MƏRKƏZİ KLİNİKA
BÜLLETEN-1 | NOYABR 2014
4
Azərbaycan Respublikası Elmlər Akademiya-
sının ilk prezidenti, tanınmış ictimai xadim, ilk
azərbaycanlı alim-cərrah, tibb elmləri dok-
toru, professor, əməkdar elm xadimi, akade-
mik Mirəsədulla Mirələsgər oğlu Mirqasımov
17 noyabr 1883-cü ildə Bakı şəhərində ruhani
ailəsində anadan olmuşdur. Mirəsədulla Mir-
qasımov hələ təhsil aldığı gimnaziyanın yuxarı
siniflərində oxuyarkən ictimai fəaliyyətə baş-
lamış, qəzet və jurnallara məqalələr yazmışdır.
İctimai xadim 1913-cü ildə Odessa şəhərində
yerləşən Novorossiya İmperator Universitetinin
(hazırda İ.İ. Meçnikov adına Odessa Milli Univer-
siteti) tibb fakültəsini bitirmişdir. 1916-cı ilədək
Odessada həkim, 1916-1929 illərdə Bakıda hərbi
lazaretdə, indiki Əzizbəyov adına 1 №-li doğum
evində cərrah, Azərbaycan Dövlət Universitetinin
tibb Fakültəsində dosent işləmişdir. 1945-1947-
ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının
ilk Prezidenti olmuşdur. Alimin elmi fəaliyyəti
əsasən sidik daşı xəstəliklərini etiologiyası, kli-
nikası və müalicəsinin öyrənilməsinə, irinli
peritonit-ləri, anesteziologiya, travmotologi-
ya, urologiya və cərrahlığın aktual məsələlərinə
həsr olunmuşdur. Onun yüksək ixtisaslı kadrlar
hazırlanmasında xüsusi xidmətləri var. Cərrahlıq
sahəsində Azərbaycan dilində yazılmış ilk
dərsliyin müəllifidir.
Mirəsədulla Mirqasımov Azərbaycanda müa-
sir tibb təhsilinin və elminin banilərindəndir.
O, tədqiqatlarını birləşdirərək “Azərbaycanda
sidik daşı xəstəliklərinin öyrənilməsinə dair
materiallar” mövzusunda doktorluq disserta-
siyasını müdafiə edir. Beləliklə, M.Mirqasımov
Azərbaycanda uroloji xəstəliklər üzrə doktorluq
dissertasiyasını müdafiə edən ilk milli mütəxəssis
kimi səhiyyə tariximizdə özünə layiqli və əbədi
yer tutur. İstedadlı alim müvəffəqiyyətlə müdafiə
etdiyi doktorluq dissertasiyasının motivləri
əsasında müasir dövrümüzdə də öz praktiki
əhəmiyyətini, aktuallığını itirməyən monoqrafi-
ya çap etdirib və bununla da ilk azərbaycanlı
alim-cərrah adına yiyələnərək tibbi cərrahiyyə
elmi məktəbinin əsasını qoyur.
Mirqasımov Mir Əsədulla Mir Ələsgər oğlu 20
iyul 1958-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Mərkəzi Klinikada Yaponiyanın böyük
şirkətlərindən biri olan International
Total Engineering Corporation (ITEC)
ilə Mərkəzi Klinika MMC arasında
“Səhiyyə sahəsində” məsləhətçilik
xidmətlərinin verilməsi məqsədilə
əməkdaşlıq münasibətlərinin qurul-
ması, genişləndirilməsi ilə əlaqədar
görüş keçirilmişdir.
Görüşdə, International Total Engine-
ering Corporation (ITEC) Prezidenti
Takao Seki-nin başçılıq etdiyi Yapon
heyyəti və Mərkəzi Klinika MMC-nin
Baş direktoru Dr. Toğrul Adıgözəlovun
başçılıq etdiyi heyət ilə qarşılıq-
lı müzakirələr aparılmış və “Tibbi
xidmətlərin təşkilində məsləhətçilik
verilməsi, qazanılmış müasir təcrübə
metodlarından istifadə edilməsi”
istiqamətində ikitərəfli əməkdaşlıq
qurulması barədə fikir mübadiləsi
edilmişdir.
Görüşün sonunda Mərkəzi Klinika
MMC və International Total Engine-
ering Corporation (ITEC) arasında
müvafiq razılaşma memorandumu
imzalanıb.
Tərəflər qarşılıqlı maraq dairələri
daxilindəki elmi problemlərə həll tap-
maq mövzusunda bir-birilərinin elm
və təcrübələrindən faydalanacaqlar.
Tərəflər tibbi, qeyri-tibbi, inzibati,
akkreditasiya müddətləri və s. möv-
zularda əldə olunmuş “know how”
bilgisi və təcrübələri ilə məsləhət
verəcək, təcrübə, bilgi və konsultasiya
mübadiləsi həyata keçirəcək və mü-
şavirlik xidmətləri göstərə biləcəklər.
Almaniyanın qabaqcıl tibb
müəssisələrindən biri olan Al-
manya Kardiologiya Mərkəzi ilə
Mərkəzi Klinika MMC arasın-
da tibb sahəsində əməkdaşlıq
münasibətlərinin
qurulması,
genişləndirilməsi ilə əlaqədar
görüş keçirilmişdir.
Görüşdə, Almaniya Kardiolo-
giya Mərkəzinin Baş direktoru
Prof. Dr. Roland Hetzerin başçı-
lıq etdiyi nümayəndə heyəti ilə
Mərkəzi Klinika MMC-nin Baş di-
rektoru Dr. Toğrul Adıgözəlovun
başçılıq etdiyi heyət arasında
qarşılıqlı müzakirələr aparıl-
mış və “Kardio-Cərrahiyə və
tibbin digər sahələrinin inki-
şafı” istiqamətində ikitərəfli
əməkdaşlıq qurulması barədə
fikir mübadiləsi edilmişdir.
Görüşün sonunda tərəflər
arasında imzalanan razılaş-
ma memorandumunda tibb
sahəsində birgə təlimlərin
keçirilməsi, müalicə sahəsində
birgə işlərin aparılması, tib-
bi və qeyri-tibbi kadrların
mübadiləsi, eləcə də müxtəlif
xəstəliklər haqqında müştərək
araşdırmaların aparılması kimi
məsələlər yer almışdır.
Dostları ilə paylaş: |