kologiya, Pediatriya, Terapiya, Kardiologi-
ya, Travmatologiya, Fizioterapiya və s. kimi
şöbələr fəaliyyət göstərir ki, onların təchizat
və yaradılmış imkanlar baxımından regionda
analoqu yoxdur.
Mərkəzi Klinikada (Xəstəxana və Ambulato-
riyada) ümumilikdə 16 tibbi, 8 inzibati şöbə
fəaliyyət göstərir. Xəstəxanada hazırda ümu-
mi 1110 nəfər, o cümlədən 175 həkim, 460
orta və kiçik tibb işçisi, 340 texniki-inzibati işçi,
47 nəfər müqavilə əsasında əməkdaşlıq edən
işçilər və 88 həkim-rezident əmək fəaliyyəti
ilə məşğuldur. Eyni zamanda, onlarla xarici
həkim və tibbi mütəxəssislər dəvət əsasında
xəstəxanada xidmət göstərir.
Ölkə rəhbərliyinin xüsusi diqqəti və qayğı-
sı nəticəsində yaradılan bu şərait əsasında
bu günədək bir vaxtlar ölkəmizdə həyata
keçirilməyən
tibbi
xidmətləri,
cərrahi
əməliyyatları, o cümlədən 10 000-dən çox açıq
ürək əməliyyatı, 30 000-dən çox angioqrafiya,
sümük iliyinin transplantasiyası, süni mayalan-
dırma və sair mürəkkəb əməliyyatlar uğurla icra
edilmişdir. Vətəndaşlarımıza ən müasir tibbi
cihazlarla (KT, MRT, Angioqrafiya, Mammoq-
rafiya, Densitometriya, Litotripsiya və s.) son
dərəcə dəqiq diaqnozlar qoymağa və labora-
tor analizlər aparmağa imkan verən şərait ya-
radılmışdır. Təcrübəli həkimlərimiz tərəfindən
həyata keçirilən əməliyyatlar və göstərilən tibbi
xidmətlər nəticəsində on minlərlə vətəndaşımız
öz sağlamlığına qovuşmuş və şəfa tapmış-
lar. Artıq fəxrlə deyə bilərik ki, nəinki öz
vətəndaşlarımız, hətta xarici ölkə vətəndaşları,
diplomatik nümayəndəliklərin, nüfuzlu xari-
ci şirkətlərin əməkdaşları da xəstəxanamızda
göstərilən tibbi xidmətlərdən istifadə edir, öz
sağlamlıqlarını bizə etibar edirlər.
Fəaliyyətimiz nəticəsində maliyyə imkanlarımız
ildən-ilə artmış, ümumi dövriyyəmiz 100 milyon
manata yaxınlaşmışdır. Bundan başqa, fəaliyyətə
başladığı dövrdən indiyədək Mərkəzi Klinikadan
dövlət büdcəsinə və fondlara 25 milyon manat-
dan çox vergi və sosial sığorta haqqı ödənilmiş,
yüzlərlə yüksək ixtisaslı kadrlar hazırlanmış,
1000-dən çox vətəndaşımız daimi işlə təmin
edilmişdir. Bu gün Xəstəxanamızda yetişdirilmiş
yüzlərlə yüksək ixtisaslı mütəxəssislər respub-
likamızın müxtəlif səhiyyə müəssisələrində də
əmək fəaliyyəti göstərərək, yüksək nailiyyətlər
əldə edir.
Bir sözlə həm xidmətlərimizin sayı və ümu-
mi dövriyyəmiz, həm də cəmiyyət arasın-
da etibar və nüfuzumuz durmadan artır,
xəstəxanamıza bəslənən ümidləri doğrul-
duruq. Mərkəzi Klinika səhiyyə sahəsində
bir milli brendə çevrilərək, bütövlükdə
Azərbaycan Səhiyyəsində sürətli inkişafın
hərəkətverici qüvvəsinə -lokomotivinə çev-
rilmişdir.
|