Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya


Ritorikanın ədəbiyyatla əlaqəsi



Yüklə 116,06 Kb.
səhifə11/58
tarix01.01.2022
ölçüsü116,06 Kb.
#50721
1   ...   7   8   9   10   11   12   13   14   ...   58
KOMMUNİKASİYA (1)

12. Ritorikanın ədəbiyyatla əlaqəsi

Ritor-əslində danışdığı dildə yaramış olan ədəbiyyatla yanaşı, ədəbiyyatşünaslığı da bilməlidir. Ədəbi janrların poeziya, nəsr, dram janrlarının əsas xüsusiyyətlərini bilməyən bir natiq nə şeirin poetik siqlətini, nə nəsrin fikir axarını, nə dramın dialoji çoxcəhətliliyini dinləyiciyə yüksək səviyyədə çatdıra bilər. Xüsusilə əruz vəznində yazılmış şeirləri oxumaq, dinləyiciyə çatdırmaq üçün natiqdən – ritordan bu sahəni yaxşı bilmək tələb olunur. İstər heca vəznində, istər sərbəst vəzndə yazılmış şeir olsun, onu ifadəli şəkildə düzgün oxumasan, əsərin dəyərini, düşündüyün kimi, dinləyicini də razı sala bilməzsən.

Nəsr və dram əsrlərinin xüsusiyyətlərini də dərindən mənimsəmək lazımdır. Nağıl ilə oçerki eyni tonda, eyni ahəngdə oxumaq olmaz. Eləcə də dramatik əsərlə komik əsəri eyni formada oxumaq natiq üçün qüsurdur.

Dilin üslublarının hamısının ən yüksək zirvəsində üslubi ritorika dayanır. Buna görə də ritorikanın digər növləri arasında üslubiyyatın rolu xüsusi ilə danılmazdır.



Yüklə 116,06 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin