Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya


Ritorikanın dilçiliklə əlaqəsi



Yüklə 116,06 Kb.
səhifə10/58
tarix01.01.2022
ölçüsü116,06 Kb.
#50721
1   ...   6   7   8   9   10   11   12   13   ...   58
KOMMUNİKASİYA (1)

11. Ritorikanın dilçiliklə əlaqəsi

Nitq fəaliyyəti tamamilə dilə əsaslanır. Dil nitqin bazası, nitq isə dilin ifadə formasıdır. Dil nitqi formalaşdırdığı kimi nitq də dili yaşadır. Bu, o deməkdir ki, bilmədiyin dildə danışa bilməzsən. Dil də nitq şəklində fəaliyyət göstərməsə, ölər. Nitq özü tamamilə dil bazasında yarandığı kimi, bəlağətli nitq (ritorika) də dil normaları əsasında yaranır.

Dil normalarından kənarda heç bir ritorik akt yarana bilməz. Dil normalarını tənzimləyən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, onları ümumiləşdirən dilçilik olduğu üçün tamamilə dil qanunlarına əsaslanan ritorika dilçiliyin bir bölməsi hesab edilir. Dilçiliyin fonetika, leksikologiya, frazeologiya, morfologiya bölmələri ritorikanı da əhatə edir.

Belə ki, Azərbaycan dilinin fonetik (qanun və vasitələri nitqin ekspressivliyinı artırdığı üçün hər bir ritor bu prosodik vasitələrdən bacarıqla istifadə edə bilməlidir. Eləcə də dilimizin leksik tərkibini mükəmməlsurətdə mənimsəmiş, geniş söz ehtiyatına malik olan adam lüğəvi vahidlərdən yerində və bacarıqla istifadə edə bilər. Sözlərin seçilməsi, onların nominativ və məcazimənalarından mahir ritor bacarıqla istifadə edir. Bu, onun nitqinin bütün ritorik tələblərini təmin edir. Əksinə, leksik normalardan kənara çıxan (loru, jarqon, vulqar sözlər işlədən) adam dərhal dinləyicinin marağınin sönməsinə səbəb olur. Eyni sözləri frazeoloji vahidlərdən istifadə edə bilmək qabiliyyəti haqqında da demək olar. Məlumdur ki, paremioloji vahidlər nitqin effektini artırır. Məsələn,



Yoruldum – əldən düşdüm.

İnanmıram – Gözüm su içmir.

Gizli saxla – bir daş altda, bir daş üstdə və s.

Çox asanlıqla inanmaq olar ki, birinci-normativ mənada işlənən sözlərdən istifadə edən adi, ikinçilərdən istifadə edən isə ritor (əsl natiq) hesab olunur. Dilin morfoloji normaları da belədir.

Qrammatik norma və kateqoriya şəklində sabitləşmiş qrammatik məna ifadəçiləri normativ sistem təşkil edir. Bu normativ sistemi mənimsətmək, onları nitqdə yerli yerində işlətmək ritorikanı dilin formal sistemı ilə əlaqələndirir. Dilin sintaktik səviyyəsini, oradakı müxtəlif dil xüsusiyyətlərini (fonosintaktik cəhətləri, aktual üzvlənməni, fonetik-ritmik qruplara ayırmanı dərindən bilmək ritorun ən başlıca vəzifəsidir. Beləliklə, aydın olur ki, ritorika tamamilə dilçilik çərçivəsində fəaliyyət göstərir.


Yüklə 116,06 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin