Mübariz Yusifov 26 dövrdə hind-Avropa dillərinin genetik tərkibində və tipoloji qu-
ruluşunda müşahidə edilən oxşarlıqlara görə hətta, dil şəcərəsi
deyilən bir fikir də formalaşdırılmışdır. Mövcud dillər hansısa
bir kök dilin budaqları kimi təsvir edilirdi. Bununla da nə za-
mansa budaq dillərin təməlində bir kök (ulu) dilin olduğu iddia
edilirdi. Sonradan bu “ulu dil” təsəvvürü nəzəriyyəyə çevrilməyə
başladı. Ancaq onu nəzərə almaq lazımdır ki, Avqust Şleyxerin
vaxtında dünya dillərinin tipologiyası öyrənilməmişdi. Ona görə
də Avqust Şleyxerin “ulu dil” haqqındakı fikirləri dünya dillə-
rinə yox, hind-Avropa dillərinə aid idi.
Ulu dil nəzəriyyəsi XX əsrin əvvəllərində Nikolay Yakov-
leviç Marr (1865-1934) tərəfindən inkişaf etdirilməyə başlamış-
dır. Marrın ulu dil haqqındakı fikri budur ki, dünya dillərinin
kökündə SAL, BEN, YON, ROŞ elementləri durur. Ancaq Mar-
rın bu dörd elementin hansı kombinasiyalar üzrə dünya dillərini
əhatə etməsi barədə inandırıcı, təsdiqedici arqumentləri yoxdur.
1
Ulu dil nəzəriyyəsi barədəki fikirlər XX əsrin 60-cı illərində bir
daha yeniləşməyə başlamışdır. Müxtəlifsistemli dillərin materi-
alları üzrə aparılan müşahidələr onu göstərmişdir ki, bu dillərin
arasında kök cəhətdən bir-biri ilə üst-üstə düşən müəyyən qrup
elementlər var. Bu tipli elementlərin mövcudluğu mütəxəssislər-
də belə bir fikir yaratmışdır ki, müxtəlifsistemli dillər arasındakı
oxşarlıqlar təsadüfi olmayıb ən qədimdəki ulu dilin indiyədək
saxlanılan elementləridir. Əlbəttə ki, bu zahirdə görünən aldadı-
cı elementlərə görə tezliklə «ulu dil» barədə düşüncələrə dalmaq
bir qədər də xəyalpərəstlikdir. Çünki bir qrup müştərək sözlərin
aşkar edilməsi hələ dillərin bir mənbədən törəndiyi barədəki fi-
kirləri təsdiq edəcək səviyyədə deyildir. Ona görə də bu barədə
deyilən fikirlər deyildiyi kimi də yarımçıq və təsdiq olunma-
mış qalmaqdadır. Bu sahədə Vladislav Markoviç İlliç Svitıçın
1 Н.Я.Марр. Яфетическая теория. Баку, 1928, с. 7.