- Sizcə, yaxşı həkim yaxşı insan deməkdir?
- Digər peşə və məsləklərlə əlaqədə onu deyə bilmərəm.
Ancaq mən inanıram ki, yaxşı insan olmadan, yaxşı
həkim olmaq mümkün deyil. Və ya yaxşı həkim olub,
yaxşı insan olmamağı təsəvvür edə bilmirəm.
- Azərbaycanın səhiyyə tarixində bir çox yeniliklərə
imza atmısnız, hətta ölkəmizdən kənara da səsiniz
çatıb. Kamran Musayev şanslıdırmı, yoxsa bu işin sir-
ri sadəcə öz sənətinizə peşəkar yanaşmanızdan irəli
gəlir?
- Mən özümü şanslı hesab edirəm. Həqiqətən,
müstəqil Azərbaycanın səhiyyəsində pioner rolu oyna-
yan Mərkəzi Klinikada çalışmaq və bu tarixi hadisələrin
iştirakçısı olmaq insana qürur verir. Şübhəsiz, öz
sənətinizə peşəkar yanaşmasanız hər hansı bir uğur-
dan söhbət gedə bilməz. Professionalizm sənətinizdə
uğur qazanmağın və bu uğuru davam etdirmənin ən
önəmli açarıdır. Biz də öz işimizdə professionalizmdən
güzəştə getmirik. Gənc həmkarlarıma da professio-
nalizmi tövsiyyə edirəm. Hər şeydən əvvəl, onlar bu
sənəti seçməyə professional yanaşmalıdır. Seçimlərini
etdikdən sonra bilməlidirlər ki, bu işdə geriyə yol yox-
dur. Daim irəli getmək üçün isə daim öz üzərində çalış-
malıdırlar. Tibb təhsili davamlı təhsildir. Daim axtarışda
və daim çalışmada olmayacaq birisi, məncə, həkimlik
sənətini seçməməlidir.
Dostları ilə paylaş: |