Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya



Yüklə 116,06 Kb.
səhifə14/58
tarix01.01.2022
ölçüsü116,06 Kb.
#50721
1   ...   10   11   12   13   14   15   16   17   ...   58
KOMMUNİKASİYA (1)

17. Məişət natiqliyi

Məişət natiqliyi qədim tarixə malikdir. O, xalq həyatının, məişətinin inkişafı ilə əlaqədar yaranıbdır.

Bizcə, o biri növlərə nisbətən məişət natiqliyi Azərbaycanda daha erkən yaranıb püxtələşmişdir. İlkin nümunələrinə şifahi xalq ədəbiyyatında rastlaşdığımız məişət natiqliyi fikrimizi sübut etməyə əsas verir.

Əzizim, ulu dağlar,

Çeşməli, sulu dağlar,

Burda bir igid ölmüş,

Göy kişnər, bulud ağlar.

Məişət natiqliyi haqqında fikir söyləyən Kamil Əliyev yazır: «Eramızdan əvvəl V-IV əsrlərdə Afinada məişət natiqliyinə böyük əhəmiyyət verilirmiş. Müharibələrdə həlak olan igidlərin cəsədi sərv ağacından düzəldilmiş tabutlara qoyularmış. Həmin tabutlar üçün uca bir yer düzəldilərmiş. Təntənəli dəfn mərasimi başlanarmış. Tabutlar qəbrə endirilib üstü örtüləndən sonra matəm mitinqi olarmış. Həmin mitinqdə ən məşhur natiq - siyasi xadim nitq söyləyər, həlak olanların igidliyini yüksək qiymətləndirər və dinləyicilərə vətənpərvərlik ideyaları aşılarmış. Analoji fikir Ə.B.Haqverdiyev tərəfindən də söylənilir. Böyük mütəfəkkir yazır: «Qədim Azərbaycanda böyük qəhrəmanlar üçün ağlamaq bir adət idi. Qəhrəman ölən günü camaatı bir yerə toplayırdılar. Bu toplantıya «yuq» deyirdilər. Toplananlar üçün qonaqlıq düzələrdi, xüsusi dəvət edilmiş yuqçular isə ikisimli qopuz çalıb oynardılar. Yuqçu əvvəlcə mərhum qəhrəmanın igidliklərindən danışıb, onu tərifləyərdi. Sonra isə qəmli havaya keçib şanlı qəhrəman üçün ağı deyərdi. Belə ağılar həm nəzm, həm də nəsr formasında şifahi xalq ədəbiyyatında indi də varlığını qoruyub saxlayır. Məsələn, nəsr formasında: «Açılmayan tüfəngin, sivrilməyən xəncərin öz canına qurban! Ay kimi doğdun, gün kimi batdın! Minəndə at bağrı yardın, düşəndə yer bağrı yardın! Saydığına salam verdin. düşməninə dirsək göstərdin...ağzuvun kəsərli sözünə anan qurban!»

Məişət natiqliyinin bu qolu indi də yaşamaqdadır. Söylənilən qəbirüstü nitqlər, yazılan nekroloqlar bu gün də davam etdirilir. Məişət natiqdiyinin ən geniş yayılmış qollarından biri də sağlıq nitqidir. Sağlıq yubileylərdə, şənliklərdə, toylarda, mərasimlərdə söylənilir. Sağlıq nitqlərində əsas yerlərdən birini tutan təbriklər müxtəlif məzmunda olur. Burada natiqin səmimiyyəti, arzu və istəkləri nitqin əsasını təşkil edir. Maraqlı cəhətlərdən biri odur ki, məişət anlayışı bütün xalq həyatını əhatə etdiyi kimi, məişət natiqliyi də geniş və əhatəli bir sahəni əks etdirir. Natiqlik sənətinin digər növləri və onların qolları məişət natiqliyi ilə əlaqəlidir.


Yüklə 116,06 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin