MƏRKƏZİ KLİNİKA
BÜLLETEN-1 | NOYABR 2014
5
- Siz insan orqanizminin ən vacib və ən həssas üzvü
olan ürəyin müalicəsi sahəsində çalışırsınız. İnsanlara
yaxın olmaq üçünmü bu sahəni seçdiniz?
- Ürək insan fiziologiyasının mərkəzi orqanıdır. Mənim
ürək xəstəliklərini və ya ürək-damar cərrahiyyəsini
seçməyimdə səbəb şübhəsiz ki, ürəyin mərkəzi orqan,
insan orqanizminin ən vacib üzvü olmasının da böyük
təsiri olub. Açığı, mən hələ orta məktəbdə və institutun
tibb fakültəsində oxuduğum illərdə ürək və ya beyin
cərrahı olmaq barədə içimdə ciddi dilemmalar yaşamı-
şam. Amma tibb fakültəsinin axırıncı kursunda oxuyan-
da ürək cərrahı olmağa qərar vermişəm.
Dostları ilə paylaş: