Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya



Yüklə 116,06 Kb.
səhifə1/58
tarix01.01.2022
ölçüsü116,06 Kb.
#50721
  1   2   3   4   5   6   7   8   9   ...   58
KOMMUNİKASİYA (1)


  1. Fənnin məqsədi və vəzifələri


2. Dilin funksiyaları. Kommunikasiya

Kommunikasiya latın sözü olub, informasiya mübadiləsi, informasiyanın ötürülməsi mənalarda istifadə olunur. İnformasiya mübadiləsi prosesində insanlar bir-birlərinin fikirləri,ideyaları,hissləri,istək və arzuları və s. ilə tanış olurlar. Başqa sözlə insanlar bu prosesdə həyat və fəaliyyətləri üçün zəruri olan informasiya mübadiləsinin həyata keçirirlər. Biz nitqin köməyi ilə başqaları ilə informasiya mübadiləsi edir, ictimai təcrübəni mənimsəyir, zənginləşdirir, yeni nəslə veririk.

Nitq vasitəsi ilə hisslərimizi, arzu və istəklərimizi, bu və ya digər cismə, hadisəyə münasibətimizi bildiririk. Nəhayət, nitq vasitəsilə başqalarına təsir edir,onların davranış və rəftarlarında müəyyən dəyişiklik yaradır, hər hansı bir işi yerinə yetirməyə təhrik edirik.

Ona görə də aydın, səlis, zəngin, ifadəli, yerli-yerində, qulaqlarda rəvan səslənən, məntiqi cəhətdən obyektiv gerçəkliyə uyğun ünsiyyət qurmalı, söz birləşmələri, cümlələr, sintaktik konstruksiyalar qrammatik cəhətdən düzgün olmalı, danışan təmkinli,soyuqqanlı, özünə və sözünə arxayın şəkildə, lakin insanlara, hadisələrə, görülən işlərə isti münasibəti ilə seçilməlidir. Əgər biz ünsiyyəti düzgün qura bilsək o zaman iş həyatında uğur qazanmaq ehtimalımız da daha böyük olacaqdır.

“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin tədrisi bu istiqamətdə bizə yol göstərəcək, ünsiyyətimizin dəqiq, səlis və mədəni qaydaları gözləyərək aparmağı öyrədəcək. Bu fənnin tədrisi tələbələrə Azərbaycan dilimim qayda-qanunlarını, incəliklərini, özünəməxsus xüsusiyyətlərini öyrənmək üçün zəmin yaradacaq, dil vasitələrindən məqsədyönlü istifadə və mədəni davranmaq vərdişlərini öyrədəcək. Kommunikasiya haqqında anlayış. İnsanlar birgə yaşayış və birgə fəaliyyət zamanı daimi bir-biri ilə informasiya mübadiləsi aparır, bir-birinə qarşılıqlı təsir göstərir və ya bir-birini qavrayır və anlayırlar. Başqa sözlə ünsiyyətə girirlər. İnsanın hər cür fəaliyyətində ünsiyyət zəruri şərt kimi özünü göstərir. Ünsiyyət olmadan insanların birgə fəaliyyəti həyata keçirməsi mümkün deyildir. Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Heç bir insan birliyi ordakı adamlar arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirə bilməz və onların arasında qarşılıqlı anlama baş verməz. Ünsiyyət insanlar arasında birgə fəaliyyət tələbatından doğan təmasın çoxplanlı inkişaf prosesidir. Ünsiyyət dinamik prosesdir,onun müxtəlif forma və vasitələri vardır.


Yüklə 116,06 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin