Linqvistik tipologiya 21 sı eyni qayda üzrə birbaşa təqliddən yaranmamışdır. Burada bir
çox başqa amillər də vardır (görmə, eşitmə, duyğu və hissiyyat,
hərəkət, zaman, məkan və s.). Onların hamısını isə təqlidolun-
maya həvalə etmək mümkün deyildir. Başqa bir tərəfdən, təbiət
min illər bundan əvvəl də canlı olub, min illər bundan sonra da
canlı olaraq qalacaqdır. Təqlidi üsul isə davam edir. Ona görə
iddia etmək olmaz ki, təqlidi üsulun izləri itdiyinə görə bu yolla
yaranan sözləri müəyyənləşdirmək imkanları yox olub. Bununla
belə, təqlidi yolla sözyaratma prosesinə əsaslanan nəzəriyyədə
doğru olan arqumentləri inkar etmək olmaz. Həqiqətən də təq-
lidi yolla yaranan imitativlər var və bu prosesin özü tamamilə
itib getməmişdir. Hətta, bəzi dillərdə, xüsusən, köksözlü dillər-
də təqlidi yolla sözyaratma imkanları indi də öz intensivliyini
saxlayır. Azərbaycan dilinin özündə də 23 samit səsin hamısı,
demək olar ki, təqlidi sözyaratma prosesində iştirak edir. Cəmi
10 samit (q, k, g, y, t, d, s, ç, p, b) səs müstəqil sözlərin yaranma-
sında fəal olduğu halda təqlidi sözlərin yaranmasında da onların
mühüm rolu vardır. Üç səs (ğ, j, r) söz əvvəlində işlənmir, yerdə
qalan 10 səs isə (x, ş, j, z, l, n, c, f, v, m) təqlidi sözlərin yaran-
masında fəallıq göstərir. Dildə birbaşa təqlidi yolla yaranmayan
sözlərin kəmiyyəti daha artıq olduğundan səs təqlidi nəzəriyyə-
sini bütövlükdə qəbul etmək mümkün deyildir. Alman alimi Ba-
ron Fridrix Vilhelm fon Humboldt (1767-1835) və fransız dilçisi
Şarl Balli (1865-1947) bu nəzəriyyənin tərəfdarları və davamçı-
ları olmuşlar.
Nidalar nəzəriyyəsi Nidalar nəzəriyyəsi XVIII əsr fransız maarifçisi Jan Jak
Russoya (1712-1778) məxsusdur. Russonun fikrincə sözyarat-
ma insanların şiddətli arzusunun nəticəsində baş vermişdir. Bu
sahədə isə ilkin insanların dili daha səmərəli olmuşdur. Nida-