- Akademik Yevgeni Çazov ürək xəstəlikləri haqqında
cild-cild dərsliklər yazandan, fundamental tədqiqatlar
aparandan sonra belə bir qənaətə gəlib: «Öz həyat
planlarınızı qurun və optimist olun. Bu, hər şeyi həll
edir». Həyata fəlsəfi baxış doğurdanmı, hər şeyi həll
edə bilir?
- Hər şeyi həll etmir, ancaq çox şeyi həll edir. Çünki insan
həyata necə baxırsa, o cür yaşayır. Yaşım və təcrübəm
artdıqca, mən buna daha çox inanıram. Həyat bir güz-
güdür. Ona necə baxırsınızsa, elə də görəcəksiniz. Buna
fəlsəfi yöndən də inanıram. Əgər həyata optimist ola-
raq baxarsınızsa, hər şey optimist olar. Və ya pessimist
olaraq baxarsınızsa, hər şey pessimist olar.
Dostları ilə paylaş: |