NameBox (Ad, ünvan qutusu). Ünvan qutusunda seçilmiş xananın ünvanı göstərilir. Məsələn A1 xanası seçilirsə, A1
yazılır.
Formula Bar (Funksiya, düstur sətri). Düstur sətrində düstur, funksiya yazılır. Yazılmış düstur seçilmiş xanada əks olunur. Xanada düsturun nəticəsi görünsə də, düstur sətrində nəticə deyil, düstur görünür
Rows (Sətir). Excel 2010 proqramında hər bir işçi vərəqdə 220 (1048576) sayda sətir olur.
Columns (Sütun). Excel 2010 proqramında hər bir işçi vərəqdə 214 (16384) sayda sütun olur. Sütunlar A, B, C,...,Z
kimi olmaqla ardıcıllıqla düzülür. Əlifbanın hərfləri bitdikdən sonra AA,AB,AC. daha sonra AAA,AAB,AAC formasında XFD-yə qədər davam edir.
Cell (Oyuq, xana). Excel 2010 proqramının ən əsas elementlərindən biri xanadır. Xanalar sətir və sütunların kəsişməsindən yaranır. Xanaların adında əvvəlcə sütun, sonra isə sətir adı yazılır. Məsələn F8 xanası F sütunu və 8-ci sətrin kəsişməsindən yarandığına görə ona F8 xanası deyilir. Düzgün xana ünvanlarına FZ1994, ZA24, IV2018, AAA8 və s. xanalarını göstərə bilərik. Xanaların maksimal sayını tapmaq üçün sətir sayını sütun sayına vurmaq lazımdır. Excel cədvəlində 214 sayda sütun, 220 sayda sətir olduğuna görə bu ədədləri bir-birinə vurmaqla 234 sayda ədəd olduğunu öyrənmiş olarıq.
Excel cədvəlində yaradılmış hər hansısa bir sənəd işçi kitab (book) adlanır və kitab işçi vərəqlərdən ibarət olur.
Proqramı açarkən ilkin olaraq 3 işçi vərəq görünür. İşçi vərəqlərin sayı susmaya görə Sheet1, Sheet2, Sheet3, … və s. kimi təyin edilir. İşçi vərəqlərə istədiyimiz kimi ad verərik, ancaq bəzi qadağalar mövcuddur. Bir işçi vərəqin adında maksimum 31 simvoldan istifadə edə bilərik və bu adlandırmada :? */\ [] simvollarından istifadə etmək olmaz. Kitaba işçi vərəq əlavə etmək üçün bu piktoqrama sıxmaq və ya klaviaturadan Shift+F11 düymələr kombinasiyasını icra etmək lazımdır. Excel proqramında vərəqlərin4 növü var:
Cədvəllərlə iş üçün Worksheets(İşçivərəqlər)
Diaqramların əlavə olunması üçün Chartsheets(Diaqramvərəqləri)
Dialoqların yaradılması üçün Dialogsheets(Dialoqvərəqləri)
Makroəmrlərin yerinə yetirilməsi üçün Macrosheets(Makrosvərəqləri)