Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya


Ritorika elminin tarixi əhəmiyyəti



Yüklə 116,06 Kb.
səhifə7/58
tarix01.01.2022
ölçüsü116,06 Kb.
#50721
1   2   3   4   5   6   7   8   9   10   ...   58
KOMMUNİKASİYA (1)

8. Ritorika elminin tarixi əhəmiyyəti

XI əsrin sonları XII əsrin əvvəllərinıdə Azərbaycanda artıq ərəb nüfuzu zəifləmiş, fars nüfuzu güclənmişdi.

Bu dövrdə yaşayan Azərbaycan alimləri, mütəfəkkirləri və siyasət adamları mahir ritor-lar idilər. Təəssüf ki, türk dili saraylara yol tapa bilmədiyi üçün Nizamül-Mülk, Nəsrəddin Tusi, Məhəmməd Hinduşah Naxçıvani, Fəxrəddin İbn Məhəmməd Hinduşah Naxçıvani, habelə görkəmli sözustası Nizami Gəncəvi, Əbülüla Gəncəvi, Xaqani Şirvani və başqaları öz əsərlərini farsca yazmışlar.

Nizamül-Mülk (10171092) səlcuq sarayının elə ağıllı vəziri olmuşdur ki, onun məsləhətləri həmişə hörmətlə qarşılanmışdır. Əvvəlcə (1063-cü ildə) Alp Arslanın, sonra isə Məlik şahın vəziri olmuş Nizamül-Mülk öz tövsiyə və çıxışlarını «Siyasətnamə» adlı kitabda vermişdir. Bunu biz Nizamül-Mülkü «Siyasətnamə» əsərinin 148-150-ci səhifəsindəki rəvayətdən bir hissəyə diqqət yetirək.Rəvayət:

Hadisədə deyilir ki, xəstəlik peyğəmbər ə.s elə zəiflədib əldən salmışdı ki, yeriməyə taqəti qalmamışdı, camaat namazının vaxtı çatmışdı, əshabələri məscidə yığılıb gözləyirdilər ki, o, gəlib, camaat namazını qılsın.

Aişə və Həfsə peyğəmbərin başı üstündə oturmuşdular. Aişə peyğəmbər ə.s. dedi: «Ey Allahın peyğəmbəri, namaz vaxtı çatmış, camaat məscidə yığılmışdır, sənin də ora getməyə taqətin qalmamışdır. Cammaatın qabağında durub imamlıq etməyi kimə tapşırırsan?» Dedi: «Əbubəkirə». Bir də soruşdu «Kimə tapşırır-san?» Dedi: «Əbubəkirə». Aişə Həfsəyə dedi: «Mən iki dəfə dedim, sən də bir dəfə de ki, Əbubəkir zəif və ürəyiyuxa adamdır, əshabələrinin hamısından çox o səni istəyir, namaza durub, sənin yerini boş gördükdə ağlamağı tutacaq, namazı həm özünə, həm də camaata haram edəcəkdir. Bu Ömərin işidir, ürəyi bərk, özü də möhkəm adamdır, buyurunuz, imamlığı o etsin, ziyanı olmaz».

Aişə və Həfsə peyğəmbər ə.s. belə dedilər. Peyğəmbərin qəzəbi tutdu, üzü qızardı və dedi: «Siz Yusif Kərsif kimisiniz. Mən siz istəyəni etməyəcəm, onu edəcəyəm ki, müsəlmanların xeyrinə olsun. Gedin Əbubəkirə deyin, camaat namazını başlasın». Aişənin (Allah ondan razı olsun) bu qədər elmli, mömin və pak olmağına baxmayaraq, peyğəmbər ə.s. Aişənin istədiyinin əksini etməyi buyurdu. İndi görünüz, başqa arvadların bilik və məsləhətləri nə dərəcədə olar. Yusif və Kərsif haqqında hekayə isə başqa cürdür...

Çində, Hindistanda, Ərəbistanda ritorikanın inkişafı üçün şərait var idi. Bu ölkələrdə din xadimləri dini kitabların şərhini xüsusi bəlağətlə dinləyicilərə çatdırırdılar. Nəinki ritorika, habelə dilçiliyin özü dini kitabların şərhi əsasında yaranmışdır. VII əsrin axırlarında Xəlil İbn Əhməd Əl Fəraidi ərəb poeziyası üçün ritmik-melodik modellər kəşf etdi. Həmin modellər əsasında “Qurani-Kərimin” in ayələrini xüsusi avazla oxumaq mümkün oldu. Ərəb şeirinin vəzni olan əruz bu zəmində inkişaf etdi. Ümumiyyətlə götürdükdə, İslam dininin VII əsrdə meydana gəlməsi ərəb mədəniyyətinin inkişafına çox güclü təkan verdi.

Ərəb ədəbiyyatı, ərəb musiqisi, ərəb elmi misli görünməmiş şəkildə inkişaf etməyə başladı. Bütün dini xütbələr ərəb dilində aparılırdı. Bu dövrün görkəmli natiqlərindən heç şübhəsiz, Məhəmməd Peyğəmbərin (570-632) adını xüsusi qeyd etmək lazım gəlir. Məhəmməd (əs) məclislərdə oxuduğu xütbələrə qədər özünə gələn vəhyləri adamlara çatdırır və onları Allahın birliyinə inanmaqda — möminliyə çağırırdı. İstər qüreyşlərin birliyinə inanmaqda, istər haşimilərin içərisində Məhəmməd (əs.) gözəl nitqi qarşısında həsəd və paxıllıqdan törənən ədavət də yaranırdı. Məhəmməd (əs.) Mədinəyə köçdükdən sonra müsəlmanlara özü İslam dini, Allahın əmrləri, Quranın hökmləri, öz şəriəti haqqında güclü bir natiq kimi çıxış edirdi.Koto Lombun yazdığına görə Məhəmməd (əs.) bütün dillərə vaqif imiş.


Yüklə 116,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin