MƏRKƏZİ KLİNİKA
BÜLLETEN-1 | NOYABR 2014
2
hatlıq gətirməklə yanaşı, səhiyyə sistemimizə
olan etibarın da azalmasına gətirib çıxarmışdı.
Bununla birlikdə onların xarici ölkələrdə ikinci
dərəcəli vətəndaşlar kimi qarşılanması, mənəvi
cəhətdən alçaldılmaları halları da baş verirdi.
Bu hallar respublikamızdan böyük miqdar-
da valyutanın xarici ölkələrə axımına da şərait
yaradırdı. Mövcud yüksək ixtisaslı tibbi kadr-
lar ya xarici ölkələrə gedir, ölkədə qalanlar
isə müasir nəzəri və praktik biliklər əldə edə
bilmədiklərindən inkişafdan geri qalırdı. Bu
vəziyyəti xəstəxanamızın açılışı zamanı Ümum-
milli Liderimiz öz nitqində daha dəqiq ifadə et-
mişdir: “Son illər belə bir halı müşahidə etməyə
başladıq ki, Azərbaycanda bir çox xəstəliklərin
müalicəsi mümkün deyil, hətta xəstəliklərin
deyil, bəzi xəstəliklərə aid müayinənin aparıl-
ması da mümkün deyil. Çünki masir səhiyyə
elmi əsaslarla, dünyada əldə olunmuş təcrübə
əsasında və bir də səhiyyə sahəsində elmi-
texniki-tərəqqinin, bu sahədə dünyada yaran-
mış imkanların əsasında qurulur”.
Belə bir vəziyyət ölkəmizdə yüksək səviyyəli
bir səhiyyə müəssisəsinin yaradılmasını gü-
nün ən aktual məsələsinə çevirirdi. Lakin o
dövrdə respublikanın maliyyə imkanlarının
məhdudluğu və yeni müasir tələblərə im-
kan verən xəstəxananın yaradılmasının isə
çox böyük maliyyə vəsait tələb etməsi, bu
sahəyə vəsait ayrılmasına böyük cəsarət və
uzaqgörənlik tələb edirdi. Məhz Ümummilli
Liderimiz hər sahədə olduğu kimi, burada da
öz cəsarətini və uzaqgörənliyini göstərərək
Mərkəzi Klinik Xəstəxananın yaradılması kimi
müdrik qərar verdi və maliyyə vəsaiti ayırdı.
Məhz buna görə Mərkəzi Klinik Xəstəxana
müstəqil Azərbaycan dövlətinin banisi və me-
marı, təkcə Azərbaycanın deyil, dünyanın ta-
nınmış siyasi xadimlərindən biri, Ümummilli
Liderimiz Heydər Əliyevin səhiyyə siyasətinin
xalqımıza bəxş etdiyi töhfəsi hesab edilməlidir.
Missiya, məqsəd və vəzifələr
Mərkəzi Klinikanın missiyası Azərbaycan
səhiyyəsində yeni, beynəlxalq standartlara
uyğun tibbi xidmət sistemini və təfəkkürünü
formalaşdırmaq və həyata keçirməkdən
ibarətdir. Əsas məqsədimiz tibbin ən son
nailiyyətlərindən, texnika və texnologiya-
larından istifadə etməklə xalqımıza müa-
sir standartlar səviyyəsində tibbi xidmət
göstərməkdən ibarətdir. Daha doğrusu
xəstəxananın açılışı mərasimində Ümummil-
li Liderimiz Heydər Əliyevin
proqram xarakterli nitqində
qarşımıza qoyduğu aşağıdakı
məqsəd və vəzifələri rəhbər
tutaraq fəaliyyət göstərir və
onlara nail olmağa uğur qa-
zanmağımızın əsas meyarı
kimi baxırıq. Bu vəzifələr aşa-
ğıdakılardan ibarətdir:
Xalqımıza
yüksək
keyfiyyətli və beynəlxalq stan-
dartlara cavab verən tibbi
xidmətlər göstərmək;
Azərbaycan vətəndaşlarının
xarici ölkələrdə deyil, məhz öz
vətənlərində indiyədək həyata
keçirilməmiş hər növ tibbi xidmətlər almalarını
təmin etmək;
Yüksək ixtisaslı və müasir səviyyədə tibbi
bilik və bacarığa malik milli tibbi kadrlar ha-
zırlamaq;
Respublikamızdan müalicə məqsədilə xa-
rici ölkələrə gedən xəstələrin vətəndə
müalicə almalarını təmin etməklə yanaşı,
bu məqsədlə xaricə aparılan milli valyu-
ta axımının qarşısını almaq və onun xalqın
mənafeyi naminə istifadəsini təmin etmək.
Fəaliyyət və uğurlarımız
Mərkəzi Klinika fəaliyyət göstərdiyi on dörd
ilədək bir müddət ərzində qarşısına qoydu-
ğu vəzifələri ləyaqətlə yerinə yetirmişdir və bu
istiqamətdə fəaliyyətimizi bu gün də davam
etdiririk. Xəstəxanamız tibbin əsas istiqamətləri
üzrə xalqımıza beynəlxalq standartlara uy-
ğun xidmət göstərərək qısa müddətdə nəinki
Azərbaycanda, eyni zamanda Qafqazda böyük
nüfuza malik bir şəfa ocağına çevrilmişdir. Əsası
Ulu Öndər Heydər Əliyev tərəfindən qoyul-
muş Mərkəzi Klinika, hazırda onun layiqli da-
vamçısı möhtərəm prezidentimiz İlham Əliyev
cənablarının xüsusi qayğısı və diqqətilə əhatə
olunmuşdur. Mərkəzi Klinikanın Azərbaycan
Respublikasının Prezidentinin Xüsusi Tibb
Xidmətinin tabeçiliyinə verilməsi bu qayğı və
diqqətin əyani sübutudur. Eyni zamanda dünya
şöhrətli alim və həkim, yüksək şəxsi və işgüzar
keyfiyyətlərə malik bir şəxsiyyət olan Akade-
mik Cəmil Əliyevin Xidmətə rəhbərlik etməsi
qarşımızda daha ciddi və məsuliyyətli vəzifələr
qoymaqla yanaşı, Mərkəzi Klinikanın yeni in-
kişaf mərhələsinə qədəm qoymasına səbəb
olmuşdur. Belə ki, qısa müddətdə ən son tib-
bi texnika və texnologiyalarla təchiz edilmiş
Mərkəzi Klinikanın Ambulatoriyasının istifadəyə
verilməsi, Mərkəzi Klinika Xəstəxanasında əsaslı
yenidənqurma və genişləndirmə işlərinin aparıl-
ması, xəstəxanada istifadə müddətini başa vur-
muş cihazların ən son nəsil tibbi texnika və tex-
nologiyalar hesabına yeniləri ilə əvəz edilməsi
məhz Akademik Cəmil Əliyevin rəhbərliyi al-
tında mümkün olmuşdur. Burada fəaliyyət
göstərəcək milli kadrların hazırlanması, mövcud
kadrların bilik və bacarıqlarının daha da artırıl-
ması məqsədlə Akademik Cəmil Əliyevin şəxsi
təşəbbüsü və himayəsi ilə onlarla tibbi kadrlar
Avstriya, Türkiyə və dünyanın bir sıra ölkələrinə
təkmilləşmə kurslarına göndərilmişdir.
Məhz bu siyasətin nəticəsidir ki, Mərkəzi Kli-
nika beynəlxalq standartlara uyğun, daim
yenilənən, tibbin son nailiyyətlərinə əsaslanan
texnika, texnologiya və peşəkar personal-
la tibbi xidmət göstərir. Xəstəxanamızda bü-
tün istiqamətlərdə təkmilləşmə işləri apa-
rılır, xidmətlərimizin keyfiyyəti, növləri və
istiqamətləri daim genişləndirilir, yeni layihələr
həyata keçirilir. Xalqımıza müasir tibbin ən
son nailiyyətlərindən peşəkarcasına istifadə
Məhz buna görə Mərkəzi Klinik Xəstəxana
müstəqil Azərbaycan dövlətinin banisi və
memarı, təkcə Azərbaycanın deyil, dünyanın
tanınmış siyasi xadimlərindən biri, Ümummilli
Liderimiz Heydər Əliyevin səhiyyə siyasətinin
xalqımıza bəxş etdiyi töhfəsi hesab edilməlidir.
Dostları ilə paylaş: