Aləm, dünya, cahan kimi sinonim sözlər də məcazi funksiyada çıxış
edə bilirlər. Həmin funksiyada bu sözlər əzəmət və qüdrət kimi mənalar kəsb edir.
10.
Dini-əsatiri anlayışlar bildirən sözlərdən də müəyyən bir qismi
məcaziləşir. Məsələn: əjdaha, cadugər, iblis, mələk, ifritə, şeytan, əcinnə, afət
kimiləri. Belə məcazlar qiymətverici, xarakterizəedici vasitə olaraq yüksək
hisshəyəcan ifadə edir.
11.Şəxs adları əsasında yaranan məcazlar da mövcuddur. Yəni şəxs
adlarından ibarət olan xüsusi isimlərin ümumi isimlərə çevrilməsi. Bu cür
hadisəyə antonamasiya deyilir. Antonamasiya qüvvətli psixoloji bir hadisədir.
Belə ki, tarixdə və bədii ədəbiyyatda müəyyən əlamətlərinə görə məşhurlaşmış
şəxslərin adlarından bənzəyiş əsasında başqası barəsində təsviredici vasitə kimi
istifadə edildikdə həmin şəxsin adı məcazi məna qazanmış olur və yüksək məna
gücünə malik olur. Dünya tarixində və ədəbiyyatında səciyyəvi xüsusiyyətləri ilə
fərqlənən və məşhurlaşan bir sıra şəxslərin və bədii qəhrəmanların adları
(məsələn, Napoleon, Alfons, Don Kixot, Don Juan və s. bu kimiləri) artıq bir çox
dillərdə, o cümlədən Azərbaycan dilində məcazi mənada qüvvətli xarakterizəedici
vasitə kimi işlənməkdədir. Ədəbiyyatımızda coşğun eşqin rəmzi sayılan Leyli və
Məcnun, Əsli və Kərəm, Fərhad və Şirin, cəsarət və qəhrəmanlığı
simvolikləşdirilən Koroğlu və Qaçaq Nəbi, xəsislik və cahilliyin timsalı olan Hacı
Qara və Məşədi İbad kimilərinin adları bir sıra hallarda məcazi funksiyada çıxış
edir.
52
Onu da qeyd etməliyik ki, şəxs adları əsasında ortaya çıxan məcazlar həm
təkdə, həm də cəmdə ola bilir. Belə məcazların yaranmasına əsas verən isimlər elə
bir səciyyəyə malik şəxs adlarıdır ki, cəmdə işlənən güclü təsvir və ifadə vasitəsinə
çevrilir.
Onu da nəzərə almalıyıq ki, bu tipli məcazlara daha çox satirik əsərlərdə
təsadüf edilir; çünki burada onlara məxsus yüksək ifadə qüdrəti həmin janrda
istehza, ironiya kimi üslubi ayrıntılarının ifadəsi üçün olduqca əhəmiyyətlidir.
Məsələn, M.Ə.Sabir “Daşqəlbli insanları neylərdin, ilahi?” misrası ilə başlanan
şeirində bu cür ümumiləşdirilmiş vasitələrlə dövrünün eyiblərini, haqsızlıqlarını
tənqid edir:
Tacirlərimiz sonyalara bənd olacaqmış, Bədbəxt
tükəzbanları neylərdin, ilahi?
-lar, -lər şəkilçisi ancaq xüsusi isimlər deyil, ümumi isimlərə də birləşəndə
güclü anlam daşıyan məcazlar meydana çıxarır. Bu məcazlar bədii əsərdə təsvir
olunan ictimai təbəqə nümayəndələrinin satirik planda təsviri üçün istifadə olunur.
12. Bir qrup məcazlar da idiomatik birləşmələr əsasında ortaya çıxır.
Dilimizdə bir sıra anlayışların daha mənalı, daha təsirli şəkildə söylənməsi üçün
məcazi təbiətə malik tərkiblərdən istifadə edilir ki, bunlar bu və ya digər
məfhumun ya olduqca yumşaldılmış, ya son dərəcə kəskin şəkildə ifadəsi ilə
əlaqədar əmələ gəlir. Məsələn, ölmək anlayışı üçün istifadə edilən ömrünü sizə
tapşırmaq, gözlərini əbədi yummaq, vaxtsız sönmək, kəfən geymək, qara torpağın
altına getmək, əbədi yuxulamaq, çıraq kimi sönmək, şam kimi ərimək və s.;
evlənmək və evləndirməklə bağlı məfhumlar başbir olmaq, bir yastığa baş
qoymaq, ayağı yığılmaq, başını bənd eləmək və s.ağlamaq məhfumu isə göz
yaşları tökmək, gözlərinə dəm vermək və s. idiomatik tərkiblərlə ifadə olunur ki,
bunun əsasında məcaz durur.
53
Dilimizdə məcazlar yuxarıda sadalanan semantik söz qrupları, şəxs adları,
-lar, -lər şəkilçisinin iştirakı və frazeoloji-idiomatik birləşmələr nəticəsində
yaranır. Məcaz əsasında əmələ gələn frazeoloji birləşmələr evfemizmlər adlanır.
Məcazlar sırasında ən qüvvətlisi isə metaforadır.
Dostları ilə paylaş: |