Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə33/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
35
olsun. Ancaq insan yer üzünün münbit şəraiti olan məkanların-
da yaranmışsa deməli dil də bir məkanda yox, insanın formala-
şa biləcəyi ayrı-ayrı məkanlarda yaranmışdır. Belə olduqda bu 
gün müxtəlifsistemli dillərdə müşahidə olunan müştərək köklü 
sözlərin mövcudluğunun səbəblərini necə izah etmək mümkün-
dür? Biz bildiyimiz kimi sadə və asan olmayan bu sualın cavabı 
hələ ki, qalır və güman ki, bundan sonrakı zamanlarda da onun 
açılmasına çoxlu-çoxlu cəhdlər baş verəcəkdir. Onu da nəzərə 
almaq lazımdır ki, yerin ayrı-ayrı qurşaqlarında yaranmış insan-
ların dərilərinin rəngi də təbiətlə həmahəng olaraq bir-birindən 
fərqlənir. Yer qurşağının bir ərazisində ağ, bir ərazisində sarı, bir 
ərazisində qara, digər bir ərazisində qırmızı, başqa bir ərazisində 
isə xurmayı dərili insanlar yaranmışdır. Bu məsələlər paleoant-
ropologiya elminə aid olsa da onların açılması dilin yaranması 
barədəki bir çox müəmmaların aydınlaşdırılmasının təməlinə 
çevriləcəkdir.
3. Dilin yaranmasında insan və ətraf mühit amilinin aparıcı 
olduğu barədə təbiət nəzəriyyəsində müəyyən müddəalar irəli 
sürülmüşdür. Ancaq görünür, bu müddəalar özünü tam şəkildə 
doğrulda bilmədiyindən sonralar başqa fərziyyələr və baxışlar 
da irəli sürülmüşdür. Doğrudur, insan şüuru idrak prosesi nə-
ticəsində ətraf aləmi qavrayır. Bu qavrayış təfəkkürə çevrilir. 
Təfəkkür isə ətraf aləm hadisələrini beyində imitasiya edərək 
onu söz emalına çevirir. Ancaq sözlərin yaranması təkcə ətraf 
aləmin qavranılıb təfəkkür süzgəcindən keçirilməsi ilə bitib başa 
çatmaqla yekunlaşırmı? Əlbəttə ki, yox. Çünki insan təfəkkü-
rünün hüdudları təkcə ətraf aləmi, təbiəti və təbiətdə baş verən 
hadisələri əhatə etmir. İnsan təfəkkürü, həmçinin insana məxsus 
duyğu və düşüncələri, emosiya və münasibətləri, zahirə və ba-
tinə aid olanları, bir sözlə, gözlə görülə bilən və təsəvvürə gəti-
rilə bilən hər şeyi qavramağa qadirdir. Ona görə də dilin yaran-



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin