Linqvistik tipologiya 27 (12.09.1934-22.08.1966) tədqiqatları daha çox diqqəti cəlb et-
mişdir. V.M. İlliç Svitıç öz tədqiqatları ilə çox böyük bir məsələ-
ni qabarıqlaşdırır. Ancaq tədqiqatların sonu gözlənilən nəticəni
vermir. Nəzərə almaq lazımdır ki, dünyadakı insanların hamısı
eyni yerdə məskunlaşmamışdır. Həm də dillərin hansı məkanda
yayılmasından asılı olmayaraq onlarda oxşar elementlərin möv-
cudluğu istisna deyildir. Əldə edilən faktlar isə “ulu dil” barədə
tam bir təsəvvür yaratmaqdan uzaqdır.
1
V.M.İlliç-Svitıçın istinad etdiyi nəzəriyyə nostratik dillər
nəzəriyyəsidir. Nostratika termini XX əsrin əvvəllərində X.Pe-
terson (07.04.1867-25.11.1953) tərəfindən irəli sürülmüş və
Hind-Avropa, Ural-Altay, sami-hami dillərinin qohumluğunu
nəzərdə tutmuşdur. Əvvəlcə R.Kollidel (1814-1891), sonralar
isə A.Trombetti (1866-1929) bu sıraya dravid dillərini də əlavə
etmişlər. A.P.Dolqopolski nostratik dillər sırasına katrvel dilləri-
ni də daxil etmişdir. 1950-ci illərdə, hətta, yunan, çukot, kamçat-
ka, kamçadal dilləri də nostratik dillər sırasına daxil edilmişdir.
Boris Aleksandroviç Serebrennikov nəinki təkcə V.M.İl-
liç-Svitıçın nostratik nəzəriyyəsi barəsindəki fəaliyyətinin məh-
sulunu, həm də ümumiyyətlə nostratik nəzəriyyənin özünü dil-
lərin tarixi köklərinin əmələ gəlməsi barədə şübhə yaradan, hət-
ta onu saxtalaşdıran, təhrif edən, korlayan fikir və mülahizələr
kimi nəzərə alır.
2
Türk dillərinin görkəmli tədqiqatçılarından olan A.M.Şer-
bak isə dünya dillərinin müəyyən qrup müştərək sözlər əsasında
1 В.М.Иллич-Свитыч. Материалы к сравнительному словарью ностра- ти ческих языков (индоевропейских, алтайских, уральских, дравидских, картвельских, семитохамитских) “Этимология” 1965, М., 1967, с. 321; Йеня онун: Древнейшие индоевропейско-семитские языковые контакты. “Проблемы индоевропейского языкознания”, М., 1964, с. 3-4. 2Борис Александрович Серебренников. Почему трудно верить сто рон- никам ностратической гипотезы-В журн. “Вопросы языкознания”, 1986, № 3.