOOLS - qrupunun əmrlərinin köməyi ilə bir sütundakı məlumat müxtəlif sütunlara bölünür, işçi vərəqdə eynisi (nüsxəsi) olan sətirlərdən birini silir, xanaya yanlış məlumatların daxil olmasının qarşısını alır, müxtəlif diapazonlardakı qiymətləri yeni xanada birləşdirir, işçi vərəqdəki formulları analiz edərək müxtəlif kəmiyyətlərlə işləməyə imkan verir.