Mübariz Yusifov 20 1716) olmuşdur. Leybintsin irəli sürdüyü bu nəzəriyyəyə görə
dil təbiətdə olan səslərin insan tərəfindən qavranılaraq təqlid
edilməsi yolu ilə yaranmışdır. Səs təqlidi nəzəriyyəsində əsas
fikir bundan ibarətdir ki, hələ dil olmayan zamanlarda insanlar təbiətdəki səsləri yamsılamaqla dil yaratmışlar. Leybinits öz fikirlərini onunla əsaslandırmağa çalışır ki, ha-
zırda mövcud olan köksözlü dillərdə təqlidi yolla sözyaratma
üsulu qalmaqdadır. Leybnitsin bu fikri Çin-Tibet dillərinə aid
müvafiq nümunələrdə öz təsdiqini tapır. Ancaq onu da demək
lazımdır ki, belə bir üsul başqa dillərə məxsus olan təqlidi söz-
lərdə də mövcuddur. Məsələn, Azərbaycan dilindəki tap(pıltı),
tıq(qıltı), şaq(qıltı), hop(pan), tap(daq), çal(xala), sil(kələ), yır(-
ğala), çağ(ır), çığ(ır), hay(qır), hön(kür) kimi sözlərin köklərin-
də təqlidilik var. Onu da hətta, qeyd etmək olar ki, təqlidi yolla
sözyaratmada birhecalı kök morfemlərin formalaşmasının izləri
qalmaqdadır. Bu üsul davam etdikcə birhecalı köklərin forma-
laşmasının izləri də
saxlanacaqdır. Yəni birhecalı kök sözlərin
formalaşması prosesi öz dövrünü artıq çoxdan başa çatdırmış
olsa da onun izləri təqlidi sözlərdə saxlanılır. Ancaq dildə bir
çox digər birhecalı sözlər də vardır ki, onlarda təqlidiliyin iz-
lərini tapmaq olmur. Məsələn, diz, əl, göz, baş, dağ, çöl, ət, ot, yay, yaz, daş, diş, bir, beş, yüz və bunun kimi yüzlərlə sözlər var-
dır ki, onlarda təqlidi yolla sözyaratmanın izlərini aşkar etmək
mümkün deyildir.
Leybnits, əlbəttə ki, bu cür sözləri də nəzərə alır və diqqə-
ti qaranlığa yönəldir. Leybnitsə görə belə sözlər də təqliddən
yaranmışdır. Ancaq onların yarandığı zaman artıq bizdən çox
geridə qalmış və onlarda ilkin təqlidiliyin izləri çoxdan itiril-
mişdir. Əlbəttə ki, bu motivi həqiqətiə uyğunlaşdırmaq olmur.
Çünki bütün sözlərin mənbəyi təbiətlə, ətraf maddi aləmin dərk
olunması ilə, insan və ətraf mühitlə bağlı olsa da sözlərin hamı-