37
“Kirpi” jurnalının materiallarında külli miqdarda xalq danışıq ifadə və tərkibləri
işlədilir.).
c) Qrammatika sahəsində. Publisistik üslub üçün bir sıra
morfoloji və
sintaktik əlamətlər xarakterikdir.
Bu üslubda mücərrəd isimlər nitqə geniş daxil edilir. Feilin indiki zamanı tez-
tez işlənilir. Dildə yeni yaranan beynəlxalq sözlərə dair budaq morfemlərdən –
şəkilçilərdən yeri gəldikcə istifadə olunur.
Sintaktik vahidlərdən yarımçıq cümlələrin işlədilməsi, vasitəsiz nitqə geniş
yer verilməsi, yaxud ritorik suallar, təkrarlar, anafora və antitezalardan istifadə
olunması xüsusi üslubi vəzifə daşıyır.
Nəhayət, üslublar sistemində ədəbi dilin publisistik funksional üslubu daha
çox sadəliyi, yığcamlığı, kütləviliyi, kəskinliyi, təsirliliyi ilə səciyyələnir.