Linqvistik tipologiya 13 hərəkət etmək və ya iş görmək, məcazi mənada isə duyğu kimi
mənalandırılır. Ancaq onu da demək lazımdır ki, duyğu varsa onu
necə qeyri-iradi və ya qeyri-şüuri adlandırmaq olur? Əlbəttə ki,
heyvan nəyisə duyursa, nəyəsə meyl göstərirsə, nədənsə çəkinir-
sə onun duyğusunu inkar etmək də olmaz. Bu mənada heyvanda
şüurun mövcudluğunu inkar etmək inandırıcı görünmür. İnstinkt
isə şüurun ilkin mərhələsi kimi özünü göstərir. Heyvanlardakı
instinktdən (ilkin şüurdan) insan şüuru onunla fərqlənir ki, hey-
vanların ilkin (ibtidai) şüuru aliyə doğru inkişaf edə bilmir, insan
şüuru isə mərhələli şəkildə inkişaf prosesi keçirir. Ancaq necə
olur ki, ağıllı, müdrik, alim insanlar heyvanlarda şüur olduğunu
qəbul etmirlər. Bunun ən optimal cavabı budur ki, biz həmişə
şüuru təfəkkürlə eyniləşdirilmiş şəkildə başa düşmüşük. Heyvan-
larda isə şüuru təfəkkürlə əlaqələndirən psixofizioloji idrak pro-
sesi yoxdur. Ona görə də heyvanlarda üzvlənən səslər formalaş-
mamışdır və onlar hansısa diffuz səslərlə özləri üçün informasiya
mühiti yarada bilsələr də insan danışığı kimi aydın nitqə malik
deyillər. Heyvan səsləri (eləcə də quşlar və başqa canlılar) müəy-
yən qorxu, həyəcan, çağırış emosiyalarını ifadə edə bilirlər. Hətta
o da mümkündür ki, bir ərazidə yaşayan heyvanların, quşların
və başqa canlıların “dili” başqa yerlərdəkilər üçün eyni dərəcə-
də anlaşığlı olmasın. Heyvanların özlərinə məxsus informasiya
mühitinin mövcudluğu zaman-zaman, hətta, insanların beynində
belə bir təəssürat yaratmışdır ki, onların da öz informasiya dilləri
vardır. Bu təəssüratlar əfsanələrdən nağıllara və dastanlara da
çökmüş və elə hesab edilmişdir ki, quşların, heyvanların dilini
bilmək insanların bəzilərinə müyəssərdir. Hətta, dahi şair Niza-
minin əsərlərində, “Kəlilə və Dimnə”də, “Min bir gecə”də hey-
vanların və quşların dili barədə maraqlı əhvalatlar vardır.
O da maraqlıdır ki, klassik dövrün böyük şairlərindən biri,
Nişapurlu Fəriddədin Əttar (1136-1221) “Məntiqüt-teyr” (“Quş-