- Son vaxtlar qadınlar arasında da infarkt halına çox
rast gəlinir. Kişilərlə müqayisədə bu, azlıq təşkil etsə də,
şəxsən öz müşahidələrimə əsasən deyə bilərəm ki, keçən
illərə nisbətən qadınlar arasında da bu xəstəlik artıb.
- Tibbi və elmi cəhətdən bu məsələ sizin müşahidələrinizlə
üst-üstə düşür. Həqiqətən də menopauzadan əvvəlki
yaş dövrünə baxıb kişilərlə qadınları müqayisə etdikdə,
qadınlarda həqiqətən ürək-damar xəstəlikləri və infarkt
az rast gəlinir. Ancaq menopauzadan sonrakı dövrdə isə
qadınlarla kişilərdə ürək-damar xəstəliklərinin nisbəti
bərabərləşir. Ancaq bu o demək deyil ki, menopauza-
dan əvvəlki dövrdə qadınlarda infarkt və ya ürək-damar
xəstəlikləri ola bilməz. Sadəcə, kişilərlə müqayisədə az
olur. Bu gün də bu, belədir.
Dostları ilə paylaş: |