- Belə demək olarmı, ilk uğurlu əməliyyatınız seçdiyi-
niz sahədə sizin qarşınızda yaşıl işıq yandırdı?
- Cərrahiyyə ilə, xüsusən əgər ürək-damar cərrahiyyəsi
kimi kompleks bir işlə məşğul olursunuzsa atılan ilk ad-
dımlar və qazanılan uğurlar çox vacibdir. Çünki moti-
vasiya olmadan bu qədər fiziki və psixoloji ağır işi icra
etmək olmaz. Çünki bunu bir ömür boyu icra edirsən.
Ciddi motivasiya olmadan bunu davam etdirmək müm-
kün deyil. Bizim professional həyatımızda qazandığımız
uğurlar bu işə motivasiya olmağımız və ilk gündəki kimi
eyni həyəcanla və sevgi ilə davam etdirməyimizi təmin
edən ən vacib faktordur.
Dostları ilə paylaş: |