Linqvistik tipologiya 23 onu da hesaba almır ki, dildə sifət, say, əvəzlik bildirən çoxlu
sözlər vardır ki, onların əməklə bağlı yaranması barədə hökm
vermək doğru deyildir.
Marksizm nəzəriyyəsi Marksizm nəzəriyyəsinə görə dil və şüur insan cəmiyyəti-
nin formalaşması prosesində yaranmışdır. Yəni dilin formalaş-
masında cəmiyyətin rolu aparıcıdır. Başqa sözlə, dili cəmiyyətin
özü yaratmışdır. Bu nəzəriyyənin yaranması Alman filosofu və
iqtisadçısı Karl Marksdır (1818-1883). Marksın “Alman ideo-
logiyası” (1846) adlı əsərində deyilir ki, “Dil də şüur kimi qə-
dimdir, dil praktik real şüurdur”. Dil insanların ünsiyyət ehtiya-
cından yaranmışdır. Əlbəttə ki, dilin yaranması məsələsini bu
qədər sadələşdirmək nə məntiqə uyğundur, nə də dilin formalaş-
ması prosesinə. Marks dili genetik mənşəyinə görə araşdırmır.
O dilə sosioloji baxımından yanaşır və bu yanaşmada Marksın
ideoloji baxışları öz əksini tapır. Marks ağılsız adam deyildi ki,
dilə sosioloji və ideoloji don geyindirirdi. Marksa görə cəmiyyət
insanlardan ibarətdir, insanlarla birlikdə formalaşır, təkmilləşir
və insanların tərəfindən də dəyişdirilməyə məhkumdur. Bu, hər
şeydən əvvəl ideoloji bir konsepsiya idi və buradan inqilab iyi
gəlirdi. Yəni dili cəmiyyət yaradırsa, onda dəyişdiricilik qüvvəsi
var. Dilin yaradılmasında və dəyişdirilməsində cəmiyyətin rolu
olduğu kimi cəmiyyətin dəyişdirilməsi də cəmiyyət üzvlərinin
ixtiyarına düşür. Marks dili cəmiyyətə tabe etməklə cəmiyyətdə
bir inqilabçılıq ruhu yaratdığı kimi cəmiyyətin özünü də prole-
tariata tabe edirdi. Proletariat isə həmişə cəmiyyətin ən narazı
və inqilaba meylli təbəqəsi olmuşdur. Cəmiyyətdə proletariatın
bir vəzifəsi var. O da dəyişdiricilikdən və dağıdıcılıqdan ibarət-
dir. Marks cəmiyyətdən narazı idi. Odur ki, cəmiyyətdə dəyiş-
diricilik adı ilə dağıdıcılıq ideyalarını təbliğ edirdi. Marks cə-