MüASİr dövrdə DİN



Yüklə 60,57 Kb.
səhifə9/11
tarix29.11.2022
ölçüsü60,57 Kb.
#71088
1   2   3   4   5   6   7   8   9   10   11
MUASIR DOVRDE DIN

I. Hər kəsin vicdan azadlığı vardır.
II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.
III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə sərbəstdir.
IV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.
Ulu öndər Heydər Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də 21 iyun 2001-ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaradılmasıdır. Belə ki, DQİDK - dini fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Bu orqanın vəzifələri sırasına dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və inkişafının təmin edilməsi, dini etiqad sahəsində maarifləndirmə işinin aparılması, dini qurumların dövlət qeydiyyatının həyata keçirilməsi, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsi, öz səlahiyyətləri daxilində dini təhsil ilə bağlı məsələlərin tənzimlənməsi, həmçinin qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlər daxildir.
Onu da qeyd edək ki, milli-mənəvi dəyərlərin və dini-tarixi abidələrin qorunması, ziyarətgah, məscid, kilsə və sinaqoqların bərpası, yaxud yeni ibadət yerlərinin tikilməsi, etnik-dini azlıqların dini tələbatlarının daim diqqət mərkəzində saxlanılması, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri ilə mütəmadi görüşlərin keçirilməsi, dini bayram və əlamətdar günlər münasibəti ilə ölkəmizdə yaşayan müsəlman, xristian və yəhudilərə təbriklərin ünvanlanması Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu din siyasətinin tərkib hissəsini təşkil edirdi.
Göstərilən faktlar sübut edir ki, məhz ümummilli liderin din sahəsində həyata keçirmiş olduğu uzaqgörən siyasət nəticəsində Azərbaycanda nümunəvi dövlət-din münasibətləri modeli formalaşmışdır. Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu, ilk növbədə, milli-mənəvi dəyərlərimizin hifz edilməsi, ölkədə mövcud olan multikultural və tolerant ənənələrin qorunaraq dünya miqyasına çatdırılması, ibadətgahların əsaslı şəkildə bərpa olunması, yaxud yeni ibadət yerlərinin tikilərək dindarların istifadəsinə verilməsi, dini icmaların fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstəyin göstərilməsi, dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasında təzahür edir.
Təkcə onu qeyd etmək kifayətdir ki, dövlət başçısı İlham Əliyevin tapşırığı və müvafiq sərəncamları ilə xalqımız üçün çox böyük dəyər kəsb edən Bakıdakı Təzəpir, Bibiheybət, Əjdərbəy məscidlərində, Şamaxıdakı Cümə məscidində, Gəncə şəhərindəki İmamzadə kompleksi və Naxçıvan Muxtar Respublikasındakı Əshabi-Kəhf ziyarətgahında əsaslı tikinti və yenidənqurma işləri həyata keçirilmişdir. Həmçinin Prezident İlham Əliyevin Sərəncamına əsasən Bakı şəhərində Heydər məscidi inşa olunmuşdur. 26 dekabr 2014-cü ildə istifadəyə verilən bu məscid kompleksi Qafqazın ən böyük məscidi sayılır.
Azərbaycanda fəaliyyət göstərən qeyri-müsəlman dini icmaları da dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunmuşdur. Buna nümunə kimi Prezident İlham Əliyevin göstərişi əsasında Bakı şəhərində tikilmiş dağ yəhudilərinin sinaqoqunu və ya Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzini göstərmək olar.
Ölkə ərazisində yerləşən ibadət yerlərinə - məscidlərə, kilsələrə, sinaqoqlara müəyyən edilmiş limit daxilində pulsuz təbii qazın verilməsi, müsəlman, yəhudi və xristian dini qurumlarına dövlət tərəfindən maliyyə yardımının ayrılması da Azərbaycan dövlətinin həyata keçirdiyi tolerant və multikultural siyasətin bariz nümunəsidir. Təsadüfi deyildir ki, Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən hesab edilir.
Burada Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti, UNESKO-nun və ISESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusən qeyd edilməlidir. Bu fond dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına, dünyada dinlərarası və konfessiyalararası münasibətlərin inkişafına böyük töhfə verir. Məsələn, Heydər Əliyev Fondunun dəstəyi ilə “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində nəhəng işlərə imza atılmış, ölkə daxilində və xaricində müxtəlif dini konfessiyalara mənsub ibadət ocaqları inşa və ya bərpa olunmuş, xalqımızın tolerantlıq ənənələrinin beynəlxalq aləmdə təbliği məqsədilə foto-sərgilər təşkil edilmişdir.
Azərbaycan dövlətinin həyata keçirdiyi din siyasəti haqqında danışarkən dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi və təkmilləşdirilməsi, habelə ölkəmizdə mövcud olan tolerant və multikultural durumun daha da möhkəmləndirilməsi məqsədilə təsis edilmiş müxtəlif qurumlar barədə də bəhs etmək lazımdır. Bu baxımdan Azərbaycan Respublikası Prezidenti Administrasiyası Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması xüsusi qeyd edilməlidir.
Dövlət başçısı İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması da müasir Azərbaycanda dövlət-din münasibətlərinin inkişaf tarixində baş vermiş mühüm hadisələrdən sayılır. Ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə təsis edilən və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Fond mənəvi dəyərlərin qorunması və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-kommersiya hüquqi şəxsdir.
Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan İlahiyyat İnstitutunun yaradılması da ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində baş vermiş digər mühüm hadisələrdən biridir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən həmin institutun təsis edilməsində əsas məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsi, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir. İnstitutda təhsil iki istiqamətdə, İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə həyata keçirilir. Habelə institutda bir fakültə (İlahiyyat), üç kafedra (İslamşünaslıq, Dinşünaslıq, Dillər və ictimai fənlər) mövcuddur.
Beləliklə, yuxarıda göstərilən faktlar bir daha təsdiqləyir ki, ölkəmizdə özünəməxsus dövlət-din münasibətləri modeli formalaşmışdır. Bu model Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərlərinə, tarixən ölkəmizdə mövcud olan tolerant və multikultural ənənələrə, həmçinin mütərəqqi, ümumbəşəri, demokratik və dünyəvi prinsiplərə, beynəlxalq hüquq normalarına uyğun olan qanunvericilik bazasına əsaslanır.



Yüklə 60,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin