Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya


Ritorikanın siyasi elmlərlə əlaqəsi



Yüklə 116,06 Kb.
səhifə12/58
tarix01.01.2022
ölçüsü116,06 Kb.
#50721
1   ...   8   9   10   11   12   13   14   15   ...   58
KOMMUNİKASİYA (1)

13. Ritorikanın siyasi elmlərlə əlaqəsi
14. Ritorikanın sahələri
15. Akademik natiqlik

Akademik natiqliyin əsas məziyyətlərindən biri də mövzunun əvvəlcədən dinləyicilərə məlum olmasıdır. Məsələn, hər hansı bir ixtisas sahibi hazırladığı mühazirəni dinləyicilərin səviyyəsinə uyğun qurmalı və müəyyən ümumiləşmələr aparmaq qabiliyyətinə malik olmalıdır. Mühazirə hazırlanarkən mübahisə doğuran məsələlər aradan qaldırılmalıdır. Əgər fakt, sübut, dəlil varsa, bu, nitqin təsir gücünü artırır. Bəzi elmi məruzələrdə isə vəziyyət dəyişir. Onlarda konkretlik olmur. Bəzilərində isə fərziyələr irəli sürülür. Bu xüsusiyyət onu mühazirədən fərqləndirir. Belə məruzələrdə məsələnin həlli ümumi xarakter daşıyır, mahiyyət açılmır.

Elmi məruzələr fərziyyə xarakteri daşıyırsa, onda sübut, dəlil, fakt işlənə bilmir. Məsələn, zəlzələnin nə vaxt baş verəcəyi faktı elm aləminə bəlli deyil. Şübhəsiz ki, bu barədə deyilən sözlərin, fikirlərin nə fakta, nə də sübuta ehtiyacı var. Lakin onu da yaddan çıxarmaq olmaz ki, ayrıca bir problemin həllində, mübahisələrə, dəlil və sübutlara ehtiyac duyulur. Bu zaman elmi məruzə mühazirəyə yaxınlaşır, lakin dilinə görə, ifadə vasitələrinə görə yenə də özünəməxsusluğunu saxlayır. Elmi məruzələrin dili, ifadə tərzi mühazirəyə nisbətən qəliz olur. Elmi məruzələr əsasən simpoziumlarda, konfranslarda daha çox işlənir.

Akademik natiqliyin də inkişafı cəmiyyətin tərəqqisinə bağlıdır. Elm, texnika nə qədər çox inkişaf edirsə, akademik natiqlik də bir o qədər tərəqqi edir. Akademik natiqlik hər hansı bir elmi kəşf və ya tədqiqat barədə məlumat verməklə bərabər, müəyyən tezis xarakteri daşıyan müddəalardan da dinləyiciyə məlumat verir. Akademik natiqlik həm də müəyyən məcmuələrdə, jurnallarda elmi xəbərlər adı altında bir qrup adamlara çatdırılır. Bu xəbərlər isə öz növbəsində uzunçuluqdan, təkrarlardan seçilir. Elmi xəbərlərdə əsas meyar xəbərlərin şərhi hesab olunur. Akademik natiqliyin inkişafında müəllimlərin, bilik cəmiyyətində işləyən elmi işçilərin mühüm rolu vardır. Akademik natiqlikdə elmi düsturlar, təriflər, terminlər, dəlil, sübut, fakt, izahlar əsas amil kimi özünü göstərir. Akademik natiqlik kütləvi xarakter daşımır. Qeyd etmək lazımdır ki, elm inkişaf etdikcə, onun qolları çoxşaxələrə bölündükcə, akademik natiqlik də genişlənir, zənginləşir və daha da təkmilləşir.

Akademik natiqlikdə dil vahidləri məhdud dairədə işlənir, geniş şəkildə işlədilməsi mümkün olmayan, anlaşılmayan sözlərin, ifadələrin işlənməsi isə bu nitqin təsir qüvvəsini azaltmır, əksinə, elmi cəhətdən fikrin orijinallığına xidmət edir.



Yüklə 116,06 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin