Ms excel cədvəl prosessoru



Yüklə 339,72 Kb.
səhifə5/15
tarix25.12.2023
ölçüsü339,72 Kb.
#193816
1   2   3   4   5   6   7   8   9   ...   15
excel 2010 (2)

mütləq ünvan

Nisbi ünvanda xanaya düstur yazıldıqdan sonra o düsturu başqa xanaya köçürdükdə, sürüşdürdükdə həmin düstur dəyişir. Məsələn B2 xanasına daxil edilmiş =A2+B1 düsturunu C3 xanasına köçürsək, B2-dən C3-ə sütun (B-dən C-yə) və sətir (2-dən 3-ə) bir vahid artdığı üçün düsturumuz =A2+B1-dən =B3+C2-yə dəyişəcək.
Mütləq ünvanda isə xanaya düstur yazıldıqdan sonra o düsturu başqa xanaya köçürdükdə, sürüşdürdükdə həmin düstur dəyişməz qalır. Mütləq ünvan $ (dollar) işarəsi ilə göstərilir. Dollar işarəsi nəyin qarşısındadırsa, həmin vahid düstur köçürüləndə dəyişmir, Məsələn: $F8, Z$4, $N$2. Göründüyü kimi mütləq ünvan 3 formada olur. Sütunu sabit olan mütləq ünvan $F8, sətiri sabit olan mütləq ünvan Z$4, həm sütunu, həm də sətiri sabit olan mütləq ünvan $N$2.
Mütləq ünvandan nisbi ünvana keçdikdə F4 funksiyanal düyməsindən istifadə olunur.
Xananın içindəki məlumatları redaktə etmək üçün F2 funksiyanal düyməsindən istifadə olunur.
Xananı seçmək üçün sadəcə üzərinə klik etmək kifayətdir.
Xananın üzərinə iki dəfə klik etdikdə kursor klik edildiyi yerdən xananın içinə daxil olur
Cədvəldə bir neçə ardıcıl xananın seçilməsi mümkündür. Ardıcıl xanaların aralığına diapazon deyilir. Aşağıdakı şəkildə
A1-dən C4-dək olan seçilmiş xanaların ardıcıllığı təsvir olunmuşdur. Həmin diapazon A1:C4 (: iki nöqtə ilə) yazılaraq təsvir olunur və öz daxilində bu aralıqda olan bütün xanaları birləşdirir. Şəkildə də göründüyü kimi seçilmiş xanaların sayı 12-dir. Verilmiş diapazonda olan xanaların sayını tapmaq üçün düzbucaqlının sahəsini hesabladığımız kimi sətir sayını sütun sayına vurmaq kifayətdir.

Yüklə 339,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin