XLIII
İnformasiya və Kommunikasiya Texnologiyalarında fənn proqramı
1.Ümumi hissə.
a) Giriş
Bu gün İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) olmadan dövlət və ictimai fəaliyyətin istənilən sahəsində tərəqqiyə nail olmaq təsəvvürə gətirilməzdir. Müvafiq infrastrukturun inkişafı, məlumatlı cəmiyyətin yaradılması və dünya informasiya məkanına fəal qoşulmaq ölkəmizin prioritet vəzifələrindən biri hesab olunur. Bu məqsədlərə müvəffəqiyyətlə çatmaq naminə demokratik, azad və hüquqi dövlətin yaradılması, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, ölkənin təhlükəsizliyi, insan hüquqlarının müdafiəsi, yoxsulluq və korrupsiya ilə, ekstremizm və terrorla mübarizə kimi strateji məqsədlərə nail olmaq üçün həlledici əhəmiyyət verilir. Bunun da həlledici əhəmiyyəti vardır ki, bu fənn nəinki təkcə şagirdlərdə texniki qabiliyyət-vərdişlərin əldə olunmasını, eləcə də milli və ümumbəşəri dəyərlərin daşıyıcısı, azad şəxsiyyətlərin formalaşdırılması üçün əlverişli şəraitlərin yaradılmasını nəzərdə tutur.
Tədris prosesində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyin bir neçə əhəmiyyətli cəhəti vardır, xüsusilə də:
-
İnformasiya və kommunikasiya texnologiyalarından istifadə etmək fənlər arasında əlaqələrin aşkara çıxarılmasına kömək göstərir. Bu, tədrisin ibtidai pilləsində tədris fənlərinin əksəriyyətinin inteqrativ öyrənilməsində xüsusi əhəmiyyətə malikdir.
-
İnformasiya və kommunikasiya texnologiyaları tətbiqi yaradıcılığın və innovasiyalı yanaşmaların inkişafına kömək göstərir ki, bu da problemlərə əsaslanan konstruktiv sinif mühitinin yaradılmasında mühüm əhəmiyyətə malikdir.
-
İKT-dən istifadə etməklə yeni anlayışın, obyektin və üsulun daxil edilməsi üçün zəruri olan əyani vəsaitlər yaratmaq və onlardan istifadə etmək mümkündür. Bunun əyani təzahürüdür: rəqəmlər üzrə hesabi əməliyyatlar, bu zaman əməliyyatların həyata keçirilməsi, əsasən, fənn üzrə əyani vəsaitlərin istifadəsi ilə (ibtidai pillədə) baş verir; ana dilində və ya xarici dillərdə yeni sözlərin və ifadələrin öyrənilməsi, bu zaman yad sözləri və ifadələri şagirdlər müvafiq qrafik təsvirlərlə əlaqələndirirlər; müşahidəsi qeyri-mümkün olan və ya real şəraitdə həddindən artıq mürəkkəb olan təbii hadisələrin simulyasiyası.
-
İKT-dən istifadə etmək Milli Tədris Planı ilə nəzərdə tutulmuş qabiliyyət-vərdişlərin inkişafına daha səmərəli və intensiv kömək göstərə bilər. Məsələn, növbətilər: vizual və kəmiyyət qanunauyğunluqlarının aşkara çıxarılması qabiliyyəti (fənlərin ardıcıllığında qanunauyğunluqlar, qrafik təsvirdə qanunauyğunluq, kəmiyyət dəyişikliklərində qanunauyğunluq);
-
Obyektlərin ölçülərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi qabiliyyəti; informasiyanın anlaşılması və bir formadan digərinə keçirilməsi qabiliyyəti (məsələn: texniki material üçün qrafiki təsvirin seçilməsi və əksinə; sözlə təsvir olunan rəqəmsal informasiyanın əks edilməsi və əksinə); məkan təsəvvürü; əməkdaşlıq qabiliyyət-vərdişləri; iş məkanının hazırlanması və lazımi vasitələrin seçilməsi qabiliyyəti.
Rəqəmsal savadın inkişaf etdirilməsinə kömək göstərmək
İKT-dən istifadə etməyin şagirdlərə müxtəlif tədris fənni ilə nəzərdə tutulmuş nəticələrə nail olmaqdan başqa İKT özü ilə əlaqədar kompetensiyaların inkişafına da kömək göstərir ki, bu da müasir həyatda zəruri rəqəmsal savadın əldə edilməsi üçün əhəmiyyətlidir. Demək olar ki, bu gün rəqəmsal, eləcə də kəmiyyət savadı ənənəvi anlamda başa düşülən savaddan heç də az əhəmiyyətli deyildir. Beləliklə, ibtidai pillədə İKT-dən istifadə edərkən kompüterin giriş-çıxış qurğularından istifadə etmək (klaviatura, siçan, ekran); rəqəmsal qurğuların və ya elektron resursun parametrlərinin düşünülməsi (məsələn, yaddaş, rənglərin sayı, zəruri aparat resursları); rəqəmsal qurğuların iş prinsipləri və informasiyanın saxlanılması, yenidən işlənilməsi və ötürülməsi barədə təsəvvürün yaranması (məsələn, əməliyyatı sistemin və fayl anlayışlarının dərk edilməsi, eləcə də onun dərk edilməsi ki, mətni, qrafik və audio material rəqəmsal qurğularda eyni növ vahiddə saxlanılır) kimi kompetensiyaların formalaşdırılmasına və inkişaf etdirilməsinə heç də az diqqət yetirilməməlidir.
Şagirdlərin motivasiyasının yüksəldilməsi
İnformasiya və kommunikasiya texnologiyalarından istifadə etmək tədris prosesində şagirdlərin motivasiyasının yüksəlməsinə kömək göstərir. Bundan başqa İKT-dən istifadə etməklə daha zəngin, rəngarəng və dinamik tədris materialı yaratmaq və ondan istifadə etmək mümkündür ki, bunun da vasitəsi ilə tədrisin məzmununu interaktiv edə bilərik. Bunun nəticəsində şagird informasiyanın təkcə passiv qəbuledicisi deyil, həm də onun özü tədrisin məzmununu modifikasiya edə bilər və hətta yarada da bilər. Bütün bunların hamısı isə tamamilə tədris prosesinə müasir, konstruktiv yanaşmaya uyğun gəlir və biliyin qazanılmasını və şagirdin biliyini özü tərəfindən yaratmasını nəzərdə tutur.
b) Fənnin tədrisinin məqsədləri və vəzifələri
-
İnformasiya və kommunikasiya texnologiyalarının tədrisinin başlıca məqsədi informasiya, texnologiya nailiyyətlərindən səmərəli istifadə etmək qabiliyyətinə malik etikalı və qanuna tabe şəxsiyyətlər tərbiyə etməkdən ibarətdir ki, bunlar da informasiyanı müstəqil əldə etməyi, idarə etməyi, işləyib-hazırlamağı, qiymətləndirməyi, təhlil etməyi və ona əsaslanmaqla qərarların müstəqil qəbul etmək bacaracaqlarını nəzərdə tutur; o, ölkənin mənafeyinə, ənənələrə və dəyərlərə münasibətdə öz məsuliyyətini dərk edir; özü dəyərlər yaradır və cəmiyyətin irəliləyişinə öz xidmətlərini daxil edir.
-
Ümumtəhsil məktəbini bitirdikdən sonra şagirdin informasiya və kommunikasiya texnologiyaları barədə, eləcə də onlardan istifadə etməyin praktiki təcrübəsi üzrə bazis biliyi olmalıdır və bu bilik həm gələcək peşə fəaliyyəti, eləcə də sonrakı pillə tədrisini davam etdirmək üçün kifayət edəcəkdir.
İnformasiya və kommunikasiya texnologiyalarının tədris kursunu başa çatdırdıqdan sonra :
-
Şagird İKT ilə əlaqədar anlayışları bilməli və müvafiq əməliyyatları (İKT-in təyinatı və onların hərəkətinin əsas prinsipləri nəzərdə tutulur) bacarmalıdır.
-
Şagird İKT-dən istifadə etməyin sosial, etik, ətraf mühiti mühafizə və insan amili ilə bağlı problemləri (informasiyanın və proqram təminatı üçün etika və mövcud qanunvericiliyə əməl etməkdən istifadə olunması nəzərdə tutulur) dərk etməlidir.
-
Şagird rəqəmsal məhsulları yaratmaq imkanlarına yiyələnməlidir;
-
Şagird kommunikasiyanın rəqəmsal imkanlarına yiyələnməlidir;
-
Şagird tədqiqatın rəqəmsal vasitələrinə yiyələnməlidir (informasiyanın müxtəlif mənbələrdən əldə edilməsi, saxlanılması, işlənməsi, təhlili və təhlil əsasında rəylərin formalaşdırılması nəzərdə tutulur.
-
Şagird İKT istifadə etməklə məişət və real şərait zamanı qarşıya çıxmış problemlərin həllini bacarmalıdır.
c) Fənnin tədrisinin təşkili
İnformasiyalı və kommunikasiya texnologiyalarının tədrisində iki yanaşma müəyyənləşdirilmişdir. Bunlar aşağıdakılardır: a). İKT müstəqil fənn kimi, b). İKT başqa tədris fənləri ilə inteqrativ olaraq. Ayrıca fənn kimi tədris zamanı şagird lazımi baza komponentlərini əldə edir. Şagirdin baza qabiliyyət-vərdişlərinə yiyələnmədiyi tədrisin başlanğıc mərhələsində bu kompetensiyaların İKT-nin başqa fənlərlə inteqrativ rejimdə işlənib hazırlanması daha mürəkkəb olacaqdır. Bu isə daha böyük əhəmiyyət kəsb edir. İKT-nin ayrıca fənn kimi tədrisi müəyyənləşdirilmədiyi siniflərdə şagirdlərin İKT kompetensiyalarının inkişafı ayrı-ayrı fənlərin çərçivələrində davam etdirilməlidir. Bundan başqa xüsusi layihələrin və ya müxtəlif müsabiqələrin vasitəsi ilə İKT-in başqa tədris fənləri ilə inteqrasiyasına kömək göstərilməlidir.
İKT- in tədrisinin təşkili
|
İbtidai pilləsi
|
Baza pilləsi
|
Orta pillə
|
Siniflər
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|
10
|
11
|
12
|
Fənnin tədris formaları
|
Ayrıca fənn
|
İnteqrativ
|
Ayrıca fənn
|
İnteqrativ
|
Ayrıca fənn
|
İnteqrativ
|
İnteqrativ
|
Səviyyələrin
həyata keçirilməsi
|
|
I
səv.
|
II
səv.
|
|
III
səviyyə
|
|
Dostları ilə paylaş: |